DEPUTAT MƏHƏMƏLİYEVƏ: NECƏ HAVANI KİM KORLADI? SƏN ÖZÜN KORLAMISAN, CƏNAB!

Стандартный

Nəsib Məhəməliyev

“Korrupsiya və rüşvətxorluğa qarşı səmərəli mübarizə aparmaq üçün Milli Məclis tərəfindən də müvafiq qanunvericilik bazası yaradılıb. Cənab Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı nümayiş etdirdiyi siyasi iradə cəmiyyət tərəfindən də yüksək qiymətləndirlir”.

Bunu deputat, Balakənin keçmiş başçısı Nəsib Məhəməliyev deyib. İlin əvəlində balakənlilərin bir qrupu mətbuatda prezidentə müraciət edib Nəsib Məhəməliyevin Balakəni taladığından şikayətləniblər. Şikayətə Məhəməliyevə Balakəndə və Bakıda məxsus bizneslərin və mülklərin uzun siyahısı əlavə olunub.

“Oğru elə qışqrdı ki…”

Bu lotu o qədər həyasızlaşıb ki, utanmadan “rüşvətxorluğa qarşı mübarizəyə” çağırır.

Bir çox xalqlarda, elə bizdə də bir az ayıb sayılan lətifələr var ki, onlar “havanı korlamaq” mövzsundadır. Yəni biri adam içində qəfldən havanı korlayır, özünü təmizə çıxarmaq üçün hamıdan qabaq qışqırır ki, “havanı kim korladı?”

Nəsib Məhəməliyev başqa bir lətifədə olduğu kimi, havanı elə korlayıb ki, gərək hisini üç gün yuyub-siləsən. Özü də qışqırır ki, “havanı kim korlayıb?”

Bu mövzuda daha bir lətifə:

“Bir qoca həkimə şikayət edir: Doktor, bu azrar məndə çoxdandır, hava buraxıram – nə səsi çıxır, nə iyi. Nə deyirisiniz?

Həkim qocaya dərman yazır, deyir ki, bir həftədən sonra gələrsən. Bir həftədən sonra qoca gəlib həkimə deyir: Doktor, siz neylədiniz! İndi hava buraxanda səs yenə çıxmır, ancaq elə iy qalxır ki, göz çıxardır.

Həkim deyir: Dayı, əla, burnunu sağaltdıq, indi qulağını da müaəlicə elərik…”

Təəssüf ki, indi burnun və qulağının müalicəsinə ehtiyacı olan Azərbaycan xalqıdır. Çünki bu utanmaz məmurlar və deputatlar arxayınca havanı korlayırlar, əmindirlər ki, səsini xalqın qulağı eşitmir, iyini xalqın burnu duymur…

Mirzə ƏLİL

17.09. 2020, Samara

Bu da balakənlilərin siyahısı — göstərilənlərin Məhəməliyevə məxsus olduğu iddia edilir:

Balakəndə

  1. Şəhərin mərkəzində MMOİL yanacaqdoldurma məntəqəsi –Ulu öndərin adını daşıyan parka zid formada heykəlin görünüşünə mane yaradaraq tikintisi var;
  2. Qabaqçöl qəsəbəsində MMOİL yanacaqdoldurma məntəqəsi;
  3. Poçtbinə kəndindəki yanacaqdoldurma məntəqəsi;

  1. Hənifə kəndindəki kərpic zavodu-kəndin örüş sahəsində tikilib, bir vaxtlar kənd camaatı malını otarırdı;
  2. Balakən mərkəzi bazarı-qaynanası Mina müəllimə antisanitar şəraitdə bazarı idarə etməklə bərabər özbaşnalıqla idarə edir. vergidən yayınır;
  3. İcra hakimiyyətinin yanındakı kafe-icarə müqaviləsi olmadan işlədilir;
  4. Qabaqçöldə 100 hektar torpaq sahəsi və içərisindəki mal sürüsü-heç bir sənədi yoxdur;
  5. Tülü kəndindəki keçmiş saray yeri;
  6. Balakən rayonunun mərkəzindəki rayponun anbarları;
  7. Balakən rayonundakı keçmiş çörək zavodu;
  8. Balakən rayonunun girəcəyində, dağın ətəyindəki villa-xüsusi qorunan qoruqda tikilib. Həyətində yeni istifadəyə verilən Balakən inşaat malları mağazası fəaliyyət göstərir;
  9. Balakən rayonundakı dəyirman;
  10. Balakən rayonundakı keçmiş univermağın ərazisi;
  11. İtitala kəndindəki qum karyeri-çayın yatağını kobudcasına dağıdaraq
    15. Keçmiş tara bazası;
  12. Bazarın qarşısındakı 5-in 6-ya ərazisi olan 21 ədəd mağaza-heç birinin icarə müqaviləsi yoxdur, vergidən yayınır…

Bakıda

  1. 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən “Əlibaba” dönərxanası və ona bitişik aptek;
  2. Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası;
  3. Asif Məhərrəmov küçəsi 22a ünvanda yerləşən “Unibank”ın binası;
  4. Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz “Moskva” univermağının yaxınlığında 6 mərtəbəli “Modera” mebel salonunun binası;
  5. Mir Cəlal küçəsində “Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə;
  6. Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası;
  7. Mir Cəlal küçəsi 63-də “Assorti” restoranı;
  8. Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran;
  9. 20 yanvar küçəsi bina 22-nin yaxınlığında “Deka bank” və yaxınlıqında tikilən bina.
  10. 20 yanvar küçəsində “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar;
  11. “Qızıl Tac” şadlıq evinin arxasındakı stadion. Icra başçısı stadionu təmir adı ilə zəbt edib;
  12. “Əcəmi” metrosunun yaxinlığında “Bakcell” ve onun yanında “Azercell” dükanları;
  13. “Moskva” univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina;
  14. Cavadxan küçəsi 26-da “Ideal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek;
  15. “Ərzurum” şadlıq evinin yanındakı yeni möhtəşəm bina;
  16. Hərbi Hospitalla üzbəüz Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa;
  17. Tibb Universiteti ilə üzbəüz Səməd Vurğun küçəsi 116-da yerləşən restoran;
  18. Qobustandakı daş karyeri və yataqla birlikdə aldığı qoyun sürüsü”.

https://www.ens.az/az/balakenliler-usyan-etdiler-deputatin-servetini-aciqladilar

Реклама

Обсуждение закрыто.