Daily Archives: 15.09.2020

ELMLƏRİN DOXDURU…ERMƏNİNİ QORXUDUR…

Стандартный

Aydın-Mirzəzadə

Deputat Aydın Mirzəzadənin çox gülməli bioqrafiyası var. Oxuduqca öz-özünə uğunub gedursən.

Lənət şeytana! Məhərrəmlikdə çox gülmək olmaz..

Maraqlıdır, görəsən Aydın Mirzəzadə Əli şiəsidir ya Əli şiəsi deyil?

Görəsən YAPçılıqla Əli şiəliyi tutuşur ya tutuşmur? Əli pərəstişi ilə Əliyev pərətişi bir araya sığırmı? Buna Alllahşükür Paşazadə nə deyir?

Ya Şeyx, intizardayam, bu məsələni bizim üçün çözələ. Allah ömrünü uzun, qazancını bol eləsin, ya Şeyx! Sən olmasan, Azərbaycan cırılıb-dağılar…

Qayıdaq Aydın Mirzəzadəyə. Aydın Mirzəzadə doktordur. Yəni baş, göz, qulaq, türkün məsəli, dal, qabaq doktoru deyil. Aydın Mirzəzadə elmlərin doktorudur. Hansı elmdə bir nasazlıq olsa, Aydın Mirzəzadə, türkün məsəli, qayırıb düzəldir, olur cağbacağ. İlon Mask özü ondan məsləhət alır.

Bu Aydın Mirzəzadə Qarabağ bülbülüdür. Qarabağ haqqında kitab yazıb, xarici dillərə də tərcümə etdirib. “Qarabağ düyünü” – kitabın adı belədir.

Ancaq bioqrafiyanı oxuyanda bu fikrə gəlirsən ki, Aydın Mirzəzadə bülbül zad-deyil. Bir quş var… Salyan tərəfdə ona, türkün məsəli, götatan deyirlər. Bax, Aydın Mirzəzadə o quşdandır. Soruşun niyə. Soruşdunuz. Deyirəm:

1992-ci ildə, Qarabağ əlli-ayaqlı gedən vaxtlar Aydın Mirzəzadə guya işləyə-işləyə ikinci təhsil alırmış. Qarabağı ermənilər alırlar, arvad-uşaq əsir gedir, qırılır, Aydın Mirzəzadə isə ikinci ali təhsil alır. Özü də harda? Politologiya institutunda.

Vikipediya yazır ki, Mirzəzadə bu institutu fərqlənmə diplomu ilə bitirib.

Siz müharibənin şıdırğı vaxtı, camaat acından, soyuqdan qırılanda Mirzəzdənini politologiya dərsliklərini gecə-gündüz əzbərləyib imtahanlardan beş almağına inanırsınız?

Mən inanmıram və deyirəm ki, Mirzəzadə fırıldaqçıdır! Qarabağ-zad yadına düşməyib, başı öz qazancına, kefinə qarışıb, saxta diplom almaqla məşğul olub. Bu səbəblərdən ona bülbül yox, götatan demək olar.

İndi də bu cənab açıqlama verib  deyib ki, Qarabağa köçürülən Livan ermənilərinə görə narahatdır, ürəyi ağrıyır, hətta su başına tez-tez qaçır.

Yəni Aydın Mirzəzadə deyir ki, bu gün-sabah dava paltarını geyəcək, beş-altı atom bombası götürüb gedəcək Qarabağı ermənilərdən təmizləməyə. İstəmir ki, Livan erməniləri ni də onun bombalarını öldürsün

Ay lotu!

Sən erməniylə müharibə eləyənsən? Şuşa, Ağdam gedəndə fırıldaqla fərqlənmə diolomu alırdın, neçə illərdir ki, özünü basmısan parlament kreslosuna, altını qızdırırsan.

Yəqin həm də doldurursan. Doldurmamış olmazsan…

Sənin və sənin kimilərin qeyrətinə ermənilər Vikipediyanı oxumamış da bələdirlər. Kimə xox gəlirsən?

