Daily Archives: 06.09.2020

ERKİN QƏDİRLİ İDDİA EDİR Kİ, PREZİDENTLƏ QUMAR OYNAYIR

Стандартный

Erkin Qədirli

Yeni deputat Erkin Qədirli fəal şəkildə açıqılama verən “millət vəkilləri”nə qoşulub və deyəsən tezliklə verməkdə bütün rekordları təzələyəcək. Bu açıqlamaları oxuyanda bəzən elə təsəvvür yaranır ki, Qədirlinin başına hava gəlib və elə öz-özüylə danışır. Son açıqlamasında Qədirli Müsavat başqanı (yəqin başçı seçiləndə başını vurub qanadıblar, ona görə başqan adlanır)  Arif Hacılıyla danışır. Elə bu da öz-özüylə danışmaq kimidir. Çünki Qədirli canlı, real Hacılıyla yox, xəyali Hacılıyla danışır. Hacılı uzaqdan buna sual verib: “Niyə İlham Əliyev məhz sizi seçdi?”

Burda haşiyə çıxmaq istəyirəm, çünki mahnı yadıma düşdü:

«Niyə sevdim mən səni,
Niyə vuruldum sənə..»

Əslində gərək Hacılı sualını İlham müəllimə erə, İlham müəllim də bəlkə bu mahnını oxuyardı…

Erkin Qədirli xəyali Hacılıya deyir ki, “biz açıq oynayırıq, ona görə İlham Əliyev bizi seçib”.

Mirzə Əlil bisavad adamdır, söz incə deyiləndə qalır məəttəl. Burda mən belə başa düşdüm ki, söhbət qumar oyunundan gedir. REAL partiyasına qumarbazlar yığılıb, ancaq açıq oynayırlar. Müsavat partiyasıını da rəhbərləri qumarbazdırlar, ancaq, Qədirlinin fikrincə, onlar kart basırlar…

Bunlar cəhənnəm. Qoy oynasınlar. Bizim millətdə qumarbazlıq həmişə olub. Salyanın Qələbə bağında gündüz günorta vaxtı aşıq atırdılar…

Yəni bunlar təbiidir. Məni darıxdıran ayrı şeydir. Belə çıxır ki, İlham müəllimın REAL-ı qeydiyyatdan keçirməkdə məqsədi onlarla qumat oynamaqdır?

Belə çıxır ki, əlahəzrət prezident qumar oynayır?

Vaveyla!

Belə şey olmaz! Olsa, mən adımı dəyişib qoyaram Mirzə Vəkil!

A kişi, vallah, sənin başın deyəsən xarab olub, get özünü  göstər Əli İnsanova. Prezidentə qara yaxma. Oyun nədir, qumar nədir!

Görəcəkli günlərimiz varmış. Şükür Siyavuş Novruzova!

Mirzə Əlil

06. 09. 2020

RAMİZ MEHDİYEVİN KÜRƏKƏNİ HƏBS DÜŞƏRGƏSİNİ TƏRK EDİB

Стандартный

Ramiz Mehdiyevin kürəkəni

Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev həbs düşərgəsindən azadlığa buraxılıb və jurnalistlərə açıqlama verib. Kürəkən İlham Əliyev deyib ki,  əvvəlki kimi əlahəzrət prezidemtin dalında durur və möhtərəm birinci xanımın qabağında acizanə üzr istəyir. Kürəkən çəkdiyi cəzaya görə prezidentə və onun xanımına hədsiz təşəkkürünü bildirib.

Kürəkən İlham Əliyev deyib ki, “İlham” adını daşımağa layiq deyil və tezliklə adını dəyişdirəcək.

Kürəkən İlham Əliyev millət vəkili Fəzail Ağamalını “şərəfsiz” və “maygülü” adlandırıb.

Kürəkən İlham Əliyev açıqlama prosesində göz yaşlarına hakim ola bilməyib.

Bəzi müşahidəçilər kürəkənə həbs düşərgəsində işgəncələr verildiyini və üzərində qanunsuz eksperimentlər aparıldığını istisna etmirlər.

Tələqraf.com-a istinadla

Mirzə ƏLİL

06. 09. 2020, Samara