Millət vəkili Razi Nurullayev mətbuata verdiyi yeni qatıqlamasında bildirib ki, “erməni diasporu məğlubiyyətini etiraf etdi”.
Maraqlıdır ki, Razi Niurullayev təfərrüatı açıb-ağartmır. Yəni demir ki, erməni diasporu etirafını harda edib və kimə edib. Bəlkə erməni diasporu Razi Nurullayevi dəvət edib Krasnodara ya Rostova və orda donuz kababıyla erməni konyakını vurandan sonra qucaqlayıblar Razi Nurullayevin boynunu, ağlaşıb deyiblər ki, kirvə, biz daha məğlubiyyətimizi etiraf edirik.
Razi Nurullayev də ağlayıb. Sevincindən. Həm də konyakdan. Hava da Rusiyanın cənubunda gözəl…
“Aylı gecə, sərin külək göy çəmən…”
Razi Nurullayev kövrəldiyinə baxmayaraq vətənpərvərliyini və kişiliyini itirməyib, özünü ələ alıb ciddi soruşub:
— Kirvələr, siz mənə konkret deyin: Qarabağ kimindir?
Erməni diasporunun rəhbərləri yenə Razi Nurullayev qucaqlayıb sinələrinə sıxıblar.
— Kirvə, bu nə sözdür? Qarabağ, əlbəttə sizindir. Bizimki Artsaxdır…
Yenə marçamarç, bruderşaft və sair mehribanlıq…
Bunu, əlbəttə, dəqiq bilən yoxdur. Ancaq belə danışanlar var. Bir nəfər deyirdi ki, hava o gün yağışlı olub. Razi Nurullayevi yağış çox kövrəldib, maması da yadına düşüb, ermənilər üçün “Ana ürəyi”ni Orta segah üstünd oxuyub:
“Yağış da yağmışdı, yerlərdə palçıq…”
Ümumiyyətlə, Razi Nurullayev şeirə, sənətə çox həssas adamdır. Xalq cəbhəsindən getməsiylə əlaqədar bir beyti bədahətən demişdi:
“Yapçıya indən belə yoldaşam mən,
Bir də dönəm cəbhəyə, oğraşam mən…”
İndi öz-özümə fikriləşirəm ki, bəlkə erməni diasporunun məğlubiyyət məsələsi də Razinin yaradıcı fantaziyasının məhsuludur?
Mənə bir tanışım deyir ki, Mirzə, bu deputatın başına hava gəlib, baş qoşma…
Ancaq mən buna inanmıram. Nurullayev dəli olsaydı, onu milli məclisdə saxlamazdılar. Axı Milli Məclis parlamentdir, dəlixana deyil…
Akademik Ramiz Mehdiyevin intellektinə and olsun!
Mirzə Əlil
02.08. 2020, Samara
Для отправки комментария необходимо войти на сайт.