«YANEYRƏM, A DAĞLAR!..» OXUYUR HİKMƏT HACIYEV

Стандартный

HİKMET_hACİYEV

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev hər gün açıqlama verir. Prezident  işə gələn kimi soruşur:

— Açıqlama vermisən?

— Vermişəm, əlahəzrət prezident. İkisini vermişəm.

— Get birini də ver. Nə qədər çox versən, o qədər yaxşıdır. Öyrəşikli olarsan.

Bu gün səhər tezdən Hikmət Hacıyev təzə açıqlama verib. Eşidib ki, Dağlıq Qarabağı Livan erməniləriylə doldururlar, şalvarını çəkə-çəkə qaçıb açıqlama verməyə. Deyib ki, Nürnberq belə, Cenervrə elə, cinayət məcəlləsinin filan maddəsi belə, filan maddəsi elə…

O qədər güldüm ki, yer axtardım açıqlama verməyə…

Nə Nürnberq, a kişi…

İkinci dünya müharibəsi 1939-da başlanıb, 45-də bitib. Cəmi altı ildən sonra.

Dağlıq Qarabağı ermənilər 1988-ci ildən ayırıblar. Otuz iki ildən çox keçir. Hesabı bilmirsən?

Nə məcəllə, nə maddə?

Bu, bilirsiniz nəyə bənzəyir? Quldur qaranlıq dalanda Kalaşnikov avtomatının lüləsini dayayıb sənin alnına, sən də ona deyirsən ki, məcəllə belə, maddə elə…

A kişi, güldürmə məni…

Elə ki, gördün açıqlama verməyin gəlir, öyrəşikli olmusan, gir bir xəlvət yerə, tullan prezident hovuzuna, suyun altında ver açıqlamanı. Heç kim eşitməsin.

Camaatı özünə güldürmə…

Mirzə ƏLİL

12. 09. 2020, Samara

Обсуждение закрыто.