Daily Archives: 07.10.2020

ŞƏHİDLƏRİMİZ: YARDIMLI ƏSİLLİ QÜDRƏT ADİŞOV

Стандартный

Qüdrət_Adışov

Yardımlı rayonunun Ostair kəndindən Adişov Qüdrət Rahim oğlu. 27 sentyabr 2020-ci ildə  Azərbaycan ərazisinin azad edilməsi uğrunda başlanan döyüşlərdə həlak olub. Bakıda dəfn edilib.

Allah rəhmət eləsin !

AZƏRBAYCANDA MƏĞRUR NƏSİL YETİŞİBSƏ, ƏLİYEVİN SAYƏSİNDƏ YOX, ƏLİYEVƏ RƏĞMƏN YETİŞİB

Стандартный

AZƏRBAYCAN ORDUSU

90- cı illərin sonuna yaxın bir dəfə Samara dəmiryol vağzalında dörd azərbaycanlı ilə danışdım, Bakıdan gəlirdilər, Sibir tərəfə getməliydilər. Dedilər ki, ağdamlıdırlar. “Hökumət torpaqlarımızı alsaydı, qayıdardıq evimizə”, — deyib sızıldadılar.

Gəncliyi ya yetkin yaşı birinci Qarabağ müharibəsi dövrünə düşənlərin əksəriyyəti bu fikirdəydi ki, hökumət, yəni Əliyev — əvvəl ata, sonra oğul – Qarabağı ermənilərdən almalıdır.

Onlar demirdilər “gedək torpaqlarımızı alaq”. Onlar deyirdilər “torpaqlarımızı Əliyev alsın”.

O nəsil məğlub nəsil idi.

“Məğlub” sözü təhqir deyil, qınaq da deyil, sadəcə faktdır. Ancaq problem təkcə məğlubluq deyildi.  Müharibələrdən məğlub çıxan millətlər çox olub. Yıxılıblar, sonra durublar. Türklərin də məğlubiyyəti az olmayıb. Almanlar iki dünya müharibəsində məğlub olublar. Yaponiya ağır məğlubiyyətə uğrayıb.

Ancaq bütün bu hallarda söhbət müharibənin nəticələrindən gedir. Azərbaycanlıların məğlubiyyəti yalnız qismən hərbi məğlubiyyət idi. Azərbyaycanlıların əksəriyyəti xalqın guya özünün tələb etdiyi müharibə başlanan kimi müharibədən yayındı.

Sonradan Azadlıq meydanı adlandırılmış Lenin meydanına az qala milyon adam yığılırdı. Hamı da bir ağızdan qışqırırdı ki, ölməyə hazırdır. Kabab çəkirdilər, səfeh şeirlər oxunurdu, nitqlər söylənilirdi, fəhlə işə getmirdi, tələbələr dərsi buraxıb meydanlarda bomj həyatı keçirirdilər. Müharibə başlanan kimi bu milyondan cəmi bir neçə min müharibəyə gedən oldu. Qalanı qaçıb dağıldı.

1992-ci ildə və 1993-cü ildə yayın bir ayını Azərbaycanda olmuşam. 18 yaşlı kənd uşaqlarını kənd yollarında, heyvan dalında, əkində, biçində tutub basırdılar cəbhəyə. Az sonra ölüm xəbərləri gəlirdi. Cəbhə hökuməti də belə eləyirdi. Nitq deyənlər hakimiyyətə gəlib güzəran qururdu.

