2013-C İLDƏ POLKOVNİK-LEYTENANT POLAD HƏŞİMOV MAYOR RÜTBƏSİNƏ ENDİRİLİB

Стандартный

Öldürülən əsgərə görə iki nəfər həbs edildi

Öldürülən əsgərə görə iki nəfər həbs edildi
Yayım tarixi :
11/1/2013 
Baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs ediliblər

Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı daha iki nəfər barəsində tədbir görülüb.

Gəncədəki hərbi mənbələrdən Teleqraf.com-a verilən məlumata görə, əsgər Ceyhun Qubadovun öldürülməsinə görə “N” saylı hərbi hissəsinin zabiti, baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs ediliblər. 

Onu da qeyd edək ki, Qubadovun ölümü ilə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb. Əsgərin anası oğlunun döyülərək öldürüldüyünü bildirib. Mərhumun yaxınları əsgərin meyitinin fotolarını yayıblar. Həmin fotolarda əsgərin meyiti üzərində işgəncə xarakterli əlamətlər müşahidə olunur.

Xatırladaq ki, Abşeron rayonundan hərbi xidmətə aparılan C. Qubadov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. 

19 yaşlı Ceyhun 3 ayın əsgəri imiş. O, ailənin tək övladı olub. Atasını uşaqlıq vaxtlarından itirən Ceyhun anasının himayəsində böyüyüb.

Müdafiə Nazirliyi (MN) və Hərbi Prokurorluq əsgər C.Qubadovun ölümü ilə bağlı dünən bəyanat yayıb. Bəyanatda bildirilir ki, yanvarın 7-də əsgərin ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülüb.

Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunublar.

Dünən həmçinin Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə hadisənin baş verdiyi «N» saylı hərbi hissənin tabe olduğu Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərova töhmət elan edilib.

Hərbi hissə komandiri polkovnik-leytenant Polad Həşimovun rütbəsi mayor rütbəsinə endirilib.

Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunub.

 

https://www.bizimyol.info/news/6364.html

Реклама

Обсуждение закрыто.