Hikmət Hüseyn oğlu Həsənov (9 oktyabr 1975, Pirəhmədli, Füzuli rayonu) — Birinci Ordu Korpusunun komandiri, general-mayor, 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni laureatı (2018).
Hikmət Həsənov 9 oktyabr 1975-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndində dünyaya gəlib.
1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. Tərtərdə «N» saylı hərbi-hissədə tağım komandiri kimi xidmətə başlamışdır.
1994-cü ildə Türkiyədə Tuzla harp piyadə okulunda 6 ay kurs keçmiş, 1995-ci ildə həbi məktəbi bitirib Ağdamda «N» saylı briqadada xidmətə başlamışdır. Bölük komandiri, tabor komandiri vəzifəsinə kimi yüksəlmişdir.
2014-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 96-cı ilində Ali baş komandanın sərəncamı ilə general-mayor rütbəsi verilmişdir.
2014-cü il dekabrın 28-də Ali baş komandanın sərəncamı ilə Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan «N» saylı birləşmənin komandiri təyin edilmişdir.
VİKİPEDİYA
Для отправки комментария необходимо войти на сайт.