CƏBHƏDƏ ÖLƏN SALYANLILAR VƏ DOSTUNDAN YAĞLI VƏZİFƏ ALAN SALYANLI

Стандартный

Əkrəm_Abdullayev

Mən dünənəcən bilmirdim ki, “Azərbaycan Diasporuna Dəstək Fondu” var və ona təzə rəhbər təyin edilib – keçmiş deputat salyanlı Əkrəm Abdullayev.

Çox qəribə və həm də həyasızlığı, yöndəmsizliyi ilə hiddət doğuran təyinatdır. Azərbaycanda ağır müharibə gedir. İndi diaspora nə dəstək? Diaspor bütün dünyada Azərbaycana dəstək olur. Elə dünən məlum olub ki, Permdə yaşayan lerikli işadamı İlham Xalıqov ordumuza 200 000 manat (!) pul köçürüb. Hamı olanından verir. Yəni dəstək olur. İndi Əkrəm Abdullayev kimə dəstək olacaq? İlham Xalıqova? Vahid Ələkbərova? Qod Nisanova?

Nazim İbrahimovun vaxtında diasporaya dəstək adıyla pulların necə yeyildiyindən az da olsa, xəbərim vardı. Məsələn, hansı şəhərdəsə bir tədbir planlanır. Bakıdan pul ayrılır. Qəpik-quruş diaspor təşkilatına çatır, qalanı Bakıda yeyilir. Samara təşkilatına da belə təkliflər edilmişdi, ancaq təşkilat boyun qaçırmışdı.

Azərbaycandan diaspora heç bir keyfiyyətli dəstək ola bilmz. Azərbaycandakı komitədən Leyla Əliyevanın adıyla çıxan qlamur jurnalın Rusiyada yayılmasına ətək-ətək pullar ayrılırdı. Bir neçə havayıyeyən Samaraya da gəlmişdi. Mən onların böyüyylə az qalmışdım əlbəyaxa olam…

Leyla Əliyevanın adı bağlanan AMOR təşkilatının Moskvada keçirdiyi qlamur tədbirlərə Rusiyanın pop ulduzları çağırılırdılar ki, onların xərci milyonlar qədər idi. Bu, diasporaya dəstəkdir? Bu, pul yeməkdir.

İndi də Diaspor komitəsi Rusiyada özünü vətənpərvər elan eləmiş hər cür lotu-potu ilə ünsiyyət qurur, yəqin bu məsələdə də pullar yeyilir və sonra da “diaspora dəstək” adlandırılır.

Əgər Bakı inadla əldəqayırma akademik Fazil Qubanovu doaspor rəhbərliyinə yeridirsə, buna nə dəstək? Buna nə Əkrəm Abdullayev?

İnternetdə olan materiallardan görünür ki, Əkrəm Abdullayev komitə sədri Fuad Muradovun dostudur və sədr keçən il salyanlıya  komitədə qondarma bir vəzifə verib. Yəni heç nə eləmirsən, ancaq pul alırsan, məmur statusundan istifadə edib hələ ayrı fırıldaqlar da eləyə bilərsən. Əkrəm Abdullayevin isə dolaşıq adam olduğuna şübhə yoxdur.

“2010-cu ilin iyun ayında o zaman Salyan rayonunun deputatı olan Ə.Abdullayevin Salyan rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi vəzifəsində çalışan qardaşı Əlipaşa Abdullayev “Riyad” Mühafizə Xidmətinin Salyan rayon şöbəsinin rəhbəri İslam Rzayev tərəfindən bıçaqlanmışdı.

Olan baş verən zaman hadisənin motivləri ilə bağlı “Yeni Müsavat” qəzetinə danışan adının çəkilməsini istəməyən mənbə bildirib ki, hadisə Salyan avtovağzalının yanında yerləşən və el içində “İran bazarı” adlandırılan sənaye bazarı ilə bağlı baş verib: “Təqribən 100-dək obyektin olduğu həmin bazarı ”RİYAD” mühafizə edir. Əlipaşa Abdullayevin rəhbərlik etdiyi icra nümayəndəliyi də həmin bazardan yer pulu yığır. Məlumata görə, Əlipaşa Abdullayev “RİYAD”-ın bazarı mühafizə etməsinə görə pul keçirməli imiş. Mühafizə xidmətinin rəisi ona deyib ki, bizim pulumuzu keçir ki, işçilərin maaşını verək. O isə deyib ki, pul yoxdur. Belə olanda mübahisə düşüb və məlum hadisə baş verib”.

https://aqreqator.az/az/siyaset/172360

Hələ bir həftə bundan qabağa qədər Salyana on əsgər meyiti gəlmişdi. Salyanlılar ağır itki verirlər. Bir tərəfdən də plastik kütlə generalı Vaqif Axundov, “bazar uşağı” Əkrəm Abdullayev kimi salyanlılar özləri və yaxınları üçün güzəran qayırmaqla məşğuldurlar.

Komitə sədri Fuad Muradovu da müharibənin bu vaxtında dostlarına isti və çörəkli yer düzəltdiyinə görə topa qoyub erməni tərəfə atmaq lazımdır. Vallah, qorxuram ki, bu adamlar talış oğlu İlham Xalıqovun göndərdiyi iki yüz mini də yeyələr…

Millətmiz bir az ayıq olsaydı…Salyanlılar, ətrafınıza yaxşı baxın… Balalarınızın qədrini bilin… Balalırınızı müharibə gedə-gedə vəzifə alıb-satan oğraşlara etibar eəməyin…

Mirzə ƏLİL

06. 10. 2020, Samara

Обсуждение закрыто.