YAP-IN PASSİVLİYİ MİRŞAHİNİN GÖZÜNƏ GİRİB

Стандартный

mirşahin

Azərbaycanın ən sevimli və Eynulla Fətullayevlə bərabər ən qeyrətli jurnalisti Mirşahin YAP-ı tənqid edib. Yapın tənqidini eşidən tamaşaçılar dəhşətə gəliblər, neçə tamaşaçının üstünə təcili yardım gəlib və Mirşahinin çıxışından sarsılmış vətəndaşlara koronavirus diaqnozu qoyub naməlum istiqmətdə aparıblar.

Mirşahin məlumat verib ki, “hakim partiyanın passivliyi və köhnə üslubla işlədiyi artıq gözə girir”. Mirşahinin gözündəki sarğıdan  tamaşaçılar biliblər ki, YAP-ın passivliyi birinci Mirşahinin gözünə girib və Azərbaycan xalqnın milli sərvəti olan Mirşahin bir gözünün işığını itirib və indi bütün Azərbaycana bir gözlə baxır.

Mirşahini dilə gətirən YAP-ın passivliyindən çox prezidentin təkbaşına qazandığı uğurlara yaççıların şərik çıxmağı, “pərçim olmalarıdır”. Mirşahin prezidentin təkbaşına hansı uğurları qazandığını deməyib, çünki bu, dövlət sirridir.

Mirşahinin verilişinə baxan Eynulla Fətullayev ekrana tüpürərək deyib: “Bu maygülü tərifdə yenə məni keçdi!”

Aynur Camalqızının verdiyi məlumata görə, Mirşahinin çıxışını izləyən əlahəzrət prezident “göz yaşlarına hakim ola bilməyib”.

Mirzə ƏLİL

15.09. 2020, Samara

Обсуждение закрыто.