İndi Rusiyada yaşayan və yaşı 45-dən 60-a qədər olan azərbaycanlı kişilərin əksəriyyəti müharibədən qaçıb. Mən bunu yəqin bilirəm. Mən on iki il ərzində Azərbaycan diaspor təşkilatının qəzetini çıxarmışam. Həmişə müharibədə iştirak etmiş insanları axtarmışam. Təəssüf ki, doğrudan da döyüşlərdə iştirak etmiş soydaşımız tapılmırdı. Birini mənə nişan verdilər, görüşdük, cəbhəyə getməyindən söhbət açdı. Çox səmimi oğlan idi. Boynuna aldı ki, əməlli-başlı döyüş görməyib, üstəlik günlərin bir günündə …qaçıb, silahı da, səhv etmirəmsə, satıb…

Mən ondan heç nə yazmadım. Yaxşı ki, onun kürəkəni tapıldı. O, doğrudan da döyüşmüşdü…

Sıravi insanlarda günah yoxdur. Eyni adamları yığıb bank yarmağa da ağarmaq olar, düşməndə olan yüksəkliyi almağa da. Buna şübhəm yoxdur. Kollektiv xalq iradəsinin daşıyıcısı və ifaçısı olan lider lazımdır. Özünə təvazödən çox uzaq “Elçibəy”adını götürmüş Əbülfəz Əliyev zəif adam idi, ətrafındakıların əksəriyyəti isə həlləm-qəlləm, lotu-lotu, başıpozuq.  İsgəndər Həmidov vaxtaşırı yüz-yüz əlli səriştəsiz polisi cəbhə bölgəsinə aparıb qırdırırdı. Əbülfəz Əliyev siyasi liderə yaraşmayan millətçi ritorika ilə  Rusiyanı da, İranı da Azərbaycana düşmən elədi…

Kim nə deyir desin, 1918-ci ilə qədər azərbaycanlıların milli dövləti olmayıb. Ona görə də bizim hərbi tariximiz də yox idi. Biz Səfəvi ordusunda osmanlılarla, rus ordusunda osmanlılarla və iranlılarla vuruşmuşuq. Yəni bizim babalarımız, əlbəttə, vuruşublar. Milli Azərbaycan dövləti 1918-ci ildə yaranıb və azərbaycanlılar ilk dəfə Azərbaycan dövlətinin sərhədlərini və sərhədlər daxilindəki maraqlarıni qoruyublar. Bu, iki ildən də az çəkib. Hərbi ənənələrin yaranması üçün bu, çox azdır.

Və fəlakətlə bitən birinci Qarabağ müharibəsindən çıxan nəsil nəinki məğlub nəsildir. Bi nəsil məğlubiyyətlə barışmış, milli təhqiri yeyib üstündən su içmiş nəsildir. Bu nəsil milli rüsvayçılığı psixoloji zədə kimi yaşamayıb, bu nəsil sadəcə itki ağrısını duyub və gözləyib ki, Əliyev (ata ya oğul) torpaqları alsın.

Bu nəsil demirdi ki, “alaq!”

Meydana yığılan milyondan, lap beş yüz mindən orduya könüllü getmiş on-on beş mini çıxın. Yerdən qalanlar bu və ya digər şəkildə yeni yaranmış milli dövlət uğrunda döyüşdən yayınıblar. 1992-ci ildə, 1993-cü ildə məzuniyyətdən qayıdanda fərarilərdən mənimlə bir vaqonda gedənlər çox olublar…

Ona görə də indi Rusiyada yaşayan 45-60 yaşlı azərbaycanlıların zarıltısı səmimi deyil. İndi onlardan bəlkə də orduya pul köçürənlər də var. Yəni elə bil qan haqqı ödəyirlər. Burunlarına iy dəyib. Ordu irəliləsə, bunların burda qolu-qanadı qalxar, yaxşı alver yerləri uğrunda mübarizədə erməniləri sıxışdırarlar…

ATALAR VƏ OĞULLAR

İndiki gənc azərbaycanlı nəslin öz atalarından fərqləndiyi göz qabağındadır. Əslində İlham Əliyev və oun ətrafı əllərində olan bütün tükənməz resurslardan istifadə edib ki, böyüyənin başından basılsın, insanlarda azad vətəndaşlıq ruhu yox, köləlik instinkləri olsun. İlham Əliyev – bu bəlkə də tərbiyəsi, içində böyüdüyü mühitlə bağlıdır – insan ləyaqətini nəinki vacib dəyər saymır, İlham Əliyev ölkə əhalisinə sahibkarın ona xidmət edən adamlara baxdığı kimi baxır. Ləyaqətini nümayiş etdirən, ləyaqətini müdafiə edən hər kəs dövlətə qarşı qiyam etmiş olur, çünki İlham Əliyev də bir fransız monarxı kimi “dövlət – mənəm” iddiasındadır. İlham Əliyevin rəhbər olduğu illərdə minlərlə insan polis dəyənəyinin altına düşmüş, illərlə türmə çəkmiş, işgəncələrə məruz qalmışlar.

