MÜHARİBƏ — XALQINDIR, YAS — XALQINDIR, PARLAMENT XALQIN DEYİL…

Стандартный

MİLLİ

Bu gecə səhərə yaxın Bakıda çox qəribə bir hadisə baş verib: bir dəstə vətəndaş gedib girib Milli Məclisə. Əlbəttə, qəhrəman Azərbaycan polisi tezliklə bu vətəndaşları salıb dəyənəyin altına, döyə-döyə aparıb basıb dama. Ancaq Azərbaycan xalqını bu hadisə elə şok vəziyyətinə salıb ki, ermənilərilə müharibə də yadından çıxıb. Və Azərbaycan xalqı qalıb girinc, gah başını qaşıyır, gah da, türkün məsəli, dalını. Çünki Azərbaycan xalqı qanun-qayda bilən xalqdır, böyük-kiçik bilən xalqdır, başıaşağı xalqdır, Azərbaycan xalqı yaxşıı bilir ki, kimin yeri Milli Məclisdədir, kimin yeri Kürdəxanıda. Azərbaycan xalqı bilir ki, Milli Məclisə girməyin şərtləri var. Milli Məclisə girənin gərək bir ətək pulu ola. Çoxlu pulun olmasa da, gərək ermənistanlı olasan, naxçıvanlı olasan, yaxşı arvad qohumların ola, yaxşı qudaların ola. Milli Məclisə girən gərək əqidəsindən əl çəkə, vicdanından əl çəkə. Milli Məclisə girən gərək bilə ki, kimin dalında durur, kim onun dalında durur və fikir verməyə ki, onun dalında kim nə qayırır.

Yoxsa ki, gecənin bir aləmində qapını aç gir ki, bura xalqın parlamentidir…

Bunu sizə hansı axmaq deyib?

Xalqın hamamı olar, çayxanası olar, toyu olar, yası olar, krediti olar, borcu olar, koronavirusu olar, xərçəngi olar.

Xalqa nə parlament? Özü də Azərbaycan xalqına…

Millət vəkillərinə baxın: onlarda azərbaycanlını xatırladan bir əlamət görürsnüz? Fəzail Ağamalı azərbaycanlıya oxşayır? Kim bilir, bəlkə də onun nənəsini ermənilər zad eləyiblər…

İndi siz Milli Məclisə girib özünüzü bu vələdəzzinaya tay eləmək istəyirsiniz?
A bala, belə yava yerlərdən uzaq durun. Cavansınız, adınıza, ləyaqətnizə ləkə gətirməyin. Qoyun Fəzail Ağamalı orda Aqil Abbasla Zeynəb Xanlarovaya qoşulub dombalaq aşsınlar.

Gedin işinizin dalınca. Cəfər Cabbarlı demişkən, parlament sivil xalqlar üçündür, sənə-mənə nə parlament?

Mirzə ƏLİL

15.07. 2020, Samara

Реклама

Обсуждение закрыто.