Daily Archives: 14.09.2020

SEVİNC FƏTƏLİYEVA DEYİR Kİ, PİŞİYİN BOYNUNDAN ZINQROV ASILMALIDIR…

Стандартный

Sevinc_Fətəliyeva

 

Azərbaycanda necə cəsur arvadlar varmış! Hesablamalara görə hər min nəfərə Azərbaycanda 100-150 cəsur qadın düşür. Bu, çox yüksək göstəricidir. Bu sahədə biz Ermənistanı qabaqlayırıq.

Bu gün bu cəsur qadınlardan biriylə tanış olmuşam: Sevinc Fətəliyeva. Millət vəkili, kafedra müdiri. Elmlər doktorudur. Yəni hansı elm naxoşlasa, aparın yanına, elə qayırıbdüzəldəcək ki, bir dənə sınıq-salxaq yeri qalmayacaq.

27 yaşından kafedra müdiridir. Özü də elə-belə kafedra yof, ingilis filologiyası kafedrası. İngilis filologiyası, məlumdur ki, fizika, kimya işi deyil, çox dərin və mürəkkəb sahədir. İngiltərədə ingilis filologiyasına ağsaqqal kişilər və ağbirçək qadınlar rəhbərlik edirlər. Bizdə isə 27 yaşında qız. Anncaq deməyin ki, bu necə olan işdir. Şəklinə baxın. Bu gözəllikdə arvadı mən lap 15 yaşında kafedra müdiri qoyardım və hətta bəlkə rektor təyin edərdim.

Gözəl olduğu qədər də qəhhrəmandır. Çünki 10 ildir ki, millət vəkilidir. Vəkillik, elmi iş, kafedra rəhbərliyi…

Buna cəsurluq və qəhrəmanlıq da kifayət deyil. Gərək həm də gözəl olasan.

Hərək həm də nazir qızı olasan.

Sevinc Fətəliyeva nazir qızıdır.

İndi də Sevinc Fətəliyevanın cəsurluğundan.

Sevimc Fətəliyeva açıqlama verib.

Ah, mən niyə Azərbaycan jurnalisti detiləm! Ah, bəlkə Seinc Fətəliyeva mənə də açıqlama verərdi. Bəlkə eə açıqlama prosesində mən huşumu itirərdim…

Sevinc Fətəliyeva deyib ki, pişiyin boynundan zınqrov asılmalıdır…

Qocalığın üzü qara olsun. Bunu siçanların müşavirəsində müdrik bir siçan demişdi.

Sevinc Fətəliyeva deyib ki, Ermənistan cəzalandırılmalıdır.

Onu deyim ki, müdrik siçanın təklifi müşairədə bəyənlmişdi. Sonra keçmiçşdilər müzakirəyə: zıqrovu pişiyin boynundan asmalıdır?

İndi Sevinc Fətəliyeva deyir ki, Ermənistan cəzalandırılmalıdır. Demir ki, bunu kim eləməlidir…

Bilirik ki, Sevinc Fətəliyevanın buna macalı yoxdur. Kafedra müdirliyi, deputatlıq, xarici səfərlər, ailə. Gərək gözəlliyin də qayğısını çəkəsən, maya qoyasan, vaxt ayırasam, salonlar gəzəsən…

Sual: Ermənistanı kim cəzalandırmalıdır?

Fətəliyevlər heç olmasa bircə əsgəri cəbhəyə göndərəcəklərmi? Yoxsa ailə tamam kafedra müdirlərindən, nazirlərdən, vəkillərdən ibarətdirt?

Sual: Ölümə kim gedəcək?

Sevinc Fətəliyeva cəsur məsələ qaldırır.  Yəqin icraçılarını da tanıyır. Azərbaycanda kasıb-kusub ailə çoxdur, hərəsindin də ən azı bir oğlu var…

Bunları fikirləşdikcə Fətəliyevanın gözəllityi gözümdən düşür. Onun alimliyinə şübhə oyanır. Və arxayınam ki, onun miLLət vəkilliyindən ölkəyə bir qəpiklik xeyir yoxdur.

