SAMİR NURİYEV: “AĞZINI CIRARAM! GÖZÜNÜN İKİSİNİ BİR DEŞİKDƏN ÇIXARARAM!”

Стандартный

Samir_Nuriyev

Ağlım kəsəndən eitmişəm ki, gülməyin axırı ağlamaq olar. Yəqin ki, bu doğru fikirdir. Çox  evlərdə görmüşəm: gülüb-danışırlar, ər deyir, arvad gülür, arvad deyir, ərt gülür, uşaqlar da gülüşürlər, birdən arvadın dediyinə ər gülmür, acıqlanır, qayınatasının və qayınanasını ağzını və başqa yerlərini söyə-söyə arvadı salır təpiyinin altına…

Arvad elə üstü-başı qanlı uşaqların kiçiyini qoluğuna vurub gedir atasıgilə…

İndi prezident də hər gün xalqı güldürür, mən də uzaqdan-uzağa qəhrəman və müdrik xalqıma qoşulub gülürəm. Ancaq hərdən gülüşüm elə bil boğazımda qalır, birtəhər udqunub ötüşdürürəm. Ancaq ürəyim sıxılan kimi olur.

Samir Nuriyevin Korrupsiyaya qarşı mübarisə üzrə Komissiyanın rəhbəri təyin olunduğunu eşidəndə də çox güldüm, elə indi də özümü gülməkdən saxlaya bilmirəm. Ancaq bilirəm ki, axırı ağlamaq olacaq.

Samir Nuriyev administrasiyanın rəhbəridir. Bilmirəm, Azərbaycanda neçə adam Nuriyevi tanyır. Məsələn, Putinin administrasiya rəhbərini tanıyan yoxdur. Hamı Seçini tanıyır, Rottenberqləri, Kovalçukları, Potanini, Deripaskanı tanıyır. Administrasiya rəhbərini tanıyan yoxdur. İndi birdən Putun administrasiya rəhbərini antikorrupsiya üzrə Komissiyaya rəhbər təyin edə. Bu da Seçinə ya Deripaskaya deyə ki, cənablar, siz çox korrupsiyaya yol verirsiniz. Onlar da yəqin deyərlər: “Тьфу на тебя! Иди в жопу!»

Azərbaycanda da Samir Nuryev. Korrupsiya hardadır? Prezidentin öz ətrafında. Samir Nuriyev Neft fonduna girə bilər? Türkün məsəli, dalına elə bir təpik vurarlar ki, şalvarını bulayar. Yəni o mənada ki, şalvarı bulanar.

Samir Nuriyev sədr, üzvlər Vilayət Eyvazov, Əli Nağıyev…

Oxumayın, vallah! Bilriəm ki, bəzi vətəndaşların gülməkdən qarınları cırılacaq. Vallah, prezidentimiz xalqı işədir…

Korrupsiya hardadır? Polisdə deyilmi? Polis korrupsioner olmasa, ölkədə korrupsoya Finlandiyadakı qədər olar, yəni heç olmaz.

Dövlət təhlükəsizliyi xidməti ən korrupsioner orqan deyilmi? İndi elə Rusiyada da belədir. İndi bu orqanın rəhbəri komissiyanın üzvüdürsə, mübarizə hardan və kiminlə olar?

Vallah, bu adamlar milləti heyvan yerinə qoyurlar. Əslində bu adamlar yaxşı təhsil almış bu cavanı da, yəni Samir Nuriyevi də heyvan yerinə qoyublar. Ay Samir Nuriyev, sən korrupsiyanın cəmləşdyi, mərkəzləşdiyi yerdə çalışırsan, sən korrupsiya ilə necə mübarizə apara bilərsən? Dalından bezmisən? Dalını qoru, oğul, təpik vursalar yaxşıdır. Bizdə korupsiyaya qarşı mübarizə aparanların dalına qarşı başqa hərəkətlər də edərlər.

Vallah, belədir.

Çünki biz korrupsionerlər ölkəsiyik.

Çünki bizim diyarımız odlar diyarıdır.

Bir sözlə, dalından muğayat ol. Çünki bu yalançı mübarizə ilə xalqı da acıqlandırırsınız. Bilmək olmaz, içindən biri çıxar, deyər: “Hanı Samir Nuriyev? Ağzını cıraram!! Gözünün ikisini bir deşikdən çıxararam!”

Mirzə ƏLİL

16.09. 2020, Samara

Реклама

Обсуждение закрыто.