İŞQALDAN QURTARACAĞIQ. GEC-TEZ…

Стандартный

2

Nəhayət, Azərbaycan xalqı otuz ilin nigarançılığından qurtardı. Allah təzə nazir Ceyhun Bayramovun canını sağ , gəlirini çox eləsin. Amerikada Məmmədyarovdan da yaxşı evlər alsın. Halaldır!

Nəhayət, bildik ki, Azərbaycan ərazisi işğaldan nə vaxt qurtaracaq. Əlbəttə, biz həmişə bilirdik ki, qurtaracaq, ancaq vaxtını bilmirdik. Köhnə nazır heç vaxt konkret bir vaxt demirdi. Elə rusca deyirdi ki, qurtaracaq. Qalırdın içini yeyə-yeyə. Çox insan elə içini yeməkdən ölüb getdi…

İndi, nəhayət, Ceyhun Bayramov işğalın sonunun konkret vaxtını deyib. Açıq, gizlətmədən, qorxmadan deyib ki, “gec-tez”.

Allah ölənlərinə rəhmət eləsin, ay nazir! Bizi intizardan qurtardın! Vərəmləmişdik, çərləmişdik. Heç kim xalqa dəqiq bir vaxt demirdi. İndi bildik, ürəyimiz sakit oldu, indi daha rahat yeyib-içə bilərik.

Gec-tez!

Deyirlər ki, prezident Məmmədyarovu işdən çıxaranda nazir vızifəsinə on beş-iyirmi namizəd olub. İlham Əliyev hamısına bir sual verib: işqal nə vaxt qurtaracaq? Biri deyib beş ildən sonra, biri deyib əlli ildən sonra, biri deyib yüz ildən sonra. Ceyhun Bayramov deyib “gec-tez”

Prezident deyib “afərin”! «Səni qoyuram nazir!»

Ümumiyyətlə, bizim prezidentin kadr seçiminin analoqu yoxdur. Bir dəfə də səhv eləməyib. Çünki işə qoyanda sual verir.

Ceyhun Bayramovun cavabı nəinki prezidenti, hətta bütün Azərbaycan xalqını razı saldı.

İndi Mirzə Əlil oturub öz-özünə zümzümə də edir:

«Gec-tez tez… Tez-gec-gec… Ay balam…”

Mirzə ƏLİL

08. 08. 20, Samara

Обсуждение закрыто.