DEPUTAT AĞALAR VƏLİYEVİN MATƏM ŞEİRİ

Стандартный

Ağalar_Vəliyev

Qaragöz anam, axı.

Niyə belə tələsdin?!

Oğlunun qazandığı,
Sənə min il də bəsdi.

=

Dünyada nə çox ana,
Çörək tapmır yeməyə,
Bəs Əzrail imenno,
Səni apardı niyə!

=

Ulduzlar demə dörddü,

İstanbul otelmimdə.

Ana, kim sən gördü,

Ulduz bildi elimdə.

=

Ulduzdan doğulanam,
Ulduzam özüm də mən,

Mənim Qaragöz anam,

Sərvət —  nə qədər desən.

=

Var ticarət mərkəzim,

Var bazar, var restoran,
Yarısınacan bizim,
Gözəl Azəribaycan.

=

Var deputat mandatım,
“Azəraqrartikintim”.
Satılsaydı, alardım,
Ölüm immuniteti.

=

Ana, yas içindəyəm,
Niyə getdin, niyə sən.

Yığdıqlarım bəs idi,
Sən min il də yeyəsən…

Mirzə ƏLİL

18.09. 2020, Samara

Реклама

Обсуждение закрыто.