GENERAL POLAD HƏŞİMOV

Стандартный

1

General-mayor Polad Həşimov kimdir?

«Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, o da çox nadir komandirlərdən idi».

Bu sözləri jurnalist Seymur Kazımov Tovuz istiqamətində gedən döyüşlərində həlak olmuş general-mayor Polad Həşimov haqqında deyir.

Polad Həşimov illər əvvəl N saylı hərbi hissədə jurnalist Seymur Kazımovun qərargah rəisi olub.

Jurnalist general-mayoru «çox dəyərli vətəndaş və zabit» olaraq yad edir.

Onun vəfatını «cəmiyyət üçün böyük itki» adlandırır.

Qohumları Polad Həşimovu çox yaxşı insan kimi xatırlayır, onun barəsində «sonuncu loxmasını bölən, sadə insan» deyirlər.

Polad Həşimov kim idi?
1975-ci ildə Sumqayıtda doğulmuş Polad Həşimov əslən Qəbələnin Vəndam kəndindəndir.

Elə aldığımız məlumata görə onun nəşi də bu saatlarda o kəndə aparılır.

Polad Həşimov Sumqayıtda məktəbi bitirib. Sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alınb və təhsilini Türkiyədə davam etdirib.

Onun 3 övladı var, iki oğlu, bir qızı. Qızı onun böyük övladıdır və hələ də orta məktəbi bitirməyib.

O, Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib.

Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib, bunu qohumları deyir.

Bu saatlarda Sumqayıtda onun evinin önünə yüzlərlə vətəndaş toplaşıb və onun nəşini gözləyir.

Yerli media yazır ki Polad Həşimov ikinci fəxri xiyabanda dəfn ediləcək.

Əsgərin yanında olan general-mayor
«Cəsur, mərd zabit idi, həm əsgərlər, həm də zabitlər arasında kifayət qədər hörməti var idi. Hər zaman əsgərin yanında idi», Seymur Kazımov Polad Həşimov haqqında danışır.

«O, hər dəfə deyirdi ki, əsgər zabitərinə görə hər zaman ölümə gedir, çünki əsgərlər öndə olurlar və əmr verilən kimi irəli atılırlar. Biz bu gün gördük ki, onun özü ön sırada getdi və şəhid oldu,»- Seymur Kazımov deyir.

Jurnalist deyir ki, general-mayorun ölümü onun üçün çox ağırdır.

«Əsgərləri tənbeh də edərdi, cəzalandırardı da, amma onları təhqir edəcək, alçaldacaq ifadə işlətməzdi, onlara yuxarıdan aşağı baxmazdı. Hərbi nizamnamə nə tələb edirdisə, o cür də davranırdı,» jurnalist deyir.

Seymur Kazımov 2 dəfə general-mayorun cəzasına da məruz qaldığını xatırlayır.

«…bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı mənə, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim», o deyir.

«2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdə futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.

Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyimi tapşırdı. 10 dəqiqədən sonra əlində xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik».

Amma Seymur Kazımov 2018-ci ilin mart ayıda komandirinin adına olan təpəyə baş çəkə bilib.

«Talış yükəkliklərində 7 döyüş postu var. Biri «Polad postu» adlanır. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər», o deyir.

Sosial medianın gündəmində Azərbaycan — Ermənistan sərhədinin Tovuz istiqamətində üç gündür ki, gedən döyüşlərində həlak olanlardır.

Bir çoxları general-mayor Polad Həşimov haqqında öz xatirələrini bölüşüblər.

Onun vətənə sonsuz sevgi bəslədiyini, döyüşlərdə qəhrəmanlıq etdiyini, öz evini bir şəhid ailəsinə verdiyini yazanlar var.

Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində gedən döyüşlərdə 11 şəhid verdiyini bildirir.

Onlar general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev oğlu, mayor Namiq Əhmədov oğlu, mayor Anar Novruzov oğlu, gizir İlqar Zeynallı oğlu, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə, baş leytenant Rəşad Mahmudov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirovdur.

https://www.bbc.com/azeri/azerbaijan-53409502

 

2013-C İLDƏ POLKOVNİK-LEYTENANT POLAD HƏŞİMOV MAYOR RÜTBƏSİNƏ ENDİRİLİB

Öldürülən əsgərə görə iki nəfər həbs edildi

Yayım tarixi :
11/1/2013
Baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs ediliblər
Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N”� saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı daha iki nəfər barəsində tədbir görülüb.

Gəncədəki hərbi mənbələrdən Teleqraf.com-a verilən məlumata görə, əsgər Ceyhun Qubadovun öldürülməsinə görə “N”� saylı hərbi hissəsinin zabiti, baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs ediliblər.

Onu da qeyd edək ki, Qubadovun ölümü ilə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb. Əsgərin anası oğlunun döyülərək öldürüldüyünü bildirib. Mərhumun yaxınları əsgərin meyitinin fotolarını yayıblar. Həmin fotolarda əsgərin meyiti üzərində işgəncə xarakterli əlamətlər müşahidə olunur.

Xatırladaq ki, Abşeron rayonundan hərbi xidmətə aparılan C. Qubadov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub.

19 yaşlı Ceyhun 3 ayın əsgəri imiş. O, ailənin tək övladı olub. Atasını uşaqlıq vaxtlarından itirən Ceyhun anasının himayəsində böyüyüb.

Müdafiə Nazirliyi (MN) və Hərbi Prokurorluq əsgər C.Qubadovun ölümü ilə bağlı dünən bəyanat yayıb. Bəyanatda bildirilir ki, yanvarın 7-də əsgərin ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülüb.

Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunublar.

Dünən həmçinin Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə hadisənin baş verdiyi «N» saylı hərbi hissənin tabe olduğu Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərova töhmət elan edilib.

Hərbi hissə komandiri polkovnik-leytenant Polad Həşimovun rütbəsi mayor rütbəsinə endirilib.

Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunub.

Обсуждение закрыто.