QƏNİRƏ PAŞAYEVA TÜRMƏ NAZİRİ OLMAQ İSTƏYİR…

Стандартный

 

2

Millət vəkili Qənirə Paşayeva tələb edib ki, Azərbaycan hakimiyyətini sosial şəbəkələrdə tənqid edənlər hamısı təcili türməyə salınsınlar, müddətlərini də göstərib: iki ül, üç il, beş il…

Vaxtlı və zəruri tələbdir. Azərbaycanda ayrıca türmə nazirliyi yaratmaq və Qənirə Paşayevanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsindən azad edib türmə naziri qoymaq lazımdır. Çünki Azərbaycanda mədəniyyətin olmağına böyük şübhə var, ancaq türmələrin olduğuna heç kimdə şübhə ola bilməz, xüsusən, Qənirə Paşayevanın dediyi kimi, “müdrik və qədirbilən xalqımızda”.

Narahat edən bircə şey var: Qənirə Paşayeva Azərbaycanı inkişaf etmiş Avropa ölkələriylə müqayisə edir… Qənirə Paşayevaya elə gəlir ki, əgər yüksək deputat  — leqal və qyeri-leqal – qazanclarıyla bahalı Avropalı paltarları geyirsə və üz-gözünü avropalılar kimi makiyaj edirsə, olur avropalı. Şəxsən mən Qənirə Paşayevda bir avropalılıq görmürəm. O mənə sovet vaxtı Salyan bazarında yer pulu yığan arvadları xatırladır. Avropanın adını yerli-yersiz çəkib bu “müqəddəs daşlı” kontinenti təhqir eləməyin. “Bu ovçular sən maralnan mən maraldan nə istəyir…” Avropanın bəzi inkişaf etmiş ölkələrində türmələr boşdur, bir neçə ölkədə hətta türmə binasını icarəyə götürüb məsciə çevirirlər…

Bu arvad gərək bizim dövrdə Tovuzda yox, keçən əsrin əvvəllərində Almaniyada, İtaliyada doğulaydı, orda daha böyük karyera uğurları qazanardı… Ancaq  harınlamış və qaynar qanlı bu arvadın Azərbaycanda da irəliləmə imkanları az deyil… «Mersedes», «Toyota» deyil ki, Azərbaycan yarada bilməsin, türmə tikib içini doldurmağa nə var ki…

Türmə naziri…

 

Mirzə ƏLİL

07.08.2020, Samara

Обсуждение закрыто.