AĞSAQQALLAR ŞURASI MƏNİ O QƏDƏR GÜLDÜRÜB Kİ, SAQQALIM DA AĞRIYIB…

Стандартный

deputat Eldar Quliyev

Azərbaycanda Ağasaqqallar şurasının olduğunu bu gün bilmişəm. Bilən kimi o qədər gülmüşəm ki, nəinki qarnım, hətta saqalım da ağrıyıb. Hərçənd Molla Nəsrəddin deyirdi ki, saqqal ağrımaz.

Necə ağrımaz, a kişi! Sənin vaxtında  bəlkə ağrəmayıb, indi insanın elə yerləri ağrıyır ki, saqqal onların yanında toya-bayrama getməlidir.  Ay Molla Nəsrəddin, sənin vaxtında Milli Məclis var idi? Sənin vaxtında xanın arvadı vitse-xan idi? Sənin vaxtında Paşa holdinq var idi? Az TV var idi? “İşqal” sözünü eşitmişdin? “Təxribat” sözünü eşitmişdin?  Yox, molla, sən bilmirsən biz nə kefdəyik, səhər açılandan başlayırıq  gülməyə. Bəzən gecə yatanda da gülməli yuxular görüb ayılırıq. Məsələn yuxuna girir ki, Zakir Həsənov bayrağımızı sancıb İrəvana. Ya da yuxunda görürsən ki, Kür Xəzərə yox, Xəzər Kürə axır… Yox, bu doğrudan da olub. Bu yaxınlarda.

Ay Molla, sənin vaxtında dəniz çaya axmışdı? Kəmaləddin Heydərov vardı? Kefdəyik, Molla, kefdəyik…

Hə, bu ağsaqqallar şurası… Görəsən ora kimləri seçirlər? Saqqalı olanları? Saqqalı ağ olanları? Bəs saqqalına həna yaxanlar? Bəs kosalar? Kosa məsələsi məni çox maraqlandırır. Odlar yurdu Azəribaycan dünyaya ədalət nümunəsi göstərir. Gərək burda da ayrı-seçkilik olmaya. Ya gərək ağsaqqallar şurasına kosaları da götürələr, ya da ayrıca kosalar şurası yaradıla.

Azərbaycan kosalar şurası!

Görəsən Azərbaycan ağsaqqallar şurasına xarici üzvlər qəbul edilirmi? Edilirsə, mən də ərizəmi verərdim. Yəqin hər ay yal verirlər… Bilmirəm ərizəni kimə yazım. Bilmirəm Ağsaqqallar şurasının kuratoru kimdir, İlham Əliyev yoxsa Mehriban Əliyeva.

Yeri gəlmişkən, bəs Azərbaycanda niyə Ağbirçəklər şurası yoxdur? Doğrudur, bəzi arvadlarda müəyyən yaşda saqqal əmələ gəlir, ancaq hamısında yox. Deyək ki, saqqallı arvadları Ağsaqqallar şuyrasına götürdülər. Bəs üzü tüksüz arvadlar?

Vallah, Azərbaycanı idarə eləmək çox çəətin məsələdir. Mən bilmirəm Paşa holdinq bu məsələnin öhdəsindən necə gəlir. Ancaq ağbirçəklər şurası barədə düşünmək lazımdır. Yoxsa türkmənlər bizə nə deyərlər? Onlarda bu məsələlər çoxdan həll olunub. Qurbanqulu şəxsən bütün saqqalları və ümiumimiyyətlə qadınlarda və kişilərdə olan tük örtüyünü nəzarətə götürüb. Hər gün ölçüsünü və rəngini yoxlayır.

Maraqlıdır, Azərbaycanın ağsaqqallar şurasında saqqala hansı tələblər var? Uzunluğu, sıxlığı, rəngi və s. Yəni deyirəm ki, mən də hazır olum. Saqqalımı qaydaya salım. Sonra şəklini çəkdirib göndərim prezidentin üstünə.

Vallah, məni gülməjk öldürəcək, deyəcəklər Mirzə Əlil kefindən öldü. Ancaq mən kefimdən gülmürəm. Bu, necə deyərlər, faciəvi gülüşdür…

Bu gün Ağsaqqallar şurasınnın sədrliyinə namizədin şəklini gördüm. Bu deputat Eldar Quliyev yəqin layiqli namizəddir, İlham müəllimin daxili və arici siyasətii dəstəkləir, ancaq özünün saqqalı yoxdur.

Bəlkə kosadır?

Elədirsə, kosalar şurası yarasdıb bu cənabı ora sədr qoymaq düzgün olmazdımı?

Ah, yenə məni gülmək tutdu, saqqallım dibinəcən ağrıyır…

Ay milla Nəsrəddin, bilmirsən biz nə gündəyik…

Mirzə ƏLİL

25.09. 2020, Samara

Обсуждение закрыто.