CAHANDAR BAYOĞLU: KİMDİ DƏLİ, KİMDİ DƏLİ, MƏNƏM DƏLİ…

Стандартный

3

Mənə bir video göndəriblər, göndərən and-aman edir ki, videodakı verilişi Salyanın Şorsulu kəndində və Bakının Maştağa kəndində yerləşən xəstəxanalarda müalicə olunan xəstələr mədəni və intellektual istirahət vaxtlarında yaradıblar. Vallah, bilmirəm inanım ya inanmayım. Ancaq verilişə baxdım. Adını bilmədiyim xəstə aparıcı verilişi başlayan kimi söyüş qoydu, dedi ki, kim bizim verilişə güldən ağır söz desə, maygülüdür və ermənidir. Sonra qonağla, yəqin ki, Maştağadan Şorsuluya, ya da Şorsuludan Maştağaya gəlmiş Cahandar Bayoğluyla söhbətə başladı. Aparıcı Bayoğluya dedi ki, ay Bayoğlu, sənin üst-başından niyə belə iy gəlir, bəs sizin xəstəxananızda su yoxdur? Bayoğlu dedi ki, suyumuz var, ancaq mən gözləyirəm türk milləti birləşsin, türk imperiyasını aparıb çıxaraq Ağ dənizə, mən də ağ dənizdə, arvadlardan üzr istəyirəm, çimim. Dedi ki, türk imperiyasının imperatoru özü olacaq və taxta çıxmağını Ağ dənizdə kirtökmə mərasimiylə qeyd edəcək…

Sonra Cahandar 400 milyonluq türk xalqına müraciət etdi və mordvinləri və udmurtlatrı da qatdı bura. Studiyaya zəng vurub dedilər ki, türklərin sayı o qədər olmaz. Aparıcı dedi ki, maygülü, olar, ondan da çox olar. Başqa bir tamaşaçı zəng vurdu ki, bəs mordva və udmurtlar nə türkdürlər, nə də müsəlmandırlar. Cahandar Bayoğlu dedi ki, sən ermənisən, udmurt və mordva isə türkdür. O ki qaldı müsəlmanlığa, türk imperiyası yaranan kimi özüm öz ülgücümlə onların hamısını sünnət eləyəcəm…

Sonra aparıcı ilə Bayoğlu tarixin dərinliklərinə baş vurdular. Bayoğlu dedi ki, çar Rusiyası “türk milləti param-parça olandan sonra qurulub”. Yəqin verilişdən qabaq dərmanı çox atdığından Cahandar Rusiyadakı “azlıqları” “azğınlıqlar” adlandırırdı.  Deyirdi ki, Rusiyada beş-on adamdan, o cümlədən Satanovskidən başqa hamı, 145 milyon insan əsarətdədir və türk milləti birləşəndə rusları da Satanovskinin əsarətindən azad edəcək.

Cahandar Bayoğlu dedi ki, başqa türk xalqaları ilə birləşməkdən ötrü ölür, özü şəxsən Qurbanqulu Berdımühəmmədovla hər cür yaxın və hətta intim əlaqəyə girməyə hazırdır.

Bir tamaşaçı soruşdu ki, bu nə əlaqədir, hansı əlaqədir, siz azlıqdansınız ya azğınlıqdan. Aparıcı yenə zəng vurana “maygülü” və “erməni” deyib söydü…

Verilişin şirin yerində ağ xalatlı iki yekəpər kişi içəri girib dedi ki, televiziya ulduzları, daha bəsdir, gedin dərmanlarınızı için, peşaba çıxıb girin yerinizə…

Düzü, xəstələrin belə qəşəng veriliş hazırlaya biləcəklərini gözləməzdim. AzTV-dən min dəfə maraqlıdır. Ancaq bilmirəm aparıcı niyə tamaşaçılara “maygülü” deyirdi. «Maygülü» deməyindən görünürdü ki, aparıcı şorsululudur. Maştağalılar ayrı cür söyürlər. Deyirlər maman belə gəldi, nə bilim papan belə getdi…

Sabahdan gərək bu kanalı izləyəm.

Mirzə ƏLİL

08. 08. 2020, Samara

ƏVƏZ ZEYNALLI: «HELİKOPTER YOX, DİKENƏR»!

Реклама

Обсуждение закрыто.