YOXSA DƏRD – SEVİNC DƏ BİLMƏRİK NƏDİR…

Стандартный

sent2015

Məmmədağa Əhədliyə

Leybnits deyənlər əgər doğrusa,                                                           

Başqa dünyalarla müqayisədə,

Bizim dünyamızdan yaxşısı yoxsa,

Elə bu ömür də insana bəsdir.

=======================

Çətin sevindirər davamlananda,
Zülmü ağır olar məhkəmələrin.

Sənə bu dünyada nəşə daddıran,
Hər şey orda günah sayılar yəqin.

===========================

Sevinclə keçərsə gündüzün, gecən,
Nə ağrın olarsa, azarın nə də.

Özün bu halından sən bezəcəksən,

Yoxsa dərd —  sevinc də bilinməz nədir.

==========================

Xurma kölgəsində, su qırağında,
Başımız altında gül mütəkkələr.

Yuxuya getmərik, qurdalanaq ha,

Çünki canı yormaz ağır əməklər.

============================

Şirin yuxu olar ən ümdə istək,
Bezdirər məzəsi  hurilərin də.

Yata da bilimərik yuxuda görək
Azarı, tanıyaq  dadını dərdin…

27.08. 2020, Samara

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.