Daily Archives: 10.09.2020

QURBAN MƏMMƏDOV, LOTUSAN, ƏL VER…

Стандартный

Qurban Məmmədov 1

Mən Azərbaycan dram teatrında cəmi bir dəfə olmuşam. Keçən əsrin 70-ci illərində “Ölülər”ə baxmışam və bəyənməmişəm. İsgəndəri oynayan Həsən Turabov və Şeyx Nəsrullahı oynayan Məlik Dadaşov səhnədə oynamır, məzələnirdilər. Bu, peşəkar oyun deyildi, vaxt yubatmaq idi…

İndi You Tube-da Qurban Məmmədova baxıram, gÖrürəm ki, onun oyunu Şeyx Nəsrullahın adekvat səhnə interpretasiyasına daha yaxındır.

“Lotusan, əyə, əl ver…”

Mərhum Yaşar Qarayev yazırdı ki, Şeyx Nəsrullah parlaq aktyordur və qarşısındakı kütləni tamaşaçı auditoriyası kimi idarə edir. (Əlli il qabaq oxumuşam, yadımda qalan kimi yazıram).

Qurban Məmmədov qarşısındakıları auditoriya saymır, elə kütlə sayır – hər cür, həttə səthi manipulyasiyalara uyarlı kütlə.

“Kim deyir ki, ölü dirilməz? Gəlsin bu kitabla verim cavabını!” – Nəsrullah Quranla kütləni sarsıdır, dilini-ağzını bağlayırdı.

Qurban Məmmədov: “Kim deyir ki, o mülkü mənə kimsə bağışlayıblar? Gəlsin bu sənədlərlə verim cavabını! Mən qır il vəkil işləmişəm!”

Qurban Məmmədov universiteti 33 il bundan qabaq qurtarıb. Belə çıxır ki, pioner vaxtından vəkillik eləyib. Bəs türmə müddəti? Bəs cəbhə, inqilab dövrü?

“Mənim altı maşınım vardı!”

Hanı sənədləri? Bəs vergi sənədləri? Ödəyirdin? Gəlirinin mənbəyini göstərən sənədlər var? Sən kimə vəkillik eləyidrin ki, o qədər pul qazanırdın? Prezidentə? Kəmaləddin Heydərova? Onlara nə vəkil? Məhkəmə onların deyilmi? Sabirabadın qarpızəkənləri, soğanəkənləri səni belə varlandırıb?

İlk baxışdan, səthi tanışlıqdan cəsur, prinsipial və hətta saf görünən bu adam əslində Azərbaycanın bəlkə də ən fərasətli manipulyatorudur.

“Bu adam (Ramiz Mehdiyev) qırx il Azərbaycan xalqına qarşı cinayətlər törədib! Dünənəcən İlham Əliyevə qarşı olanlar, Mehriban Əliyeva qarşı olanlar əsil cinayətkarı tanıyıblar!”

Üç gündür Qurban Məmmədov tavada ilanbalığı kimi qıvrılır, yaxasını cırıb-dağıdır, az qalır ki, Molla Nəsrəddin kimi öz –özünə kəllə vursun – məqsədi İlham Əliyevin yanında özünü təmizə çıxarmaq, onun qəzəbini ayrı-ayrı ünvanlara, o cümlədən Ramiz Mehdiyevə qarşı yönəltməkdir.

Kim bilir, bəlkə İlham Əliyev Qurban Məmmədova mərhəmət göstərib ayaqqabısını öpməyə icazə verər. Eynulla Fətullayev, Mirşahin kimilər öpən yerdən…

Şeyx Nəsrullah deyidi ki, o, xəstədir və bütün bu oyunları xəstəliyinə görə çıxarır, çünki gərək hər gecə bir xırda uşaqla yatağa girəydi.

Şeyx Nəsrullah, indiki dillə desək, pedofil idi. Bur məsələ var ki, əslində bizim gözəl müsəlman qanunlarımız pedofilliyi pedofillik saymır. Bunu Cəlil Məmmədquluzadə belə sayırdı.

İndi Qurban Məmmədov da kamera qabağında min oyundan çıxır, hərdən mərhum Məlik Dadaşovu da kölgədə qoyur.

Qurban Məmmədov bir az da mərhum Boris Berezovskini xatırladır. O da pula öyrəşmişdi, siyasətə, siyasətçilərə, hökumətə, müxalifətə vacib təsirt göstərməyə, vacib adam olmağa öyrəşmişdi. Bütün bunlardan əli çıxanda özünü asdı.

Bunu, əlbəttə, Qurban Məmmədova arzulamırıq. Qurban Məmmədov özü də belə şey eləməz. Berezovsli introvert idi, belə adamlar dərin depressiyalara uğrayırlar.

Qurban Məmmədov daha çox lotudur.

Lotusan, əyə, əl ver…

Mirzə ƏLİL

10. 09. 2020, Samara