VİLAYƏT EYVAZOVLA QƏŞƏM NƏCƏFZADƏNİN TELEFON SÖHBƏTİ

Стандартный

Qəşəm_Nəcəfzadə

Allo! Qəşəm Nəcəfzadədir?

— Bəli, mən görkəmli şair Qəşəməm. Zəng hardandır?

— Vilayətdən.

— Nə vilayət, a kişi. Məni dolayrsan? Azərbaycanda vilayət var? Bir vilayət vardı, onu da,türkün məsəli, ermənilər zad elədilər. Bəlkə sən Türkmənistandan zəng vurursan?

-Şair, mən o vilayətlərdən deyiləm!

— Rəhmətliyin oğlu, indi cən mənimlə Məşədi İbadı oynayacaqsan? «Yox, mən o məcnunlardan deyiləm…» Qoçaq, bəs sən hansı vilayətlərdənsən?

— Qəşəm şair, mənim  Vilayət mənim adımdır. Özüm də general-polkovnikəm.

— Vallah, sən məni yenə dolayırsan. Sən generalsan ya polkovnik?

— Mən general-polkovnikəm. Yəni genaralın kvadratı, kubu. Yəni ən yuxarı rütbədəytəm. Bunu ancaq naxçıvanlılara verirlər. Özüm də nazirəm. Nazir Vilayət Eyvazov!

— Cənab nazir! Acizanə üzr istəyirəm. Cənab nazir! Divandan dik qalxıb durmuşam ayaq üstdə. Bir əlim də qulağımın dibində, sizə “çest” verirəm!

— Qəşəm şair, azad! Otur! Səninlə söhbətim var.

— Cənab nazir! Mən söhbətə hazıram! Mən həbsə də hazıram! Mən şəxsən hesab edirəm ki, hər bir vətəndaş həbsə hazır olmalıdır, bu, ziyarət kimi bir yşeydir, öndərimiz demişkən, dövlətçiliyimizə xidmət edir.

— Sağ ol, şair! Mən sizdən oğlunuz haqqqında soruşmaq istəyirəm.

— Cənab, nazir, mənim oğlum yoxdur. Mən heç evlənməmişəm.

— Necə evlənməmisən, Qəşəm?

— Cənab nazir, əlahəzrət prezidentimiz toyları qadağan edib. Mən  daha prezidentin qadağasını öozub toy çaldıra bilmərəm ki…

— Şair Qəşəm, axı sən çoxdan evlisən. Mənim qabağımda sənəd var. Burda yazılıb ki, sənin arvadın var.

— Arvad? Düzdür, arvad var, ancaq çoxdankı arvaddır. Mən fikirləşirdim ki, o heç sayılmır…

— İki oğlun da var. Böyüyü Kəramət…

— Cənab nazir, yadıma düşdü. Var, düzdür. Kəramət oğlumdur. Sizə qurbandır. Kəramət oğlumu sizə də, əlahəzrət prezidentimizə qurban da kəsərəm, ancaq ləyaqəti yoxdur… Həm də heç tuta bilmirəm, əl vermir, qırışmal burcudur…

— Qəşəm şair, indi Kəramət bizdədir…

— Sizdədir? Cənab nazir, Kəraməti qonaq çağırmısınız?

— Hə, elə bir şeydir.

— Allah sizdən razi olsun, cənab nazir, sizə generallıqdan, polkovniiklikdən başqa mayorluq da versin. Sizdən xahişim var: Kəraməti çox içməyə qoymayın, qoy ürəyi nə istəyir, yesin, ancaq işməsin. İçən kimi qatıqlayacaq. Yenə əlahəzrətdən ev istəyəcək.

— Kəramətin davası ev davasıdır?

— Ay nazir, ay başınıza dolanım, bəs nədir? Bəs deyirdiniz əqidə davası eləyir? Əqidə hardaydı, ay başınıza dönüm…  Ev istəyir. Pul istəyir.

— Verərik. Daha nə istəyir?

— Deyir Cəlil Məmmədquıluzadənin heykəlini götürüb yerinə onun heykəlini qayırıb qoysunlar.

— Buna da baxarıq. Cəlil Məmmədquluzadə naxçıvanlı da olsa, naxçıvanlılara çox qaralar yaxıb. Ondan narazılıq çoxdur.

— Yaxıb da sözdür, cənab nazir, hamımızın anasını, türkün məsəli, zad eləyib. Özü də evi ola-ola, pulu ola-ola. Bizim Kəramətə ev verəsən, yemək-içməyinin, kefinin pulunu verəsən, yazmağı da tərgidər.

— Verərik, Qəşəm şair.

— Qurbanam sizə, cənab nazir. Qurbanam əlahəzrət prezidentimizə. Vallah, Kəramət əlimə düşə, qurban kəsərəm prezidentimizə. Allah sizə leytenantlıq da versin…

Mirzə ƏLİL

21. 08. 2020, Samara

Обсуждение закрыто.