Daily Archives: 05.10.2020

Əslən Lerik rayonundan olan iş adamı Azərbaycan Ordusuna 200 000 manat yardım edib

Стандартный

Əslən Lerikin Pirəsora kəndindən olan, Rusiyada yaşayan iş adami Xalıqov İlham  Allahverdi oğlu Azərbaycan Ordusununa 200 000 manat yardım edib.

Ambur.az xəbər verir ki, bu barədə Fuad Cəlilov özünün «Facebook» profilində qeyd etmişdir. 

«Mən həmişə insan öz etnik mənsubiyyəti ilə fəxr etməz deyərdim. Amma mənsub olduğum TALIŞ xalqının bu günlərdə vətən üçün necə olduqlarını görüb bu sözümü bu günə pozmuş oluram. 
Əslən Lerikin Piyəso (Pirasora) kəndindən olan, Rusiyada yaşayan iş adamı Xalıqov İlham Allahverdi oğlu Azərbaycan Ordusuna 200.000 manat yardım etmişdir. Çox qürurlandım. Belə oğulları olan Lerikdən olduğum üçün. İlk dəfə olaraq və həm də uca səslə deyirəm. Xalqımın qeyrətinə qurban. MƏN FƏXR EDİRƏM Kİ, TALIŞAM. 
Buradan Perm şəhərində yayan İhama da təşəkkürümü bildirirəm. Biz talışlar hər zaman, hər yerdə Azərbaycan dövlətinin dayağıyıq. 
#bizbirlikdəgücküyük.
Qarabağ Azərbaycandır!!!!!»

<span>Əslən Lerik rayonundan olan iş adamı Azərbaycan Ordusuna 200 000 manat yardım edib</span><span xss=removed> </span>

https://wordpress.com/block-editor/post/ochagsamara.wordpress.com/22763

ŞƏHİDLƏRİMİZ: ASTARALI SADİQ BAĞIRZADƏ

Стандартный

Sadiq_Bağırzadə

2002-ci il təvəllüdlü əsgər Bağırzadə Sadiq Şahin oğlu  27  sentyabr 2020-ci ildə Azərbaycan ərazisinin azad edilməsi uğrunda başlanan döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

TƏKCƏ BİZDƏ — DƏNİZ AKADEMİYASININ ÜZMƏK BİLMƏYƏN REKTORU!

Стандартный

Heydər Əsədov

SSRİ vaxtı bir lətifə vardı: Ermənistan hökuməti sovet rəhbərliyindən icazə istəyir ki, Yerevanda Dəniz donanması nazirliyi açsınlar. Kremldə təəccüblənirlər, deyirlər sizdə dəniz yoxdur, dəniz nazirliyi nəyinizə lazımdır. Guya ermənilər belə cavab verirlər: Türkmənistanda mədəniyyət yoxdur, bəs mədəniyyət naziriliyini niyə açıblar?

Bu lətifə bu gün Heydər Əsədovun ianə verdiyini oxuyanda yadıma düşdü. Maraqlandlm ki, kimdir bu adam. Gördüm Dəniz akademiyasının rektorudur, əvvəllər kənd təsərrüfatı naziri olub. Ancaq maraqlı bu deyil. Maraqlı budur ki, Heydər Əsədov ermənistanlıdır. Ermənistanlı! Yəni dənizi olmayan ölkədəndir. Özü də nə təhsili, nə də işi dənizlə bağlı olub. Bəlkə heç üzməyi də bilmir. Ancaq Dəniz akademiyasının rektorudur!

Dünyanın heç bir ölkəsində belə şey ola bilməz!

Biz hələ təəccüblənirik ki, niyə ermənilər otuz ildir bizi yıxıb-sürüyürlər!

Bu adam mühasibdir. Əlbəttə, kənd təsərrüfatına mühasib də lazımdır ki, bilsin nə qədər mal var, nə qədər qoyun var, nə qədər oğurlamaq olar. Ancaq kənd təsərrüfatında zootexnik, baytar, aqronom daha vacibdir. Necə olur ki, kənd təsərrüfatı mütəxəssisi olmayan ermənistanlı uzun müddət Azərbaycanda kənd təsərrüfatı naziri işləyir?

Kənd təsərrüfatı nazirliyi cəhənnəm, xalq özü birtəhər mal-heyvanla dil tapar, əkini-biçini yola verər. Ancaq Dəniz akademiyası başqa şeydir! Bu ermənistanlı yəqin ki, üzmək də bilmir! Axı rekotor həm də rəhbərlik etdiyii ali məktəbin simasıdır. Bu adamın bioqrafiysı dənizlə, donanma ilə bağlı olmalıdır, bu adamın şəxsi nümunəsi tələbələr üçün vacibdir!

