
Permlİ işadamı, Lerik əsilli İlham Allahverdi oğlu Xalıqov Azərbaycan ordusuna 200 min manat ianə edib.
Lerikli hərbi qulluqçu Hikmət Tahirov. 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazisinin azad edilməsi uğrunda başlanan döyüşlərdə həlak olub.
Allah rəhmət eləsin!
Lənkəranlı polkovnik-leytenant İqbal Bayramov 27 sentyarb 2020-ci ildə Azərbaycan ərazisinin azadlığı uğrunda başlanan döyüşlərdə həlak olub.
Lənkəranın Hirkan qəsəbəsində dəfn edilib.
Allah rəhmət eləsin!
Astaranın Maşxan kəndindən olan MAXE Əliyev Ramin Muxtar oğlu 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazisinin azad edilməsi uğrununda başlanan şiddətli döyüşlərdə həlak olmuşdur. Maşxan kənd qəbirstanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
Hörmətli cənab Dərgahlı!
Hər gün, bəzən gün ərzində bir neçə dəfə erməni tərəf Azərbaycan tərəfinin nə qədər saydasa itki verdiyini bildirir. Siz də deyirsiniz ki, yalandır, o qədər deyil.
Bəs nə qədərdir?
Ermənilər öz ölənlərinin siyahısını müntəzəm yayırlar və həlak olanlar haqqında bütün məlumatı göstərirlər. Bizdə şəhidlərin adları ordan-burdan çıxır. Elə bil ki, şəhid deyillər, cinayətkardırlar, bank yarmağa gedəndə öldürülüblər.
Şəhidlik haqqında dastanlar qoşursunuz, şəhidliyi zirvə adlandırırsınız, ancaq şəhidlər yarıxəlvət dəfn olunurlar, onların haqında məlumat yaymağa qoymurlar. Bu nə deməkdir?
Necə yəni itki yoxdur? Siz ölənləri itki saymırsınız? Bəlkə siz ölənləri heç adam saymırsınız?!
Mənim belə deməyə haqqım var. Çünki neçə ildir Zakir Həsənov cəbhədə «qəhrəmanlıqla həlak olanları» üçüncü dərəcəli medalla təltif edir. Halbuki «Şərəf», «Şöhrət» ordenləri şərəfsiz, namussuz adamlara səxavətlə paylanır.
Erməni tərəf öz döyüşçülərinin adlarını nəinki gizlətmir, onlara fəxri adlar da verir. Bunlar müharibədə vacibdir. Sizin üçünsə sizin özünüzdən vacib heç kim yoxdur. Biz hətta ekranlarda, şəbəkələrdə Məhərrəm Əliyev adında anlaşılmazlığı da görürük, şəhidələri yox.
Siz özünüz övlad itirmisiniz?
Salyanlı Əli Tağıyevin faciəsindən xəbəriniz var? Bir həftədən sonra məlum olub ki, iki şəhid dəyişik salınıb, özgə qəbirlərdə basdırılıblar…
Xalqın uşaqları ali baş komandan ya onun xanımı üçün yox, Vətən üçün döyüşür. Vətən öz qəhrəmanlarını tanımalıdır.
Vicdanınız olsun!
Ölkədə bayram deyil, müharibədir! Sütül uşaqlar, gənc atalar ölürlər. Bakıda fişəng atırlar. Kefdir. Siz istəyirsiniz ki, Bakının kefi pozulmasın?
Cənab Dərgahlı, niyə Astaradan, Lerikdən, Salyandan itkilərin sayı belə çoxdur? Əgər bütün rayonlar belə itkilər verirsə, Bakısız, Gəncəsiz itkilərin sayı 500-dən çox olmalıdır.
Yoxsa elə salyanlılar, astaralılar, biləsuvarlılar ölürlər?
Siz ordunu hansı prinsiplər əsasında qurmusunuz? Niyə ölmək ancaq müəyyən təbəqələrin və müəyyən regionlardan olanların boynuna düşür? Gec-tez, müharibənin nəticəsindən asılı olmayaraq, bu sualları sizə verəcəklər!
Şəhidlərə hörmət edin! Qəhrəmanların adlarını xalqa çatdırın! Dəfnlərini göstərin! Bakılılar da bilsinlər ki, vətən müharibəsidir.
Və, zəhmət olmasa, özünüzə əziyyət verib şəxsi heyətdəki bu qanlı, amansız disproporsiya barəsində fikirləşin. Müharibə hamnındır ya kasıbların?
Xalq şəhidlərinin adlarını bilmək istəyir! Zalımlar! Elan edin ki, heç olmasa, “Allah rəhmət eləsin!” deyə bilək…
Xeyrulla Xəyal
06. 10. 2020, Samara
Древний армянский город Степанакерт имени бакинского комиссара Степана Шаумяна. Древняя армянская казарма горбачевской эпохи. Непобедимый армянский офицер ведет политзанятие с молодыми армянскими солдатами.
— Молодые армянские солдаты! Вам по восемнадцать лет. Но в каждом из вас есть древний армянский дух и этим духом вы сильнее азербайджанского не древнего солдата. У не древнего азербайджанского солдата может быть турецкое оружие, может быть израильское оружие, но армянский солдат его возьмет голыми руками, потому что в нем древний армянский боевой дух. Солдаты! Вы должны постоянно чувствовать внутри себя этот армянский дух и каждую секунду его проявить! Кстати… Кстати… Кто воздух испортил? Быстро ответьте!
