«ÖNDƏR ATAM DEYƏRDİ Kİ, AZƏRBAYCANDA ƏN VARLI ADAMLAR KASIBLARDIR…»

Стандартный

məhərrəm_əliyev

ALİ BAŞ KOMANDAN: Məhərrəm dayı, sən bu atəşkəsə necə baxırsan?

ALİ BAŞ MÜŞAVİR: Cənab prezident, əladır. Elə bir kərəlik qurtar müharibəni, fürsətdir.

ALİ BAŞ KOMANDAN: Məhərrəm dayı, müharibəni necə qurtarım? Şuşa uşqalda, Xankendi işqalda…

ALİ BAŞ MÜŞAVİR: Cənab prezident ehtiyatımız tükənə bilər…

ALİ BAŞ KOMANDAN: Məhrrəm dayı, bizdə ehtiyat itə tökdür. Təyyarə, tank…Sonra bir silah var, adı azərbaycanca yadımdan çıxıb… Futbolu nə ilə oynayırlar?

ALİ BAŞ MÜŞAVİR: Topla.

ALİ BAŞ KOMANDAN: Hə, top. Sonra dron. Nə qədər desən var.

ALİ BAŞ MÜŞAVİR: Cənab prezident, əsgər tükənə bilər…

ALİ BAŞ KOMANDAN: Məhərrəm dayı, bizə on milyon əhali var!

ALİ BAŞ MÜŞAVİR; Əhali çoxdur. Ancaq kasıb-kusubun uşağı döyüşür… Biz öz uşaqlarımızı göndərib qırdıra bilmərik ki, onlar millətin gələcəyidir…

ALİ BAŞ KOMANDAN: Məhərrəm dayı, özün kasıb olmusan, bilirsən ki, kasıbın uşağı çox olur. Mənim rəhmətlik öndər atam deyərdi ki, Azərbaycanda ən varlı insanlar elə kasıblardır, çünki onların çoxlu uşağı var.

ALİ BAŞ MÜŞAVİR: Cənab prezident, öndərin vaxtında eləydi. İndi kasıbların da bir-iki olur. Cəbhədə ölənlərin neçəsi ailənin tək oğlu olub. Müxalifət gözümüzə soxur…

ALİ BA. KOMANDAN: Müxalifət qələt eləyir. Müxalifətin gözünə mən özüm soxaram. O Tofiq Yaqubludan aldığımız vintaçanı…

ALİ BAŞ MÜŞAVİR: Tofiq Yaqublu deyir vintaçan onun deyil..

ALİ BAŞ KOMANDAN: Tofiq Yaqublu da qələt eləyir, onun deməyinə kim baxır?… Yaxşı, bu kasıb-kusub uşağın sayını niyə azaldıb?

ALİ BAŞ MÜŞAVİR: Dolana bilmirlər… Uşaq pulu da az…

ALİ BAŞ KOMANDAN: Məhərrəm dayı, mən bir ayımın  maaşını ayırıram uşaq puluna, qoy əhali doğub-törəsin… Bəlkə mən yenə müharibə elədim… Bizə polis qüvvəsi də lazımdır. Bir də gördün bu Tofiq Yaqublu yenə vintaçanı qapıb gəldi üstümüzə…

Mirzə ƏLİL

10. 10. 2020, Samara

Обсуждение закрыто.