ŞƏHİD ŞƏKİLLƏRİYLƏ ALVER

Стандартный

Qənimət ZAHİD

“Azadlıq” qəzeti gedən döyüşlərdə həlak olan əsgər və zabitlərin şəkillərini öz FB səhifəsində yerləşdirir və yaxşı eləyir. Şəklin altında şəhid haqqında qısa məlumat var ki, bu da yaxşıdır. Şəklin sağ qırağına isə “Azadlıq qəzeti” yazılıb ki, bu, heyvanlıqdır. Yəni, bu yazı “trade mark”, “əmtəə nişanı” kimi bir şeydir və şəklin Azadlıq qəzetinə məxsus olduğunu göstərir.

Ancaq şəkil “Azadlıq” qəzetinə məxsus deyil. Şəkli «Azadlıq» çəkməyib. Şəklin qırağına onu çəkən fotoqrafın ya da fotoqrafın işlədiyi şirkətin, mətbuat orqanının adı yazıla bilərdi, hərçənd şəhidin şəklində bu da yersizdir və hətta heyvanlıqdır. “Azadlıq” qəzeti şəklin başqaları tərəfindən mənimsəniləcəyindən, oğurlanacağından ehtiyat edir? Şəhidin şəkilini kimsə götürüb paylaşacaqsa, bu, savab deyilmi? Bu şəkildən kim mənfəət əldə edəcək? “Azadlıq” qəzeti özü bu şəkli hansı şəbəkədənsə götürüb, yəni özü “oğurlayıb”, şəklin qırağına adını yazmaqla oğurluğu boynuna götürür.

«Azadlıq» qəzei yalnız özü çəkdiyi şəkillərə öz adını yaza bilər. Məsələn, Qənimət Zahid şəhid olsa və onun redaksİyada çəkilmiş şəkli qalarsa, bu şəkli qəzetin adıyla çap eləmək olar. Mİrzə Əlil tərəfdən etiraz yoxdur…

2016-cı ildə Haqqın.az, APA, ANS, Meydan TV şəhid şəkillərinin düz sinəsinə öz adlarını yazırdılar. Mən onların hamısına söyüş göndərirdim və yazırdım ki, “əzizləriniz ölsün”. Bu, bu bizim kəndin ənənəvi qarğışıdır və yaxşı ənənələri qorumağı özümə borc bilirəm. Bilmirəm, mənim qarğışım onlara çatdı ya çatmadı, ancaq sonralar şəhid şəkilləriylə bir az abırlı davrandılar.

«Azadlıq» qəzetini çıxaranlar hava udub dolanmırlar, çörək yeyirlər, bu çörəyin pulunu kimdənsə, hardansa alırlar. Əyinlərinə yaxşı kostyum geyib efirə çıxırlar. Özləri isə özlərinə məxsus olmayan şəhid şəkillərinin onların adı, yəni reklamı  olmadan yayılmasından ehtiyat edirlər…

Ayıb olsun…

Mirzə ƏLİL

30.09.2020

Обсуждение закрыто.