«SATDILAR, YEDİLƏR…» QARABAĞIN SATILMAQLIĞI

Стандартный

İlham_Əliyev

Əlahəzrət İlham Əliyev Qarabağı həmişə sülh yolu ilə qaytarmaq istəyirdi. Əvvəllər Sarqsyanla, sonra da Paşinyanla görüşəndə gülümsünüb deyirdi:

— Kirvə, bizim Qarabağı qaytarın, pliz!

Kirvələr də deyirdilər:

— Əlahəzrət İlham bəy, erməni xalqı Qarabağı pulla alıb. Qoy Xalq cəbhəsi, Müsavat erməni xalqının pulunu qaytarsın, erməni xalqı da Qarabağdan çıxıb getsin ayrı yerə.

Əlhahəzrət İlham müəllim də çağırır antimilli ünsürlər Əli Kərimlini, İsa Qəmbəri. Deyir ki, siz Qarabağı ermənilərə satmısınız, indi o pulu verin mənə, mən onu qaytarım ermənilərə, ermənilər də Qarabağdan çıxsınlar. Özü də antimilli ünsürlərlə əlahəzrət çox hörmətlə danışır. Deyir : «Pliz!» Yəni «pojalusta!»

Əli Kərimli və İsa Qəmbər boyunlarına alırlar ki, doğrudan da Qarabağı satıblar, ancaq pulun yarısını xərcləyiblər, yarısını da veriblər Qurban Məmmədova ki, tutulsalar, onlara vəkllik eləsin. Əlahəzrət İlham müəllim deyir ki, neynək, yarısını özüm düzəldərəm, nəvələrimdən istəyərəm. Əmr verir ki, gedib Qurban Məmmədovun evini axtarsınlar. Bir dəstə adam balta, külüng götürüb gəlir Qurban Məmmədovun evinə, bütün beş mərtəbəini nə qədər dağıdırlarsa da, pulu tapmırlar. Məlum olur ki, Qurban Məmmədov Qarabağın pulunun yarısını Londina qaçanda, ayıb olmasın, gündəyməz yerinə doldurub aparıb…

Əlahəzrət İlham müəllim görür ki, ermənilərin pulunu qaytara bilməyəcək, çünki Əlahəzrət İlham müəllim kasıb adamdır, gözü maaşa baxır, onun da çoxunu verir Məhərrəm Əliyev kimi naxçıvanlı kasıb-kusuba…

Ona görə də Əlahəzrət İlham müəllim məcbur olur Qarabağı müharibə yolu ilə alsın. Çünki böyük Azərbaycan mütəfəkkiri Mir Cəlal Paşayev deyib ki, pulun yoxdursa, müharubə elə. Ulu öndər Heydər Əlyev isə deyib ki… Yadımdan çıxdı nə deyib… Hə, yadıma düşdü. Deyib “sevgi sevən mərd olar…”

Yəni Qarabağ müharibəsi belə başlandı. Əli Kərimli və İsa Qəmbər buna günahkardırlar. Antimilli ünsür Qurban Mənmmədov da həmçinin.

Əlimi “Bir gəncin maniufesti”nə basıb and içirəm…

Mirzə ƏLİL

28. 09. 2020, Samara

Обсуждение закрыто.