HİKMƏT HACIYEVİ TƏCİLİ ATASIYLA GÖRÜŞDÜRÜN!

Стандартный

trend_hikmet_haciyev_300620_5

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev altı aydır ki, atasını görmür. Ata ayrılığı çox ağır dərddir. Mərhum şeyx Seyid Şərafətdin Səlyani demişdi ki, bir insan əgər atasını altı ay görməz, onun əqli başından kənar olar.

Yəni ağlı başından çıxar.

Biz demirik ki, Hikmət Hacıyevin ağlı başından çıxıb. Ancaq görünür ki, bu istiqamətdə proseslər gedir. Baxın görün Hacıyev nə deyir:

 “Ermənistan rəhbərliyi Tovuz hadisələrini guya özləri üçün dırnaqarası qələbə kimi təqdim etməyə çalışır”.

Necə yəni “dırnaqarası?  Necə yəni “guya”? Əgər bir qotur kapitan iki dılğır əsgərlə öz ərazimizdə bizim polad generalımızı, polkovnikimizi, mayorumuzu öldürürsə, bu, qələbə deyilmi? Bəs qələbə necə olur?

Görün sonra Hacıyev nə deyir:

Azərbaycanın Ermənistanla dövlət sərhədi boyunca hər hansı hərbi məqsədi yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin məqsədi sərhədlərin toxunulmazlığının, müdafiəsinin, sərhəd yaxınlığında yaşayan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsidir.

Necə yəni hərbi məqsədi yoxdur? Sərhədin toxunulmazlığı məqsəd deyilmi? Niyə sərhəd belə pis qorunur? Üç dılğır erməni sərhədi keçib bütün regional rəhbərliyi məhv edəndə, ordu niyə cavab vermədi? Fələstinlilərin bir sınq-salxaq raketi İsrail ərazisində bir yəhudinin bir yerini cızsa, İsrail aviasiyanı qaldırır, fələstinlilərin mövqelərini darmadağın edir, bəzən onlarla insanı qırır. Hanı Azərbaycan ordusunun cavabı? Demaqoqiya cavab deyil! Demaqoqiya avam, sadəlövh adamların gözünə kül üfürməkdir!

Cənab Hacıyev, yəqin belə cəfəngiyyatı başınız pozulduğunuza görə danışırsıbnız. Təcili Gəncəyə gedin. Ya da atanızı Bakıya gətizdirin. Bəlkə ağlınız yerinə gələr və bilərsiniz ki, Paşinyan Şuşadadır və qələbə barədə dedikləri tamamiə doğrudur.

Mirzə  ƏLİL

29.08. 2020, Samara

Обсуждение закрыто.