ƏSİR ERMƏNİ ZABİT QURGEN ALAVERDYANIN ÇIXIŞININ TAM MƏTNİ

Стандартный

1

Əziz tamaşaçılar! Qəhrəman Azərbaycan xalqı!

Mən boynuma alıram ki, Azərbaycan ərazisinə təxribat törətməyə girmişəm və qəhrəman Azərbaycan ordusu məni əsir götürüb. Məqsədim Bakıya getmək və “Paşa holdiq” və «Paşabank» kimi strateji obyektləri partlatmaq idi. O obyektlər kimindirsə, mən o gözəl  insandan üzr istəyirəm.

Mənə burda çox yaxşı baxırlar, Emin Ağalarovun otelində qalıram, yeməyim Nərgiz Paşayevanın restoranından gəlir. Darıxmıram, çünki axşamlar Leyla Əliyevanın şeirlərini oxuyuram və AzTV-nin verilişlərinə baxıram.

Tutulmağıma həm də ona görə sevinirəm ki, burda uşaqlıqdan ayrıldığım mamoğlumu tapmışım. Bilmirdim ki, mamoğlum Fəzail Ağamalı böyük adam olub, deputatdır. İndi mənə hər gün dəyir. Evinə qonaq çağırıb.

Qəhrəman Azərbaycan xalqı! Qarabağ sizindir! Ağdamın, Cəbrayıılın, Kəlbəcərin də ermənilərdə olduğu yalandır. Bu rayonları qəhrəman Azərbaycan ordusu çoxdan alıb.

Dolma Azərbaycanındır. Ermənilərdə nə ət olub, nə də yarpaq. Ona görə də dolma ola bilməzdi.

“Sarı gəlin” sizindir. Çünki ermənilərdə sarı rəng olmur. Ermənilərdə gəlin də olmur. Qız ərə gedən kimi olur arvad. Bəzi erməni qızları indi ərə getməmişdən arvad olurlar. Azərbaycan qızları heç vaxt ərə getməmiş arvad olmazlar. Bunu mənə burda başa saldılar.

Azərbaycanda demokratiya var, Ermənistanda yoxdur. Mən burda Paşinyanı nə qədər çox söysəm, hörmətim o qədər artır. Mən Ermənistanda Paşinyanı bu qədər söysəydim, bəlkə mənə iş açardılar.

Mən Azərbaycanda yaşamaq istəyirəm. İstəyirəm məni şeyx  Allahşükür Paşazadə öz əliylə sünnət eləsin. İstəyirəm Paşa holdinqdə işə girəm, deyirlər orda yaxşı maaş var.

Paşinyan – maygülüdür. Sarqsyan da maygülüdür. Mən burda bütün erməni maygülülülərinin siyahısını tutmuşam. Siyahı çox uzundur, ona görə oxumuram. Bu sənədi Azərbaycanın azad və müstəqil mətbuat orqanları çap edəcək.

Yaşasın demokratik Azərbaycan!

Yaşasın Fövqəladə Hallar Nazirliyi!

Yaşasın Paşa holdinq!
Yaşasın AzTV!
Yaşasın Mirşahin!
Yaşasın Eynulla Fətullayev!

Türkün məsəli, hamınızı öpürəm!

Tələqraf.com-a istinadla:

Mirzə ƏLİL

27.08. 2020, Samara

Обсуждение закрыто.