Vallah, bu ermənistanlılar, sisiyanlılar elə yerlərdən, elə deşiklərdən pırtlayıb çıxırlar ki, məəttəl qalırsan…

Əlbəttə, Xəzər dəniz deyil, göldür. Biz də heç dəniz xalqı deyilik. Ancaq bu gölə dəniz deyirik, gəmilərimizi donanma adlandırırıq, hələ akademiyamız da var. Ancaq bu akademiyanın başında üzmək bilməyən ermənistanlı durur…

İlahi, şükr olsun sənə ki, ermənilərin dənizə çıxışı yoxdur. Yoxsa bizi…

Yəbi bizi boğardılar. Üzmək bilməyən Heydər Əsədov boğulmazdı. Qaçıb elə yerə dürtülərdi ki, tapan olmazdı.

Ya da keçərdi yerlilərinin tərəfinə…

Hə, bu keçmiş nazir və donanma rektoru orduya ianə edib. 1o min manat…

Siz bilən, bu sisiyanlı nazir olanda nə qədər oğurlayıb?..

Bunu Xəzər dənizi mürəkkəbə dönsə də, yazıb qurtarmaq olmaz…

Yaxşı ki, Qurbanqulu dənizdən bizə hücum eləmir…

Günlərin bir günü müdavimlər bu sisiyanlını götürüb atalar dənizə. Qala çobalaya –çobalaya…

Necə ki, belə rəhbərliyin üzündən millət boğulur…

Mirzə ƏLİL

05. 10. 2020, Samara

BU ADAMI TOPA QOYUB ERMƏNİ TƏRƏFƏ ATMAQ LAZIMDIR!

Стандартный

Arif_Alışanov

«Unikal.org xəbər verir ki, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sabiq sədri, keçmiş millət vəkili Arif Alışanov da Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianə edib». 

Arif Alışanov Azərbaycanın ən oğru məmurlarından olub, hərçənd deputatlar və oğrular arasında kimin daha çox oğurladığını müəyyən etmək çətindir, çünki hamısı oğrudur. İnternetdə bu şərəfsiz insanın oğurladıqlarının, mənimsədiklərinin uzun siyahısı var. Yəni belə məmurlara, deputatlara görə dövlətimiz çürük olub, ermənilər bizi əsir-yesir eləyiblər.

İndi bu oğru orduya ianə verir!

Bu oğrunu və onun kimiləri topa qoyub erməni tərəfə atmaq lazımdır! Onların ianəsi orduya təhqirdir.  Çünki bu adamların, onların arvad-uşağının yediyi poxdur. Bu adamlara ordu şilləsi lazımdır.

Sifətinə yaxşı baxın – sifətində yaxşı əsgər şilləsinin yeri var!

Mirzə ƏLİL

05. 10. 2020, Samara

РАСПОРЯДОК ДНЯ АРМЯНСКОГО ВОИНА

Стандартный

Ник Пашинян

7.00. ЗАВТРАК

У солдата  — армянский лаваш без армянского сыра.

У офицера – армянский лаваш с армянским сыром

8.00. ВРЕМЯ ДЛЯ ПИЩЕВАРЕНИЯ

Солдаты и офицеры исполняют танец «Пашиняни». Это трофейный танец «Шалахо», захваченный у азербайджанских террористов и переименованный указом президента Армении.  Теперь он включен в фонд исторического наследия армянского народа.

9.00 БОЙ

Солдаты сбивают 12 азербайджанских самолетов. Офицеры – 15. Солдаты уничтожают 100 азербайджанских танков. Офицеры – 150. Солдаты убивают 500 азербайджанских солдат. Офицеры убивают 20 азербайджанских генералов. Армяне берут в плен 50 арабских наемников. Армянские офицеры берут в плен 100 пакинстанских наемников.

13. 00. ОБЕД

У солдата — армянский лаваш, армянская долма без мяса. У офицера -армянский лаваш с армянской долмой с приднестровским мясом.

14. 00. ПРОЦЕСС ПИЩЕВАРЕНИЯ

Хором поется историческая армянская песня «Сары гялин». Песня очень древняя, она пелась еще в те времена, когда даже не было такого древнего народа, как армяне.

15. 00 БОЙ

Удары из всех орудий по Гяндже и Мингячевиру. По Талышистану и Лезгистану наносить удару розами, ландышами и хризантемами.

18. 00. УРОК РУССКОГО ЯЗЫКА. ДИКТАНТ В ИСПОЛНЕНИИ МАРГАРИТЫ СИМОНЬЯН.

« Россия, мама, прими нас, мы твои дети, армяне. Мы тебе асфальт будем класть, мы тебе плитку будем класть, мы тебе будем класть и класть. Прими нас».

20. 00 УЖИН

У солдата – арянский лаваш, армянский шашлык без  мяса. У офицера – армянский лаваш, армянский шашлык с абхазским мясом.

