FAZİL MUSTAFAYA: NİYƏ GENERALI İKİNCİ FƏXRİ XİYABANDA, FƏTTAH HEYDƏROVU BİRİNCİDƏ DƏFN EDİRLƏR?

Стандартный

1

Cəmiyyətin hər bir sanballı üzvü və mövqeli insan kimi Fazil Mustafa da vaxtaşırı psixoanalitik seansları keçir. Axı üzücü cəmiyyət qayğılarından beyin yorulur, konsentrasiya pozulur, ev adamlarıyla da konfliktli sitüasiyalar yaranır. Son vaxtlar psixi pozuntu halları güclənib, çünki Fazil Mustafa qəfildən beynində doğulmuş bir suala cavab tapa bilmir: “Niyə Azərbaycanda “Guardian” kimi qəzet yoxdur?”

Beləliklə, Fazil Mustafa gəlir psixoanalitikin kabinetinə, uzanır divana.

— Doxdur, mən gecələr yata bilmirəm, cinsi potensiyam böhran həddə enib, evdən çıxanda qonşuların qapısına təpik vururam, axşamlar pəncərədən aya baxıb ulayıram, iki dəfə «birinci xanım» əvəzinə çaşıb «ikinci xanım» demişəm… Mən bir suala heç cür cavab tapa bilmirəm: Niyə bizdə “Guardian” kimi qəzet yoxdur?

— Siz nahaq cavab axtarırsınız. Yaxşı olar ki, öz-özünüzə oxşar suallar verəsiniz. Onda narahatlığınız çəkilər.

— Hansı suallar?

— Məsələn, niyə sizdən bir yerdə yazırlar ki, tarix fakultəsini qurtarmısınız, ayrı bir rəsmi səhifədə — hüquq fakultəsini?

— Doxdur, bilmirəm…

— Bir yerdə yazırlar ki, on iki kitab yazmısınız, başqa yerdə — on doqquz. Niyə?

— Bilmirəm…

— Siz on doqquz kitab yaza bilərsiniz?

— Bilmirəm…

— Siz Balzaksınız?

— Bilmirəm…

— Siz prezident seçkilərində iki faiz səs yığırsınız. Bu qədər dəstəklə necə daim deputat seçilirsiniz?

— Bilmirəm, doxdur…

— Niyə Fəttah Heydərovu 1-ci Fəxri Xiyabanda dəfn etdilər, Polad Həşimovu İkincidə?

— Bilmirəm…

— Bəlkə Fəttah Tovuz döyüşlərində həlak olub?

-Bilmirəm…

— Bəlkə Fəttah general Həşimovdan çox şücaət göstərib?

— Bilmirəm…

— Niyə Boris Consonun arvadı baş nazirin müavini deyil?

— Bilmirəm…

— Bilmirsən… Gördünmü nə qədər cavabsız suallar var? Ona görə “Guardianı” çıxar başından. Bilirsən “Guardian»ın”əvvəlki adı nə olub?

— Blmirəm…

— Manchester Guardian olub, heyvərə… Bizdə Mançester var? Yoxdur! Bizdə Naxçıvan var… Mançesterlini mançesterli olduğuna görə deputat seçirlər?

— Bilmirəm…

— Mançesterlini mançesterli olduğuna görə nazir qoyurlar?

— Bilmirəm…

— Bilirsən, qırışmal…Sənin qəzetinin adı ancaq “Danabaş” ola bilər… Dur get, vaxtın qurtardı…

— Sağ ol doxdur, çox yüngülləşdim… “Guardian” çıxdı başımdan… Danabaş… Danabaş… Deyəsən cinsiyyət potensialm da yerinə gəlir… Qaçım evə…

 

Mirzə ƏLİL

04.08. 2020, Samara

Обсуждение закрыто.