«ÖN CƏBHƏ» HARDADIR? HİKMƏT HACIYEV ARVAD YERİNƏ GEDİB?

Стандартный

Hacıyev_Hikmət

Dövlətsevər Azərbaycan jurnalistləri xəbər verirlər ki, “prezidentin köməkçisi Hikmət Hacıyev ön cəbhəyə gedib”.

Gözəl xəbərdir! Oxuyanda adamın iştahı açılır. Mən əminəm ki, Tofiq Yaqublu da bu xəbəri eşidəndə bərk acıyıb, aclığı pozmaqdan özünü güclə saxlayıb.

Vallah, Aynur Camalqızının dediyi kimi, göz yaşlarıma hakim ola bilmədim…

Sizdən nə gozlədim, iştahım açılsa da, yeməyə bir şey tapmayıb bir az soyudum. Soyuq başla fikirləşəndə gördüm burda nəs fırıldaq var. Necə yəni “ön cəbhə”?  Cəbhə müharibədə olar. Məgər Azərebaycan Ermənistanla müharibə eləyir?

Yaxşı, deyək ki, eləyir. Və ön cəbhə də var. Bəs niyə Lerikin, Masallının, Salyanın, Şamaxının, Qubanın, Tərtərin kasıb uşaqları ölümə gedəndə demirsiniz onlar “ön cəbhəyə” gedirlər?

A binamus kişilər və qadınlar! Yaxşı, sizin qeyrətiniz yoxdur, bəs insafınıza nə gəlib?

Elə Hikmərt Hacıyev əyninə hərbi paltar geyən kimi ayağının qoyduğu yer “ön cəbhə” oldu?

Başa düşürük ki, bu  “ön cəbhə” Paşinyanın arvadına cavabdır. Yəni əslində Hilmət Hacıyevi “ön cəbhəyə” arvad yerinə göndəriblər. Ancaq Paşinyanın arvadını bütün Ermənistan tanıyır.

Hikmət Hacıyevi Azərbaycan əsgəriu tanıyırmı?

Hikmət Hacıyev əsgərlərə nə danışacaq?

Özünün “cəbhədə” göstərdiyi şücaətlərdən? Belə şücaətlər var?

Ya əlahəzrət prezidentin atalıq qayğısından?

Azərbaycan əsgəri gözünü dünyaya açandan bu qayğı söhbətini eşidir və bilir ki, yeganə imtiyazı ölmək və Zakir Həsənodan ölümündən sonra üçüncü dərəcəli dəmir medal almaqdır…

Hikmət Hacıyev ön cəbhədə…

Güldürün erməniləri bizə…

Mirzə ƏLİL

13.09. 2020, Samara

Обсуждение закрыто.