21.00 СОН. ВОЗМОЖНО, ВЕЧНЫЙ.

Мирза АЛИЛ

05. 10. 2020, Самара

CƏBRAYIL ALINIB? ŞƏKLİNİ GÖSTƏRİN! PLEASE!

Стандартный

Qurban_Məmmədov

Qurban Məmmədova axır vaxtlar baxan var? Başı tamam xarab olub. Hərbi paltar geyib oturub, deyir ki, “mən prezidentimin dalındayam”…

Vallah, prezidentin dalına indi o qədər adam yığılıb ki, kişi yəqin su başına da çıxa bilmir…

Hə, Qurban Məmmədov. Vallah, evi dağılandan sonra başına hava gəlib. Özü də bizim Azərbaycan havası gəlsəydi, nə vardı ki. Qurban Məmmədovun başına nəm, qatı London havası gəlib. Bir vaxt Leninin də başına o havadan gəlmişdi…

Yaxşı baxın, görün Qurban Məmmədov dünya proletariatının rəhbəri Leninə necə oxşayır. Doğma qardaşı Sərdar Cəlaloğluya bir qram da oxşamır. Ancaq elə bil Leninin ekiz qardaşıdır ya da oğludur.

İndi mən ayrı söz deyəcəyəm. Deyəcəyim söz Azərbaycan rəsmilərinin xoşuna gəlməz. Deyəcəyim söz Azərbaycanın qeyri-rəsmilərinin də xoşuna gəlməz. Çünki qeyri-rəsmilər də prezidentin dalnda durublar. Ancaq gərək deyəm. Birdən mənim də başıma hava gələr, başlaram nala-ıxa vurmağa.

İndi prezident hər gün bəyanat verir. Üzünü müxtəlif səmtlərə, müxtəlif ölkələrə, müxtəlif adamlara tutub danışır. Əynində də hərbi paltar. Sabirabadlılar dmişkən, hərbi qəssum-şalvar.

Məni qınamayın, prezidentin danışığına qulaq asdıqca elə bil Qurban Məmmədovu eşidirəm. İstəyirəm başına London havası gəlmiş divanənin səsini eşitməyim, ancaq şoğərib səs dolur başıma…

Prezident İlham Əliyevə inanmaq istəyirəm. İnana bilmirəm. Çünki İlham Əliyevə inansam, gərək onun baş müşaviri Məhərrəm Əliyevə də inanam, Məhərrəm Əliyevin qardaşı Adil Əliyevə də inanam, Paşa holdinqə də inanam, Paşa banka da…

Yox, Mirzə Əlil dəli deyil…

İlham Əliyev neçə gündür xalqa elan edir ki, buranı aldıq, oranı aldıq. Məşədi İbad demişkən, çox gözəl, çox pakizə!

Mən alınan yerlərin şəklini görmək istəyirəm! Məşədi İbad adaxlısını görmək istəyirdi? Mən niyə Cəbraılın şəklini görməyim? Deyirdiniz ermənilər məscidəri dağıdıbar, qalanında donuz saxlayıblar? Göstərin!

Ermənilər gündə bir neçə dəfə bütün dillərdə aləmə yayırlar ki, Azərbaycan bir kənd də almayıb. Erməni mənbələrini dünyada oxuyanlar bizi oxuyanlardan çoxdur. Onlara inananlar da. Göstərin ki, onların yalanı çıxsın. Niyə göstərmirsiniz?

İkinci dünya müharibəsində alman faşistlərindən işğal olunmu. ərazilərin operativ şəkildə əhaliyə göstərilməsi çox vacib olub. Sovet tərəfində müharibənin ilk həftələrində 90 kinooperator işləyib.

Hanı bizim çəkənər? Bayraqların harasa sancılması montaja bənzəyir və məni inandırmır! Göstərin, əgər Cəbrayıl alınıbsa!

Cəbrayılın şəklin niyə sirr olur? Lerikə, Lənkərana, Biləsuvara, Salyana, Oğuza meyitlər gətirilir. Xalqın sütül uşaqları qırılırlar. Alınmış yerərin şəkli ata-analara da bir təsəlli olardı. Göstərin! Ya yalan deyirsiniz, ya onsuz da incimiş, üzülmüş xalqa məşəqqət verirsinuiz!

Əgər ordu ermənilərlə bacarmırsa,qayıdıb oturun yerinizdə. Kasıb-kusubun uşaqlarını qırmayın, onların ocağını kor qoymayın! Məhərrəm Əliyev və onun kimilərin nəvələri müharibə gedəndə Moskvada, Avropa şəhərlərində bahalı maşınlarda avtoşluq eləyirlər. İnsafınız və vicdanınız olsun!

Şəkil, video göstərin!

Please!

Mirzə ƏLİL

05. 10. 2020, Samara