İstər siyasətdə, istər iqtisadiyyatda, istərsə də inzibati idarəçilikdə İlham Əliyevin niyyəti Azərbaycanda müti, qıpıq kütlənin yetişdirilməsi olub. İlham Əliyev on illərlə  ofisiantları, mal-qara oğrularını, peşəkar fırıldaqçıları, banditləri rayonlara  başçı təyin edib. Sədərəkli quldur Tahir Kərimov neçə il salyanlıları alçaldıb. Salyan gəclərinin onun başına gül səpdiyini bütün ölkə gördü. Lənkəranı bir vaxtlar Neftçalanı xaraba qoymuş oğrubaşı Taleh Qaraşov zəli kimi sümürür. Lənkəranın, Lerikin, Cəlilabadın, Salyanın torpaqları deputatlar, nazirlər tərəfindən zəbt olunub, Neftçalanın zəngin balıq sərvəti Kəmaləddin Heydərov və onun yaxınları tərəfindən mənmsənilir. Şamaxı, Oğuz, Qəbələ də elə. Rejimə yaxın adamlar rayonlara yadelli işğalçılar kimi soxulurlar, yerliləri bir qarın çörəyə çalışan muzdurlara çevirirlər.

Soğan kimi soyulan insanların uşaqları bu gün qəhrəmanlıqla döyüşürlər, ölürlər! Onları soyanların, sərvətlərini mənimsəyənlərin uşaqları hardadırlar?

İlham Əliyev əhalinin təşkilatlanmasından, özünüidarədən o qədər qorxur ki, hətta çoxsaylı bələdiyyələrə xalq öz namizədlərini seçə bilmir. Milli məclis əxlaqsız, prinsipsiz, tamahkar insanların yuvasına çevrilib. Ölkədə məhkəmə yoxdur. İlham Əliyevin dövründə nə qədər insan şərlənib, nə qədər qanuna zidd məhkəmə qərarları çıxarılıb!

Son bir neçə ildə ölkədə vətəndaş ləyaqətinə toxunan, azərbaycanlıları başqa millətlərin yanında xəcalətli edən hadisə baş verib. Prezidentin arvadı, nağıldakı balıqçının arvadı kimi, padşah olmaq istəyib və hələlik ərinin birinci müavini olub. Mənim şübhəm yoxdur ki, Amerikada da, Avropada da bu arvad “vitse-prezident”liyinə görə Azərbaycana gülürlər və o ölkələrdə yaşan soydaşlarımız yəqin ki, çox əziyyət çəkirlər. Mən hələ akademiyanı paşayevlərin doldurduğunu, bütün böyük bizneslərə ailənin nəzarət etdiyini demirəm. Ölkə vətəndaşlarının gündəlik dolanışıqları üçün özlərini oda-közə vurduqları halda bu ailənin uşaqları hələ qundaqda ikən biznes sahibi olurlar, ayaq tutub yeriyən kimi Avropa paytaxtlarında kefə qurşanırlar.

İndi bütün bu qabığından özəyinəcən korrupsiya hopmuş sistemin mühəndisi və qarantı, İlham Əliyev, ermənilərlə uğurlu müharibə aparır.

