Daily Archives: 19.09.2020

ELMAN NƏSİROVA: PAŞİNYANIN OĞLU QARABAĞA QANUNSUZ GEDİR? BƏS SİZİN UŞAQLARINIZ NİYƏ QANUNİ GETMİRLƏR?

Стандартный

Elman_Nəsirov

Deputat Elman Nəsirovu tanıyan var?

Onun seçkiqabağı reklamında gəzdiyi ölkələrin siyahısı göstərilir. Yüz də olmasa, əlli ölkədə olub. Azərbaycanı təmsil edib.

Etdiniz? İndi də təsəvvür edin ki, Nəsirovun təmsilçiliyi dövlət xəzinəsinə neçəyə başa gəlib.

İndi təsəvvür edin ki, Nəsirov həmin ölkələrə getməyib. Azərbaycan cırılıb-dağılardı? Nəsirovun bu dünya səyahətləri işğalda olan torpaqların bir qarışını qaytarır?

Neynək qoy bu Nəsirov xalqın hesabına gəzsin, kef eləsin. Ancaq həddini aşmasın. Şıllaqlamasın. Təpik atmasın. Ancaq bu “fildibesser” Nəsirov çox utanmaz adamdır. Şıllaqlayır.

Nəsirov bu gün “açıqlama” (“açıalama” sözünü oxuyan kimi mənə elə gəlir ki, millət vəkili şalvarın soyunub qalır lüt-madarzat… açıqlanır…) verib Paşinyanın oğlunn əsgərliyindən danışır. Oxuduqca görürsən ki, «fildibesserin» başı xarabdır.

Deyir ki, guya Paşinyanla həyat yoldaşı (yəni arvadı, Nəsirov utanmaz olsa da “arvad” sözünü dilinə gətirmir) arasında problem var. Elə bil ki, Nəsirov onlarla bir yatıb-durur…

Ddeyir kiz. Paşinyanın oğlu “narkotik istifadəçisidir”. .. Bəlkə də Paşinyanın oğlu nədənsə istifadə edir, ancaq yəqn ki, Elman kirəsiylə bir yerdə. Elə deyilsə Elman kirvə bunu hardan bilərdi?

Nəsirov deyir ki, Paşinyanın oğlunun işğal olunmuş Qarabağda xidməti qanuna ziddir!

Aha!

Deməli, Qarabağda Paşinyanın oğlu yox, Nəsirovun və başqa deputatların oğulları xidmət etməlidirlər, hə? Bəs niyə oğullarınızı göndərmirsiniz, ay maygülülər? Paşinyanın “narkoman” oğlundan qorxursunuz? Nrkoman erməni əsgərlərinin qorxusundan qoçaq və sağlam oğlanlarınızı arvadlarınızın dart tumanı altında gizlədirsiniz?

Vallah, bu adamın başı tamam xarab olmasa da, qaydasında deyil. Əgər xalqın professoru, deputatı bu ağılda və bu əqidədədirsə, kül olub xalqın başına…

Mirzə ƏLİL

19.09. 2020, Samara

JOZEF GEBBELSİN TÖRƏMƏLƏRİ AZƏRBAYCANDA

Стандартный

Aynur_Camalqızı

«Hüquq elmi – siyasətin fahişə qadınıdır” – bunu Josef Gebbels deyib.  İndi almanın fikrini təstiq edən numunələri Almaniyada tapmaq olmaz. Ancaq belə nümunələrin olduğu dövlətlər hələ çoxdur və onlardan biri də Azərbaycandır.

Tofiq Yaqublu cinayət törədib ya törətməyib? Vintaçanla başqa bir vətəndaşın sinəsini cırıb ya cırmayıb? Arvadını döyüb ya döyməyb? Əgər bunlar baş vermişdisə və məhkəmə prosesində təsdiq olunmuşdusa, niyə o, ev dustaqlığına buraxılır? Aclıq edir? Cəhənnəmə edir! Öləcəkdi? Cəhənnəmə ölsün! Hər aclıq edən evə buraxılmalıdır? Bəs qatillər? Xırda uşaqları zorlayanlar? Sabah onlar aclıq eləsələr, “ura” sədaları altında evə buraxılacaqlar?

Qanunvericilikdə belə prosedur nəzərdə tutulubmu – aclıq edəni evə buraxırlar?

