MİLLİ MƏCLİS, XALQ VƏ VALAAM EŞŞƏYİ HAQQINDA

Стандартный

 

Oslitsa-Valaama

Azərbaycanın olub-keçənləri izləsəm də, orda Tahir Rzayev adlı deputatın olduğunu bu gün bilmişəm. Özü də sıravi deputat deyil, aqrar komitənin sədridir. İyirimi ildir ki, deputatdır.

Amerikada deputatı seçilməmişdən qabaq bütün ölkə tanıyır. Çünki senatda və nümayəndələr palatasında hər yer uğrunda ölüm-dirim mübarizəsi gedir. Bu Tahir Rzayev iyirmi ildir deputatdır, Bakının küçələrində adamları saxlayıb adını çəksən, on nəfərdən  biri deməz ki, tanıyır.

İnternetdə haqqında neç nə yoxdur. Vikipediyadakı arayış bir cümlədən ibarətdir: filologiya elmləri doktorudur, şairdir(!).

Filologiya elmləri Azərbaycanda yaman günə qalıb. Bu elmlərin doktoru adının daşıyanların doxsan faizinin mübtədası ilə xəbəri uzlaşmır. Ədəbiyyatçıların isə əqidəsi yoxdur. Bu aqrar deputatın dissertasiyasının adını bilmək olarmı? Haçan yazıb? Harda yazıb? Ümumiyyətlə, Tahir Rzayev yazmağı bilirmi? Bunu necə yoxlamaq olar?

İyirmi ildən bəri aqrar deputat olan bu cənabla ölkənin kənd təsərrüfatı ilə əlaqəsi elə filolofiya, fəlsəfə ilə əlaqəsi kimidir. Yəni heç bir əlaqə yoxdur. Nə yunla, nə yumurta ilə, nə taxılla, nə pambıqla, nə suvarma ilə. Yəni əlaqə sıfırdır. Ancaq aybaay bu boynuyoğun cənab xalqın xəzinəsindən bir ətək pul alır. Ayları vurun iyirmi ilə. Görün Azərbaycan xalqı bu boynuyoğuna nə qədər pul xərcləyib.

İlham Əliyev deyir ki, minlərlə vətəndaş ona məktub yazır. Mən İlhaç Əliyevə deyə bilərəm ki, niyə vətəndaşlar ona məktub yazırlar: çünki vətəndaşların parlamenti yoxdur. Vətəndaşların parlamenti olsaydı, bu parlamentə vətəndaşlar öz nümayəndələrini seçə biısəydilər, prezidentə niyə məktub yazırdılar. Xalq Tatyana Larina deyil, prezident də Yevgeni Onegin deyil. Xalqın sözünü parlamentdə onun seçib vəkil elədiyi deputatlar deməlidirlər. Milli Məclis  — parlament deyil. Milli Məclis  xalqla heç bir əlaqəsi olmauyan bir dəstə prinsipsiz, əqidəsiz insanın qarın otardıqları yerdir. Kasıb uşaqları erməni gülləsindən öləndə, onlar aybaay bir ətək pul alırlar, bununla gözləri doymur, hələ qanunsuz biznes qayırırlar, torpaq, əmlak ələ keçirirlər, övladlarını, nəvələrini xaricə göndərirlər.

Belə parlament ölkənin və xalqın ziyanınadır.

Aqil Abbas kimi başlı-qulaqlı vəhşi Mili Məclisdə müdafiə, təhlükəsizlik komitəsinin üzvüdür. Bu halda biz niyə ermənilərə uduzmağımıza təəccüblənməliyik?

 Siyavuş Novruzov kimi heyvərəni kim deputat təyin edir? Siyavuşu, Fəzaili deputat təyin edənlərin xalqa məhəbbətinə inanmaq iolarmı?

Yox, inanmaq olmaz.

Və əgər prezident minlərlə insanın ona məktub yazmağını istəmirsə, qoy o, azərbaycanlıların ölkənin siyasi həyatında iştirakına mane olmasın, ölkəsini uçuruma yuvarlatmasın. Qoy heç olmasa sabahdan xalq öz bələdiyyədsini seçə bilsin.

Xalq isə… Xalqı otuz ildir ki Valaam eşşəyi kimi döyə-döyə uçuuruma sürükləyirlər. Valaam eşşəyi axırda dözməyib dilə gəlmişdi.

Bizim xalq susur…

Mirzə ƏLİL

28.07. 2020, Samara

Реклама

Обсуждение закрыто.