Daily Archives: 24.09.2020

SALYANIN SARVAN KƏNDİNƏ, ŞƏHİD ATASI CAHANGİR QARAŞOVA AÇIQ MƏKTUB

Стандартный

Jalə_Əhmədova

Hörmətli Cahangir Qaraşov!

Xəbəriniz varsa, sizin evinizdə çəkilmiş bir video son vaxtlar sosial şəbəkələrdə yayılır və ədalətli hiddət doğurur. Sizin evinizdəki məclislərdən Azərbaycanda hər gün qurulur, masa başındsa deyilən abırsız sağlıqlardan, təriflərdən minlərlə deyilir. Sizin məclisinizin fərqi ondadır ki, siz şəhid atasısınız, qonaqlığın getdiyi zalda şəhid balanız Nailin şəkli asılıb. Sizin necə ürəyiniz gəlib ki, öz eviniz, şəhid balanızın məqbərisi kimi qorunmalı olduğu mənziliniz  belə bir yavaxanaya çevrilib. Siz niyə oğlunuzun cənazəsi üstündə şərəfsiz insanların rəqs eləməyinə, atılıb-düşməyinə yol vermisiniz? Siz niyə oğlunuzun xatirəsini Jalə Əhmədovanın deputatlıq kampaniyasının reklamına çevirmisiniz?

Şəhid oğlunuzun şəkli asılmış zalda oğraşın biri  – üzr istəyirəm, başqa söz tapmıram – Allahı, Peyğəmbəri təhqir edir.  Bu oğraş  hansı hacınınsa diliylə deyir: “Siz bizim rayona Allah tərəfindən göndərilmiş elçisiniz”. (Yəqin ki, həmin hacı Məkkəni yox, Amsterdamın «qırmızı məhəllələrini» ziyarət edib)…

Bu oğraş yaxşı bilir ki, Allah Milli Məclisə seçkiylə məşğul olmur. Milli Məclisə seçkilərə əgər yuxarıdan qarışan varsa, o da İblisdir. Çünki fırıldaqla, manipulyasiya ilə, rüşvətlə, qohumbazlıqla, yerlibazlıqla ancaq İblis məşğul ola bilər. Əldəqayırma general Vaqif Axundovun Salyana göndərdiyi namizədi “Allahın göndərdiyi” elçi adlandırmaqla bu oğraş ikinci böyük qələti eləyir. Çünki Allahın ğöndərdiyi sonuncu elçi Məhəmməd peyğəmbərdir. Oğraş bununla dayanmır. Məhəmmdələ müqayisəni kifatyət bilmir. Əldəqayırma generalın əldəqayırma namizədini Allahın özünə bənzədir. “Sizə salyanıların dərin məhhəbbəti var. Allahı niyə görmədən sevirik? Bu, ilhai bir sevgidir. Bu gün sizi görməyənlər sevirlər”.

Bu sözləri deyən insan, əlbəttə, müsəlman deyil. Bu sözləri deyən insanın əxlaqı yodur. Bu sözləri deyən adam əqidəsiz və pozğundur. Bu adamın nitqi diriləri də, ölüləri də təhqir edər. Belə nitqlərin söyləndiyi yer daha mənzil deyil, yavaxanadır. Siz hansı tamahla şəhid oğlunuzun şəkli asılan mənzili yavaxanaya çevirmisiniz? Azərbaycanda, ürəkləri parçalansa da, dərdlərini ləyaqətlə çəkən ata-analar çoxdur. Təəssüf ki, oğullarının xatirəsini xırda biznesə, xırda çax-çuxa çevirənlər də var. «Əməkdar» adını necə aldınız? Xidmətlərinizə görə ya şəhid atası olduğunuza görə? Daha nə almısınız?

Əgər qəlbinizdə müsəlmanlıq duyğuları varsa, alınınızı yerə döyəcəyib tövbə edin! Oğlunuzun qəbri üstündə diz çökün! Bağışlanmanızı Allahdan rica edin!

Siz başa düşmürsünüz ki, əldəqayırma general Vaqif Axundov da, əldəqayırma deputat Jalə Əhmədova da, Jalə Əhmədovanı Allaha və Məhəmmdə bənzədən oğraş da sizin oğlunuzun xatirəsini təhqir edirlər? Siz heç fikirləşirsinizmi ki, niyə Axundovlardan şəhid yoxdur? Axı Axundovlar bir sürüdürlər! Niyə Əhmədovlardan şəhid yoxdur? Əliyevlər, Paşayevlər, Heydərovlar şəhid veriblər? Niyə cəbhədə Sarvandan, Quyuçudan, Noxudludan, Xələcdən olan kasıb uşaqları ölürlər? Əgər siz də elə 90-cı illərdə əməkdar olsaydınız, siz də oğlunuzu saxlardınız. Ölkə bu gündədir. Vətəni qorumaq müdafiəsiz insanların boynuna düşür. Bu, faciədir. Sənət adamı kimi bu faciəni hamıdan dərin yaşamaq əvəzinə, qoşulmusunuz oğraşlara, oğlunuzun da xatirəsini tapdalayırsiniz.

Hörmətli Cahangir Qaraşov! Azərbaycanda ləuyaqətli insanlar çoxdur. O biabırçı videodan hiddət də ləyaqətdən doğur. Onlar Nail Qaraşovun xatirəsinin müdafiəsinə qalxırlar! Tövbə edin! Bütün millətin qarşısında! O biabırçı kefxanaya, yavaxanaya, oğraş natiqə görə üzr istəyin  və o videoları İnternertdən götürməyə çalışın.

Həzrət İsa deyirdi ki, bağışlanmanızı rica edin, bağışlanarsınız.

Allah Nail Qaraşova rəhmət eləsin!

Xeyrulla Xəyal

Rusiya Jurnalistlər İttifaqının üzvü

24.09. 2020, Samara