Tofiq Yaqublu evə buraxılırsa, deməli, bu, məhkəmə qərarı deyil. Bu, Əliyev ailəsinin qərarıdır. Və burda heç bir humanizm-zad yoxdur. Çünki əgər Əliyevlər Yaqublunu evə buraxırlarsa, deməli, onu özləri tutdurmuşdular, vintaaçan da onlara məxsus idi, “zərərçəkənin” də sinəsini onlar cırmışdılar. İndi Yaqublunun öləcəyindən və yarana biləcək hay-küydən qorxub Yaqublunu buraxırlar.

Məhkəmə Azərbaycanda doğrudan da kollektiv fahişədir. Bəzən deyirlər ki, Azərbaycanda məhkəmə yoxdur. Bu da düzdür. Yəni əsil məhkəmə yoxdur. Olan məhkəmə isə fahişədir.

Bir sitat da az qala hamılıqla Gebbelsə aid edilir: “Min dəfə təkrar edilən yalan həqiqətə çevrilir”.

Əslində bi sitat Gebbelsə aid deyil, bu, Hitlerin “Mayn kampf” kitabındandır. Marksistlər və yəhudilərdən danışarkən Hitler yazır ki, “…onlar belə hesab götürürdülər ki, sənin yalanın nə qədər dəhşətlidirsə, o qədər tez sənə inanarlar. …Sən yalanını ancaq artır – bu yalandan hökmən bir şey qalacaq”.

Gebbels… Hitlər… Nə fərqi var? Məsələ burasındadır ki, indi Gebbelsin də “törəmələri”ni Almaniyada yox, Azərbaycan kimi ölkələrdə axtarmaq lazımdır.

“Politoloq” Aynur Camalqızı iddia edir ki, İlham Əliyevin Tofiq Yaqubluya ürəyi yanıb. Aynur Camalqızı, çoxdan şəhərdə yaşamağına baxmayaraq  kənd arvadıdır, dolanışığından ötrü nəinki kolxoz briqadirinə, hatta kolxoz qarovulçiusuna yaltaqlanan kənd arvadı. Camal Aynurqızı yazır: “İlham Əliyev Tofiq Yaqubluya sahib çıxıb”.

Fikir verirsiniz bu arvadın danışığəına? Tofiq Yaqublu elə bil yetim-yesirdir, bomjdur, cüzamlı xəstədir, ya da ömrü türmələrdə keçən residivistdir. İlham Əliyev isə Həzrət İsa timsallı bir şəxsdir. “Sahib çıxıb…”

“Politoloq” Aynur Camalqızı demir ki, Tofiq Yaqublu vintaçanla cinayət törədib ya yox? Törətməyibsə, Əliyevdən başqakim onu  tutdura bilərdi? Törədibsə, kim onu Əliyevdən başqa buraxdıra bilərdi?

Politoloq yazır ki, İlham Əliyev və Mehriban Əliyeva minlərlə şəhid ailəsinə “sahib çıxırlar”.

“Politoloq” Aynur Camalqızı yazmır ki, niyə İlham Əliyev şəhidliyə, labüd ölümə yalnız kasıb kənd uşaqlarını göndərir? Niyə indiyəcən Əliyelərin, Paşayevlərin, Mehdiyevlərin, Heydərovların, deputatların, nazirlərin, hakimlərin, icra başçılarının ailəsindən bir nəfərin də cəbhə bölgəsində burnu qanamayıb?

İlham Əliyev minlərlə ananın ürəyinə dağ çəkib, onları əbədi ağlar qoyub.

Və, əlbəttə, bu gün İlham Əliuyev Tofiq Yaqublunu evə buraxırsa, heç şübşə yoxdur ki, onu özü tutdurub.

Jozef və  Maqda Gebbelsin altı uşağı olub. Onlar 1 may 1945-ci ildə uşaqların hamısını zəhərləyiblər və sonra özlərini də öldürüblər.

Ancaq Gebbels vərəsəsiz qalmayıb. Aynur Camalqızı kimi “politoloqları” oxuyun, görərsiniz ki, Gebbelsin Azərbaycanda da törəmələri yaşayır və fəaliyyət göstərirlər…

Mirzə ƏLİL

19. 09. 2020, Samara