TƏKİ SALYANLI OLMASIN…

Стандартный

1

Vasif Bilal oğlu Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” (YT Park) MMC-nin direktoru vəzifəsinə təyin edilib. Əvvəlki direktor Əli Abbasov Pamiz Mehdiyevə müşavir təyin olunub.

Çox gözəl! Belə kadr siyasətinin heç bir ölkədə analoqu yoxdur. İşin gedişi pozulmasın deyə, vərəsəlilik, ardıcıllıq prinsipinə əməl olunur. Abbasovun yerinə Abbasov! Əgər Abbasovun yerinə, məsələn, Əhmədov qoyulsaydı, işçilər çaş-baş olardılar, işin gedişi pozulardı.

Çox gözəl!

Ancaq bir fikir məni baramaqurdu tut yarpağını yeyən kimi yeyir. Bu Əli Abbasov naxçıvanlıydı. Vasiv Abbasovun haralı olduğunu yazmırlar, demirlər. Naxçıvanlı olsa,əlbəttə, yaxşı olar. Ancaq qorxuram ki, birdən bu kişi olar salyanlı. Salyanlı da başdan ayağa şərdir. Cibindən, ayaqqabısının boğazından bıçaq əskik olmur. İndi birdən bu asif Abbasov ola salyanlı və birdən beyninin qurdu oyana və bıçağı çıxarıb dirəyə Ramiz Mehdiyevin qarnına ki, ala, maygülü, sənin doxsan yaşın var, niyə gedib oturmursan evində, sən haranın alimisən ki, akademiyada prezident olasan…

Onu deyim ki, salyanlı bıçağı soxanda burur da…

Allah göstərməsin!

Ancaq naxçıvanlı hər şeyi ağılla, intellektlə həll edir. Çnki naxçıvanlıda ağıl intellek çoxdur. Siyavuş Novruzova baxın. Başı gərgədanın başından böyükdür. Bütün Salyanı təftiş eləsən, o boyda baş tapılmaz. İndi gör o başda nə qədər intellekt var! Deyilənlərə görə. o ağırlıqda başı gəzdirdiyinə görə Siyavuş Novruzov dövlətdən əlavə pul alır…

Hə, indi mən qalmışam girinc. Bu zalım oğlu Vasif Abbasovun haralı olduğunu bilmirəm kimdən öyrənim.

Kaş naxçıvsanlı olmasa da,yeraz olaydı… Təki salyanlı olmasın…

Mirzə ƏİİL

14. 08. 2020, Samara

Обсуждение закрыто.