Ya şeyx! Ya Allahşükür! Belə lotu yapçını Əli şiəsi saymaq olarmı? Mənim fikrimcə, olmaz!

Ya şeyx, Mirzə Əlili intizarda qoyma, məni Teleqramla yığ. Nömrəmi bilirsən.

Poka, poka!

Mirzə ƏLİL

15.09. 2020, Samara

YAP-IN PASSİVLİYİ MİRŞAHİNİN GÖZÜNƏ GİRİB

Стандартный

mirşahin

Azərbaycanın ən sevimli və Eynulla Fətullayevlə bərabər ən qeyrətli jurnalisti Mirşahin YAP-ı tənqid edib. Yapın tənqidini eşidən tamaşaçılar dəhşətə gəliblər, neçə tamaşaçının üstünə təcili yardım gəlib və Mirşahinin çıxışından sarsılmış vətəndaşlara koronavirus diaqnozu qoyub naməlum istiqmətdə aparıblar.

Mirşahin məlumat verib ki, “hakim partiyanın passivliyi və köhnə üslubla işlədiyi artıq gözə girir”. Mirşahinin gözündəki sarğıdan  tamaşaçılar biliblər ki, YAP-ın passivliyi birinci Mirşahinin gözünə girib və Azərbaycan xalqnın milli sərvəti olan Mirşahin bir gözünün işığını itirib və indi bütün Azərbaycana bir gözlə baxır.

Mirşahini dilə gətirən YAP-ın passivliyindən çox prezidentin təkbaşına qazandığı uğurlara yaççıların şərik çıxmağı, “pərçim olmalarıdır”. Mirşahin prezidentin təkbaşına hansı uğurları qazandığını deməyib, çünki bu, dövlət sirridir.

Mirşahinin verilişinə baxan Eynulla Fətullayev ekrana tüpürərək deyib: “Bu maygülü tərifdə yenə məni keçdi!”

Aynur Camalqızının verdiyi məlumata görə, Mirşahinin çıxışını izləyən əlahəzrət prezident “göz yaşlarına hakim ola bilməyib”.

Mirzə ƏLİL

15.09. 2020, Samara

ЖЕРТВЫ «АПРЕЛЬСКОЙ ВОЙНЫ»: ЛЕЙТЕНАНТ ГАБИЛЬ ОРУДЖАЛИЕВ

Стандартный

Qabil_Orucəliyev

Габиль Абдулали оглы Оруджалиев родился 15 сентября 1991 года в городе Нахчыван. Вырос в квартале, который называется Хынджов. В 14 лет он потерял отца. В 2006 году поступил в военный лицей в родном городе. В 2009 году стал курсантом Азербайджанского высшего военного училища. В 2013 году завершил учебу в звании лейтенанта. Военную службу Габиль начал в городе Нафталан. Уже через несколько месяцев его отправляют к линии соприкосновения армянских и азербайджанских войск. Здесь он становится командиром мотострелковой роты.

В 2015 году молодой лейтенант сыграл свадьбу. За те девять месяцев семейной жизни ему редко удавалось побывать дома. Единственного своего ребенка, который родился 29 марта 2016 марта, Габилю видеть было не суждено.

Габиль погиб в ночь с 1 на 2  апреля 2016 года в ходе так называемых «апрельских боев». 5 апреля на армянских сайтах появились фотографии убитого азербайджанского лейтенанта. Тело Габиля удалось обменять только через восемь дней.

Лейтенанта Оруджалиева похоронили 11 апреля 2016 года в Нахчыване.

(русский текст – газета «Очаг»)

Qabil Əbdüləli oğlu Orucəliyev (d. 15 sentyabr 1991NaxçıvanAzərbaycan — ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (leytenantı). 

Qabil Orucəliyev 1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. Qabil Orucəliyev ailəli idi, şəhid olmadan 4 gün əvvəl, 29 mart günündən oğul övladı dünyaya gəldi. Oğluna atasının adı qoyuldu, (Qabil Qabil oğlu Orucəliyev).

Leytenant Qabil Orucəliyev 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salındı.