— Ашот Пашинян! Это Ашот Пашинян испортил воздух! – кричат все мужественные солдаты, кроме Ашота Пашиняна, который недоуменно смотрит на непобедимого армянского офицера. Офицер, узнав сына древнего премьера, по-отечески говорит:
— Ашот, Ашот, это не хорошо…
— Господин офицер, — говорит Ашот. – вы говорили про древний армянский дух и про то, мы должны постоянно его проявить. Я и решил проявить. Изо всей силы…Что я не так сделал?…
Мирза Алил
06. 10. 2020, Самара
Mən dünənəcən bilmirdim ki, “Azərbaycan Diasporuna Dəstək Fondu” var və ona təzə rəhbər təyin edilib – keçmiş deputat salyanlı Əkrəm Abdullayev.
Çox qəribə və həm də həyasızlığı, yöndəmsizliyi ilə hiddət doğuran təyinatdır. Azərbaycanda ağır müharibə gedir. İndi diaspora nə dəstək? Diaspor bütün dünyada Azərbaycana dəstək olur. Elə dünən məlum olub ki, Permdə yaşayan lerikli işadamı İlham Xalıqov ordumuza 200 000 manat (!) pul köçürüb. Hamı olanından verir. Yəni dəstək olur. İndi Əkrəm Abdullayev kimə dəstək olacaq? İlham Xalıqova? Vahid Ələkbərova? Qod Nisanova?
Nazim İbrahimovun vaxtında diasporaya dəstək adıyla pulların necə yeyildiyindən az da olsa, xəbərim vardı. Məsələn, hansı şəhərdəsə bir tədbir planlanır. Bakıdan pul ayrılır. Qəpik-quruş diaspor təşkilatına çatır, qalanı Bakıda yeyilir. Samara təşkilatına da belə təkliflər edilmişdi, ancaq təşkilat boyun qaçırmışdı.
Azərbaycandan diaspora heç bir keyfiyyətli dəstək ola bilmz. Azərbaycandakı komitədən Leyla Əliyevanın adıyla çıxan qlamur jurnalın Rusiyada yayılmasına ətək-ətək pullar ayrılırdı. Bir neçə havayıyeyən Samaraya da gəlmişdi. Mən onların böyüyylə az qalmışdım əlbəyaxa olam…
Leyla Əliyevanın adı bağlanan AMOR təşkilatının Moskvada keçirdiyi qlamur tədbirlərə Rusiyanın pop ulduzları çağırılırdılar ki, onların xərci milyonlar qədər idi. Bu, diasporaya dəstəkdir? Bu, pul yeməkdir.
İndi də Diaspor komitəsi Rusiyada özünü vətənpərvər elan eləmiş hər cür lotu-potu ilə ünsiyyət qurur, yəqin bu məsələdə də pullar yeyilir və sonra da “diaspora dəstək” adlandırılır.
Əgər Bakı inadla əldəqayırma akademik Fazil Qubanovu doaspor rəhbərliyinə yeridirsə, buna nə dəstək? Buna nə Əkrəm Abdullayev?
İnternetdə olan materiallardan görünür ki, Əkrəm Abdullayev komitə sədri Fuad Muradovun dostudur və sədr keçən il salyanlıya komitədə qondarma bir vəzifə verib. Yəni heç nə eləmirsən, ancaq pul alırsan, məmur statusundan istifadə edib hələ ayrı fırıldaqlar da eləyə bilərsən. Əkrəm Abdullayevin isə dolaşıq adam olduğuna şübhə yoxdur.
“2010-cu ilin iyun ayında o zaman Salyan rayonunun deputatı olan Ə.Abdullayevin Salyan rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi vəzifəsində çalışan qardaşı Əlipaşa Abdullayev “Riyad” Mühafizə Xidmətinin Salyan rayon şöbəsinin rəhbəri İslam Rzayev tərəfindən bıçaqlanmışdı.
Olan baş verən zaman hadisənin motivləri ilə bağlı “Yeni Müsavat” qəzetinə danışan adının çəkilməsini istəməyən mənbə bildirib ki, hadisə Salyan avtovağzalının yanında yerləşən və el içində “İran bazarı” adlandırılan sənaye bazarı ilə bağlı baş verib: “Təqribən 100-dək obyektin olduğu həmin bazarı ”RİYAD” mühafizə edir. Əlipaşa Abdullayevin rəhbərlik etdiyi icra nümayəndəliyi də həmin bazardan yer pulu yığır. Məlumata görə, Əlipaşa Abdullayev “RİYAD”-ın bazarı mühafizə etməsinə görə pul keçirməli imiş. Mühafizə xidmətinin rəisi ona deyib ki, bizim pulumuzu keçir ki, işçilərin maaşını verək. O isə deyib ki, pul yoxdur. Belə olanda mübahisə düşüb və məlum hadisə baş verib”.
https://aqreqator.az/az/siyaset/172360
Hələ bir həftə bundan qabağa qədər Salyana on əsgər meyiti gəlmişdi. Salyanlılar ağır itki verirlər. Bir tərəfdən də plastik kütlə generalı Vaqif Axundov, “bazar uşağı” Əkrəm Abdullayev kimi salyanlılar özləri və yaxınları üçün güzəran qayırmaqla məşğuldurlar.
Komitə sədri Fuad Muradovu da müharibənin bu vaxtında dostlarına isti və çörəkli yer düzəltdiyinə görə topa qoyub erməni tərəfə atmaq lazımdır. Vallah, qorxuram ki, bu adamlar talış oğlu İlham Xalıqovun göndərdiyi iki yüz mini də yeyələr…
Millətmiz bir az ayıq olsaydı…Salyanlılar, ətrafınıza yaxşı baxın… Balalarınızın qədrini bilin… Balalırınızı müharibə gedə-gedə vəzifə alıb-satan oğraşlara etibar eəməyin…
Mirzə ƏLİL
06. 10. 2020, Samara
Для отправки комментария необходимо войти на сайт.