Öz fikrimi deyirəm: Ermənilərlə müharibə gedir, ancaq müharibəni İlham Əliyev aparmır. Müharibəni yəqin ki, türk hərbçilərinin rəhbərliyi altında məğrur və igid Azərbaycan əsgər və zabitləri aparırlar. Xoşbəxtlikdən, İlham Əliyev yalnız ölkə əhalisinin az hissəsinə lakey əxlaqı, lakey düşüncə və davranış tərzini aşılaya bilib.

İndi yaşı otuza qədər olan gənclər İnternet dövründə böyüyüblər. Onların ünsiyyət dairəsi – bütün dünyadır. Onlar üçün  insan ləyaqəti, şəxsiyyət azadlığı ən mühüm dəyərdir. Onlar üçün ruh, düşüncə və yaşayış istiqlaliyyəti mühümdür. Ruh, düşüncə, hərəkət müstəqilliyini dəyər sayan insanlar öz həyatlarına dövlətin müdaxiəlsini qəbul etmirlər. Onlar həm də bilirlər ki, ölkə onlarındır, Əliyevlərin və Mehriban xanımın deyil, ona görə də ölkənin idarəsi də, müdafiəsi də, işğaldan azadlığı da onların işidir. Ona gərə bu nəsil demirdi ki, «hökumət alsın”, “Əliyev alsın”. Bu nəsil “”alaq!” dedi.

Azadlıq müharibəsini aparan yeni nəsildir. Məhərrəm Əliyev kimi yerinəişəyən baş hərbi müşaviri olan komandanın 59 yaşında birdən iradə və əzm göstərməyinə yalnız sadəlövh insanlar inana bilərlər.

İlham Əliyev müharibənin rəhbəri, aparıcısı deyil. O, spikerdir. Deməliyəm ki, yaxşı spikerdir. Niyə yaxşı cəhətini deməyəsən?

Mən də hamı kimi, çətinliklə də olsa, qələbəyə inanıram. Ancaq müharibənin necə bitəcəyindən asılı olmayaraq Azərbaycanda yeni nəslin, məğrur, istiqlal və demokratiya tələbli, insan ləyaqətini, şəxsiyyət azadlığını ən önəmli dəyər bilən nəsil yetişir. Və yəqin ki, bu nəslin  ölkədəki arxaik, korrupsioner idarəçiliyə, katdaçılığa son qoymağa iradə və əzmi çatacaq.

Xeyrulla XƏYAL

07. 10.2020, Samara

О ТОМ, КАК ПАШИНЯН ПУТИНА С ДНЕМ РОЖДЕНИЯ ПОЗДРАВИЛ…

Стандартный

Николь_Пашинян 2

7 октября с утра пораньше Пашинян звонит Путину. Путин в ярости.

— Пашинян, опять ты? Опять за свое? Опять Карабах?

— Что вы, дорогой Владимир Владимирович! Я хотел поздравить вас с днем рождения! Дорогой Владимир Владимирович, как хорошо, чох вы родились. Древний армянский народ целиком поздравляет вас. У нас для вас замечательный подарок. Мы хотим подарить вам Карабах!

— Пашинян, ты совсем из ума выжил? Какой подарок, какой Карабах?

— Дорогой Владимир Владимирович, это очень хороший подарок. Вам его надо как можно скорее забрать.

— И как я его заберу?

— Дорогой Владимир Владимирович, пришлите пару дивизий, ваши десантники Карабах возьмут и отдадут вам.

— Пашинян, я свой день рождения не отмечаю, тем более теперь пандемия. Так что никаких подарков…

— Жаль, дорогой Владимир Владимирович. Древний армянский народ очень будет огорчен…

— Ничего, через два года мне будет семьдесят. К юбилею что-нибудь подарите. Могу взять всю Армению…

— Отдадим с радостью, дорогой Владимир Владимирович. Только если эти азербайджанские террористы к тому времени ее не возьмут…. Нашу древнюю Армению…

— Не возьмут. Об этом я с ними договорюсь. Скажу, что Армения – моя…

— Спасибо, дорогой Владимир Владимирович, не знаю даже, как вас поблагодарить…

Мирза АЛИЛ

07.10. 2020