Daily Archives: 20.09.2020

ŞİRVAN KƏRİMOV RAMİZ MİKAYILOVU SAMARADA QƏBUL EDİB VƏ ALNINA MÖHÜR BASIB

Стандартный

Ramiz -Mikailov

20 sentyabr 2020-ci ildə Şirvan Kərimov Moskvadan təşrif buyurmuş Ramiz Mikailovu yüksək səviyyədə qəbul edib. Şirvan Kərimov moskvalı qonağı Samaradakı vəziyyətlə tanış edəndən sonra alnına bizim şəhərimizin möhürünü basıb. Bunu Ramiz Mikayılov özü xahiş edib. Deyib ki, möhür basılmasa, onun Samaraya gəlməyinə inanmazlar, Elkaponi ezamiyyət pulunu verməz, üstəlik, türkün sözü, özünü zad da eləyər.

Möhürün basılmağı bir az ağrılı keçib. Ramiz Mikailov dana kimi böyürürmüş. Sonra sakitləşib, güzgüdə möhürünə baxıb Şirvan Kərimova təşəkkürünü bildirib.

TƏLƏQRAF.COM-A İSTİNADLA

Mirzə ƏLİL

XANIM DEPUTAT JALƏ ƏHMƏDOVA O QƏDƏR MƏSUMDUR Kİ, ASLANIN DİŞİLİ-ERKƏKLİ OLDUĞUNU BİLMİR…

Стандартный

jale_ehmedova-2

Teleqraf.com “xanım deputat” Jalə Əhmədova ilə “açıqlama” təqdim edir.

Biz azərbyacanlılara gərək ən azı alt ay danışmaq, yazmaq qadağan edilə. Ruslar bizdə olanı bilirdilər ki, dilimizi məhdudlaşdırırdılar.

“Xanım deputat” nədir?

Əgər “xanım” “qadın” əvəzində işlədilirsə, onda gərək ardıcıl olaq:

Xanım müəlim;

Xanım həkim;

Xanım pambıqçı;

Xanım alverçi;
Xanım satıcı;

Xanım süpürgəçi;

Xanım fahişə və s.

Belə deyilmi?

Bizim niyə abrımız yoxdur?…

Bu bir yana.

Bu “xanım” niyə deputatdır? Özü də Salyandan. Salyanda deputatlığa layiq bir “xanım” tapılmadımı? Hələ kişiləri demirəm…

Əlbəttə, Salyanda xanım, bəy, çoxdur, yəni erkəyi də var, dişisi də. Ancaq bu Xanım Jalə “Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünas vəzifəsində çalışır”.

Vallah, mənim kəndçim Vaqif Axundoun gözəl zövqü var. Bərəkallah!

Şeyx Nəsrulla deyirdi: Şeyx Əhməd, mən xəstəyəm, özün bilirsən nəyin xəstəsiyəm…

Eh, mən Axundov kimi vəzifədə olsaydım və bu xanım mənin işçim olsaydı, onu heç gözümdən uzağa qoymazdım…

Yəqin Vaqif Axundov beş-altı zırpı zabiti təhkim edib Milli Məclisə, onun xanım işçisini güdürlər. Çünki Milli Məclisdə Aqil Abbas kimi, Siyavuş Novruzov kimi, Fəzail Ağamalı kimi pozğun adamlar var…

Xanım deputat 2018-ci ildən Vinq Çun döyüş sənəti federasiyasının təsisçisi və I-ci vitse-prezidentidir.

Mənə elə gəlir ki, bu, düz deyil. Salyan deputatı, Vaqif Axundovun işçisi gərək bıçaq federasiyası təsis edəydi. Çünki bıçaq vurmaq salyanıların qədim milli ənənəsidir.  Mən o bıçaq federasiyasında xanım Jalənin müavini olmağa hazıram. Yəqin xanım Jalənin canısulu xanım kənizləri də olar. Darıxmazdım…

Xanım Jalə Əhmədova təklif edib ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsiylə girsinlər.

Dəstəkləyirəm! Üstəlik arayş təqdim etsinlər ki, başları xarab deyil və İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirlər.

Jalə xanım deyir: “Köməkçim Salyandan olan ağsaqqal və nüfuzlu bir insandır”. Qalmışam məəttəl: mən Salyanda bir nüfuzlu ağsaqqal tanıyırdım: Yavər Cəbrayılov. Onu bütün Azərbaycan tanıyır. Analoqu yoxdur. Bəlkə də ayrı adamdır. Bəlkə Cəbrayılov ölüb. Bəlkə də Axundovlar öz içlərindən “ağsaqqal və nüfuzlu insan” yetiriblər…

Ah, yazıq Salyan… O qədər bıçaqlar vurulub, o qədər qanlar axıdılıb, bəs hanı ədalət, hanı qeyrət, hanı demokratiya…

Jalə deyir: “Aslanın erkəyi, dişisi olmaz”.

Bircə bununla razı deyiləm. Jalə xanım o qədər məsumdur ki, bilmir dişi-erkək olmasa, nəsil artmaz…

Cavandır, öyrənəcək…

Sonda xanım Jalə deyir: “Prezidetə dəstək olaq lazımdır”.

Bununla qismən razıyam. Dəstək lazımdır, ancaq on milyon dəstək çoxdur.

Xanım Jalə, icazə verin Mirzə Əlil prezidentə qulp olsun. Avropa alimləri sübut ediblər ki, qulp qoyulmayan rəhbərin ağlı çaşır.

Bıçaq federasiyasını yaddan çıxarmayın.

Poka, poka, milaya!

Mirzə ƏLİL

20. 09. 2020, Samara