Daily Archives: 21.09.2020

XALQ «İŞQAL»DAN QURTARDI. İNDİ «TƏXRİBAT»DIR…

Стандартный

Ильхам_Алиев

Son vaxtlar əlahəzrət prezident gözəl və qısa “işğal” sözünü işlətmir, bunun əvəzində çox da gözəl səslənməyən və uzun “təxribat” sözünü işlədir. Onun dalınca deputatlar, nazirlər, jurnalistlər və Eynulla Fətullayev, Mirşahin, Aynur Caçalqızı kimi millət fəxrləri də “təxribat” sözünü işlədirlər. Ancaq Azərbaycan xalqı, yəni sadə, məsum, təmiz qəlbli azəri xalqı başa düşmür ki, “təxribat” nədir və “işğal”dan nə ilə fərqlənir.

Sizdən nə gizlədim, mənə də Azərbaycandan çoxlu zəngər olurdu, soruşurdular ki, Mirzə, axı biz qalmışıq məəttəl, bu “təxribat” nə olan şeydir axı, biz “İşğala” öyrəşmişdik, başımızı aşağı salıb birtəhər günümüzü keçirirdik. İndi bu “təxribat” gələndən yuxumuz pozulub, arvad ərə itaət eləmir, uşaq müəllimin üzünə qayıdır, koronavirus bizi öldrmədi, deyəsən bu “təxribat” bizi öldürəcək. Mirzə, bəlkə sən bilirsən: bu şoğərib o»təxribat» nə lan şeydir?

Mən də ora-bura özümü vurdum, prezident administrasiyasında olan tanışlarımdan bu məsələni soruşdu. Tanışlarım mənə Şeyx Allahşükür Paşazadənin çalmasına and içdirdilər ki, sirr öz aramızda qalacaq. Mən də and içdim. Ona görə də siz də gərək Şeyxin çalmasına and içsiniz ki, bu söhbət öz aramızda qalacaq.

Məsələ əslində sadədir. Bu şoğərib “işğal” sözünə əlahəzrət prezidentin dili gəlmirdi. Çünki onun ana dilində “ğ” səsi yoxdur. Ona görə də «işqal” deyirdi. Hər Hər “işqal” deyəndə də antimilli ünsürlər prezidentə gülür, onun nüfuzuna xələl gətirirdilər. Hətta Azərbaycan dilini gözəl bilən ermənilər də əlahəzrətə gülürdülər. Prezident bu nifrətamiz “ğ” səsinin öhdəsindən gələ bilmirdi. Ona görə də günlərin bir günü yığır Azərbaycanın bütün görkəmli yazıçılarını, filoloqlarını, akademiklərini və tələb edir ki, təcili “işqal” sözünü əvəz edən söz tapsınlar. Müxtəlif sözlər təklif olunur. Prezident yazıçıların ali baş komandanı Anarın və akademiklərin kralliçası Nərgiz Paşayevanın  təklif etdiyi “təxribat” sözünü bəyənir. Və o gündən “işğal” sözü “təxribat spzü ilə əvəz olunur…

Məşədi İbad deyirdi ki, hər gözəlin bir eybi olar, ancaq onun eybi eyibsizlikdir. Bizim prezident də eyibsiz gözəldir. Bircə bu şoğərib “ğ” sözünü tələffüz edə bilmir. Neyləsin, bu səs ana dilində yoxdur.

Hər halda Azərbaycan xalqı “işqal”dan qurtardı. Daha nyə ürəyinizi sıxırsınız?

Mirzə ƏLİL

21. 09. 2020, Samara

BABAOĞLU DEYİR Kİ, PREZİDENT BÜTÜN ELMLƏRİ BİLİR. YƏQİN ÖLÜ DİRİLTMƏK ELMİNDƏN BAŞQA…

Стандартный

“Azərbaycan” qəzetinin redaktoru Hikmət Baboğlunun bugünkü “açıqlanması”nı oxuyun, görörsiniz ki, bu cənab antimilli ünsürdür, ara qarışan kimi ölkəsini, millətini və hətta ailəsini də satar. Çünki ağbirçək vaxtında utanıb qızarmadan yalan danışan, abır-həya haqqında anlayış və təsəvvür sərhədlərində kənara çıxan yaltaqlıq edən insandan hər cür oğ… lənət şeytana… hər cür pis hərəkət gözləmək olar.

Millət, ayıq ol! İçində Hilmət Babaoğlu kimi ünsür var!

Hikmət Babaoğlu açıqlanmasını İlham Əliyevin ünvanına təriflərdən başlayır. Deyir ki, “ölkə başçımız bütün sahələr üzrə ensiklopedik biliklərə malikdir…”

Bunu oxuyanda yerimdən elə tullandım ki, boyumun balacalığına baxmayaraq başım tavana dəydi. Özümə gələndən sonra da hirsim soyumadı, başımı bu dəfə vurdum qapının tininə…

«Товарищ Сталин, ты большой ученый…»

Hər sahədə? Ensiklopedik biliklər?

