XALQIN SƏBRİ TÜKƏNMƏZ OLMASAYDI, SƏNİN POQONLARINI ÇIXARARDI, ÜSTƏLİK ŞALVARINI DA…

Стандартный

məhərrəm_əliyev

“Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dövlətinin, xalqının səbri tükənməz deyil. Biz daha 25 il oturub torpaqların danışıqlar yolu ilə həll olunmasını gözləməyəcəyik”. 

Bunu Ali baş Komandanın Ali baş müşaviri, keçmiş milisioner Məhərrəm Əliyev deyib. Məhərrəm Əliyevin rütbəsi yüksək olsa da, dediyi ilə razılaşmaq mümkün deyil. Çünki bu, Azərbaycan xalqına böhtandır. Necə yəni xalqın səbri tükənməz deyil? Tükənməzdir! Hamsı xalqın səbri çatardı ki, otuz il onun başını Qarabağ nağıllarıyla qatsınlar? Xalqın səbri tükənməzdir ki, dünənki milisionerin general-polkovnik rütbəsi alıb baş hərbi müşavir olmağına dözür. Türkmənləri demirəm, ağıllı-başlı xalqların başına bu pisliyi gətirsəydilər,  nəinki belə əldəqayrma general-polkovnikin poqonlarını, hətta şalvarını da çıxarardı…

Mirzə ƏLİL

26.09. 2020, Samara

Обсуждение закрыто.