Ancaq bu cəsur deputatın saxlanılması ölkəyə kiçik bir şəhərin büdcəsindən baha başa gəlir…

Yaşasın Azərbaycan elmi!

Yaşasın Azərbaycan parlamentizmi!

Yaşasın Paşa holdinq!

 

Mirzə Əlil

09. 2020, Samara

ANNA AKOPYAN QARABAĞDA, BİZİM ARVAD NİDERLANDDAN TOYUQLANIR…

Стандартный

Maisə_Allahverdiyeva

Məlumdur ki, bir kişi başqa bir kişiyə ya arvada hərbə-zorba glirsə, deyirlər “xoruzlanır”.

O da məlumdur ki, arvadlar da hərbə zorba gəlirlər – başqa arvadlara da, kişilərə də. Ancaq arvad haqqında “xoruzlanır” demək yaxşı çıxmır. Axı xoruz, biq qayda olaraq, erkəkdir.

Mirzə Əili xeyli baş sındırandan sonra bu məsələnin  həllini tapdı. Əgər qadın hərbə-zorba gəlirsə, deməli, o, “toyuqlanır”.

Bəli, toyuqlanır! Tamamilə səhih və adekvat söz!

Bu sözü tapdığıma görə Nederlandda yaşayan azərbaycanlı arvad Mayisə Ağamirzəyevaya minnətdaram. Bu gün oxudum ki, Mayisə Ağamirzəyeva “Paşinyanın arvadına sərt ittihamlar” irəli sürüb.

Fikir verirsiniz? Sərt ittihamlar!

Paşinyanın arvadı kefi istəyəndə gedir Qarabağa, səngərə girib avtomatı tuşlayır Azəebaycan tərəfə. Bu Mayısı arvad da Niderlanddan ona “sərt ittihamlar” irəli sürür.

Yəni toyuqlanır…

Adamın həm ağlamağı gəlir, həm gülməyi…

Ay arvad, Paşinyanın arvadına sözün varsa, min təyyarəyə, gəl Azərbaycana, get Ağdama, Fizuliyə, Tərtərə, gir səngərə, avtomatı tuşla erməni tərəfə.

Heç olmasa, quşvuranla bir daş at.

Nidarlandı qoyub gələ bilmirsən? Sən Niderlandda olmasan, Niderland dağılar?

Yeri gəlmişkən, kim səni Avropa Azərbaycanlı qadnlar birliyinin sədri seçib? Belə birlik var? Neçə nəfərsiniz? Hamınız İlham Əliyevi dəstəkləyirsiniz? Ramiz Mehdiyevi dəstəkləyən yoxdur ki?

Sonda Mayisə lap sərt toyuqlanır, deyir ki, Ermənistan  “Azərbaycanın işğal olunmuş ərazilərini dərhal tərk etməlidir”.

Dərhal!

Kişilərimiz xoruzlandı, tərk eləmədi, arvadlar Niderlanddan toyuqlananda tərk edəcək…

Diaspor komitəsi də bu toyuqlanma barədə bir banlama qoparıb ki, Samarada səsləri başıma düşdü…

Bu arvadın Niderlanda necə gedib çıxdığı, nə iş gördüyü bilinmir. İnternetdə bir sənəd var: 2018-ci ildə Maisə Ağamirzəyeva «zati-aliləri» İlham Əliyevə məktub yazıb prezident seçkilərind qələbəsi münasibətiylə təbruk edib…

İnternetdə təsdiq olunmamış iddialar ver: guya Niderlanddan və başqa cənnət ölkələrdən ermənilərə xoruzlananlara və toyuqlanalara Bakıdan pul verilir.

Xəzinə pulu…

Yən toyuqlanan havayı toyuqlanmır…

 Mirzə ƏLİL

14.09. 2020, Samara