FAZİL MUSTAFA HAÇAN QAN TÖKÜB, KİMİNİ ŞƏHİD VERİB?

Стандартный

fazil Mustafa

«Biz işğal altında olan torpaqlarımızı arzulayırıq, bunun üçün qan tökürük, şəhid veririk” – bunu növbəti qatıqlamasında Fazil Mustafa deyib.

”Biz?”

Bəlkə də Fazil Mustafa “torpaqlarımızı” arzulayır, bəlkə yuxusunda da görür. Ancaq Fazil Mustafanın vuruşduğundan, qan tökdüyündən kiminsə xəbəri var? Kimini şəhid verib?

Sonra “vəkil” Mustafa abidələrin yaxşı qorunmadığından danışır və bunun günahını Mədəniyyət nazirliyində görür. Çünki mədəniyyət nazirliyi indi gözdən düşüb, naziri çıxarıblar, bir-neçə işçi tutulub. Fazil Mustafada hünər yoxdur ki, nədəsə Daxili işlər nazirliyini, müdafiə nazirliyini,baş prokurorluğu,  prezident administrasiyasını günahlandırsın. Bilir ki, mələdərlər. Halbuki Bakıda qədim ağaclardan tutmuş iİçəri şəhərə qədər heç nəyi və heç yeri rəhbərliyin  razılığı olmadan xaraba qoya bilməzdilər.

Yox, bu qatıqlamaqda Fazil Mustafanın məqsədi abidələri qorumaq yox, başçıların, türkün məsəli, götünə girməkdir.

“İnsafən qeyd edək ki, Prezident səviyyəsində, birinci Vitse-prezident səviyyəsində abidələrin qorunmasına həssaslıq kifayət qədər yüksəkdir”.

Kifayət qədər! Yüksəkdir!

Əgər bu yaltaqlıq azərbaycanlıların təbii xassəsidirsə, onun xalqımızın qəhrəmanlıq keçmişi yoxdur və şanlı gələcəyi də ola bilməz!

Ümid edək ki, belələrinin zatında iş var və Azərbyacan xalqına aidlikləri şübhəlidir.

Əlimizdən ayrı nə gəlir…

Mirzə ƏLİL

18.08. 2020, Samara

YENİLƏMƏ:

“Yeni Sabah” qəzetinə verdiyi müsahibədə Fazil Mustafa deyir (15 sent. 2022):

«Mən erməni ilə ən yaxın səngərdə il yarım tağım komandiri kimi döyüş tapşırığı yerinə yetirəndə ağlıma gəlməzdi ki, bir gün hansısa sürü qarşıma dikilib utanmaz-utanmaz deyəcək ki, sən özün niyə Vətəni qorumursan?»» -.

İndi Vikipediyadakı məqaləyə baxın: Fazil Mustafa “1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb”.

İndi özünüz deyin: Bakıda aparatda şöbə müdiri işləyən bir adam eyni vaxtda cəbhədə döyüşə bilərdimi? Bu binamus adam ağ yalan demirmi?

Mirzə Əlil

15. 09. 2022, Samara

Обсуждение закрыто.