Yalançının lap…

A kişi, nə dediyini başa düşürsən? Necə yəni “elmin hər sahəsində”? Aerodinamika? Optika? Nəzəri Mexanika? Qazın və mayenin mexanikası?Astrofizika? Nəzəri fizika?

Bəlkə qadın xıstəlikləri də?

Virusologiya? İxtiologiya?

A kişi, sabah-birgün ölüb gedəcəksən, niyə özünə hörmət qoymursan? Birdən sənin uşaqlarına, nəvələrinə səhrə yoldaşları dedilər: “Sizin atanız ya babanız çox binamus adamdır”. Hə? Deyərlər?

Sonra Babaoğlu keçir “erməni təxribatına”. Məmur, deputat  “erməni təxribatından” danışırsa, bilin ki, o, ermənilərin yox, kasıb kəndçi azərbaycalı yeniyetmələrin qanını soyuyub. Bu “təxribata” qarşı durmağa nə özü gedəcək, nə də balalarını göndərəcək.

“Azərbaycan” adında qəzet 1918-ci ildə yaranıb. O vaxtın  xadimlərini, jurnalistlərini yada salın. İndi  Azərbaycan “Yeni Azəraycana” çevrilib və görün nə günə qalıb. Jurnalist adını qarın otaranlar, yal mrağıyla gündəyməz yalayanlar daşıyırlar.

“Elmin bütün sahələrində ensiklopedik bilikləri olan” İlham Əliyev deyil, İnternetdir ki, onu da biz yaratmamışıq. Ölkə başçısından ensiklopedik biliklər tələb olunmur. Ölkə rəhbərindən siyasi iradə, tamahsızlığı, ictimai maraqları şəxisi marağından, ailə marağından üstün tutması, zamin olduğu qanuna özünün danışıqsız əməl etməyi və bu kimi xassələr tələb olunur. Bunlar, təəssüf ki, Azərbaycanın rəhbərində yoxdur. Ona görə də ətrafına Babaoğlu kimi əqidəsiz və qab dibi yalayan insanları yığılır ki, bu vacib xassəllərin olduğuna xalqı inandırsınlar…

Mirzə ƏLİL

20.09. 2020, Samara

ÇAVUŞ ELŞƏN ƏLİ OĞLU MƏMMƏDOV HƏLAK OLUB

Стандартный

ELŞƏN MƏMMƏDOV ƏLİ OĞLU

Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

FED.az xəbər verir ki, Şəhid olan kiçik çavuş Elşən Məmmədov Əli oğlu Tovuzun Qaziqulu kəndindəndir. Ailəlidir, 3 oğul övladı var.

MƏN QÜDRƏT HƏSƏNQULİYEVƏ HƏRBİ ƏSİRLİK ARZULAYIRAM!

Стандартный

Qüdrət Həsənquliyev

Azərbaycan ordusuna, əlbəttə. mən həmişə qələbə arzulayıram. Ancaq orduya heç bir aidliyi və mənsybluğu olmayan, həyatı boyu dönə-dönə cildini dəyişmiş, üzü üzlər görmüş, indi quduz deputat qazanclarından harınlamış və azğınlamış deputat Qüdrət Hüseyquliyevə hərbi əsirlik arzulayıram.

Universiteti 27 yaşında, özü də mühariubənin şıdırğı vaxtında, 1992-ci ildə guya fərqlənmə diplomu ilə bitirmiş, o vaxtdan götünü pullu yerlərdə qızdıran bu manıs deyir ki, əsgərlərimiz gecə-gündüz Paşinyanı və onun arvadını əsir götürəcəklərini gözləyirlər.

Xocalı camaatı qırılanda, sağ qalanları əsgər gedəndə bu yağlı qabanın 26 yaşı olub. Öz qadınlarımızın, öz uşaqlarımızın otuz ilə yaxın əsirlik çəkməyini  vecinə almayan, öz kefində olan,vəzifədən ötrü gündəyməzlər yalayan bu rəzil insan özgə həyatlarından elə danışır ki, elə bil onlar loto çəlləkləridir.

Gecə-gündüz müharibə həstərində olan, Paşinyanı və onun arvadını əsir götürmək arzusunda olan əsgərlərin içində Həsənquliyevlərdən kimsə var? Ya Paşinyanın dalınca yenə kasıbların uşaqları gedəcəklər?

Mən Həsənquliyevə, onun əzizlərinə əsirlik arzulayıram. Bəlkə onda özü gecə-gündüz müharibə arzular.

Öz torpağında öz anasının qəbrini ziyarətə getmiş Dilqəm zindanda, əsirlikdədir. Bu qudurub ağlını itiriş deputat Paşinyanı əsir götürməkdən danışır…

“Parlament”, məlumdur ki, “danışmaq” sözü ilə bağlıdır. Ancaq Azərbaycan kimi ölkədə parlamentin dəyəri və qiyməti məlumdur. Ona görə bura yığılan, xalq pulunu yeyib harınlananların ən böyük xidməti susmaq olardı…

Yeri gəlmişkən, “Əbrəqunus” nə addır? Rus dilindəki “гнусь»  sözü ilə qohumluğu yoxdur ki?

 

Mirzə ƏLİL

21.09. 2020, Samara