«ZƏNCİR BİR TƏRƏFDƏ, DİVANƏ BİR TƏRƏFDƏ…»

Стандартный

1

Ah, vətən!

Hərdən vətəndən elə xəbərlər gəlir ki, az qalırsan başını vurasan divarın tininə…

Bu gün xəbər gəldi ki, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Azərbaycan Milli Hərəkat Partiyasının (MHP) sədri Samir Cəfərov arasında avqustun 7-də görüş keçirilib”. 

Məni Azərbaycan prezidentinin administrasiyası maraqlandırmır, onun şöbə müdiri Ədalət Vəliyev də məni maraqlandırmır. Ancaq Milli Hərəkat Partiyası” məni çox maraqlandırdı.

Düzü, əvvəlcə “hərəkat” sözünü “hərəkət” kimi oxudum və təəccübləndim: Azərbaycanda nə hərəkət? Özü də siyasi hərəkət! Siyasi hərəkəti Azərbaycanda ancaq İlham Əliyev edə bilər, arvadı edə bilər. Samir Cəfərov kimdir və nəkarədir ki, prezidentin qabağında dura hərəkət edə! Yəni Samir Cəfərov kimdirsə, ptrezidentin qabağında farağat dura bilər, ancaq hərəkət edə bilməz!

Xəbəri bir dəfə də oxuyub gördüm ki, “hərəkət” deyil, “hərəkat”dır. Mən bilmirəm “hərəkat” nədir, öz də milli “hərəkat”. Yəqin quyruq bulamaq kimi bir zaddır. Yəni bir dəstə adam yığılıb quyruq bulayır, adlarını da qoyurlar partiya…

Mən bu Samir Cəfərov haqqında İnternetdə bir kəlmə məlumat tapmadım. Bilmək olmur ki, bu qurumsaq kimdir, nəçidir, partiyasını necə yaradıb, bu partiyada neçə baş adam var. Yəni neçə quyruq adam var…

İnternetdə başqa bir Samir Cəfərov haqqında məlumat var. Gəncə filarmoniyasının direktorudur. Şəklinə baxan kimi ürəyimə damddı ki, bu adam gəncəli deyil. Doğrudan da gəncəli deyilmiş, naxçıvanlı imiş…

Ah Gəncə, vah Gəncə, yazıq Gəncə… Elə bil ki, Nizami Gəncəvi öləndə şəhəri tilsimləyib, səkkiz yüz əlli ildir ki, bu şəhərdən bir götlü-başlı adam çıxmır ki, balaca bir filarmoniyaya rəhbərlik edə bilsin…

Bununla işimiz yoxdur…

Məni darıxdıran “partiya rəhbəri” Samir Cəfərovdur. İndi deyəsən məni Ədalət Vəliyev də maraqlandırır. Çünki deyəsən bu cənab Vəliyev ailəsini qoyub qaçan ya evdən qovulan, vağzallarda, hasar dibində yatan kişiləri tapıb salır hamama, sabirabadlılar demikən, qəssum-şalvar geyindirir, sonra onlarla şəkil çəkdirib yayır ki, mən partiya rəbəriylə görüşmüşəm…

Ay cənab Vəliyev, Allahdan qorx, qiyamət var, divan var, o dünyada sənin bədəninə qıpqırmızı qızarmış şiş basacaqlar ki, niyə Azərbaycan xalqını barmağına dolayırdın! Mənim sənə yazığım gəlir, ay cənab Vəliyev! Gəl bu yoldan qayıt, get məsciddə tövbə elə, bəlkə Allah günahından keçə…

Hə, Əli Kərimlinin də pasportunu qaytarın. Pasportu qanunsuz almaq oğurluqdir. Oğurluğa görə qiyamətdə sizin zülmünüz ağır olacaq, kösövlə dalınıza od qoyacaqlar…

Nehrəmli Samir Cəfərovun möhürünə and olsun!

Mirzə ƏLİL

07. 08. 2020, Samara

Обсуждение закрыто.