ERMƏNİ BİZİ MƏLƏDİR, BİZ AMERİKALINI, AVROPALINI İŞƏDİRİK. GÜLMƏKDƏN…

Стандартный

2

Azərbaycanlıların dünyanın müxtəlif ölkələrində keçirdiyi aksiyalar mənə səyyar sirk tamaşalarını xatırladır. Bircə şeyi başa düşmürəm: niyə mənim həmvətənlərim onlara tamaşa edənərdən pul yığmırlar. Axı Puşkin özü deyib ki, sənət satılmır, ancaq tamaşaya bilet satmaq olar və lazımdır da.

Mən yüz faiz arxayınam ki, məsələn, kanadalılar məsələnin nə yerdə olduğunu başa düşsələr, gülməkdən qəşş edəcəklər ə daha “Günəş sirki”nə gedən olmayacaq, elə bizim millətdən xahiş edəcəklər ki, küçəbəküçə gəzib onlara kef versinlər.

Özünüz baxın: azərbaycanlılar böyürə-böyürə düşüblər Los Ancelesin, Vankuverin, Prahanın, Belinin küçələrinə ki, dədəm vay, ermənilər bizi mələdir. Ancaq o şəhərlərin ölkələri bilsələr ki, Azərbaycanın əhalisi Ermənistanın əhalisindən üç yarıım dəfə çoxdur, qəhqəhə çəkəcəklər. Biləndə ki, Stokholm tədqiqat institutunun (SİPRL) məlumatına görə 2009-cu ildən 2018-ci illər arasında Azərbaycanın hərbi xərcləri 24 milyard dollar, Ermənistanın hərbi xərcləri 4 milyard dollar təşkil edib, gülməkdən yıxılacaqlar. Biləndə ki, “2016-cı ildə İlham Əliyev deyib  Azərbaycan İsraildən 4,85 milyar dollarlıq silah alıb.İsrailin silah ixracının 17 faizi Azərbaycanın payına düşür”. – qəşş edəcəklər…

Hələ onlar bizim generalları görməyiblər! Yoğun boyunlarından gündəyməzlərinə qədər orden və medal asmış generalları! Əslində gərək dünya şəhərlərinin küşələrində aksiyaları o generallar keçirəydilər, o generallar yoğun qarınlarını tuta-tuta, orden-medallarının cingiltisi şəhəri başına götürə-götürə küçəbəküçə qaçaydılar!

Ah, pandemiyadan yorulmuş amerikalılar, kanadalılar, avropalılar necə də məzələnərdilər…

Hələ onlara silahların siyahısını göstərin, gülməkdən şortlarına işəyərlər:

 

Tanklar: Az-314-750; Erm.: 100-166

Zirehli maşınlar. Az.: 1100-1500; Erm.: 140-636

Artil.: Az.: 240-469: Erm.: 150-240

Döyüş vertolyotları. Az.: 18-84;  Erm.: 15

 

Belə-belə işlər…

Təəssüf ki, başqa ölkələrdə “xalq artisti”, “Əməkdar artist”, “xalq şairi” kimi adlar yoxdur. Yoxsa bizim çoxlu həmətənimiz indi Kanadanın, Amerikanın, Çexiyaın, Almaniyanın xalq artisti, əməkdar artisti olardı…

Ermənilər nə qədər ki, bizi mələdiblər, biz də amerikalıları, avropalıları işədəcəyik…

Gülməkdən…

 

Mirzə ƏLİL

26.07.2020, Samara

Обсуждение закрыто.