Daily Archives: 15.07.2020

MİRZƏ ƏLİL ELMAR MƏMMƏDYAROVUN YERİNƏ GETMƏK İSTƏYİR…

Стандартный

elmar

Əlahəzrət prezident İlham Əliyev deyib ki, ordu tam kompkektləşdirilib, ona görə əlavə əsgərə ehtiyac yoxdur. Ancaq neçə gün xarici işləri Naziri Elmar Məmmədyarovu tapa bilməyib, axırda beş-altı Yasamal polisi göndərib Elmarın evinə, qoçaq polislər giriblər nazirin mənzilinə, onu arvadının ağuşundan ayırıb elə şalvar-köynəksiz, yəni lüt-madarzat sürüyüb gətiriblər prezidentin hüzuruna. Ona görə prezident indi Məmmədyarovun yerinə adam axtarır. Deyib ki, kim bu vəzifəyə gəlmək istəyirsə, anketini göndərsin.

Deyilənə görə, Elmar Məmmədyarovun yerinə bir neçə saatda 77 min ərizə veirilib. Mənə deyirlər Mirzə, sən də anketini yolla. İndi qalmışam məəttəl. Bilmirəm göndərim ya göndərməyim. Bilmirəm o vəzifəyə Azərbaycan dilini bilənləri götürərlər ya götürməzlər…

Mirzə ƏLİL

15. 07. 2020, Samara

2013-C İLDƏ POLKOVNİK-LEYTENANT POLAD HƏŞİMOV MAYOR RÜTBƏSİNƏ ENDİRİLİB

Стандартный

Öldürülən əsgərə görə iki nəfər həbs edildi

Öldürülən əsgərə görə iki nəfər həbs edildi
Yayım tarixi :
11/1/2013 
Baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs ediliblər

Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı daha iki nəfər barəsində tədbir görülüb.

Gəncədəki hərbi mənbələrdən Teleqraf.com-a verilən məlumata görə, əsgər Ceyhun Qubadovun öldürülməsinə görə “N” saylı hərbi hissəsinin zabiti, baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs ediliblər. 

Onu da qeyd edək ki, Qubadovun ölümü ilə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb. Əsgərin anası oğlunun döyülərək öldürüldüyünü bildirib. Mərhumun yaxınları əsgərin meyitinin fotolarını yayıblar. Həmin fotolarda əsgərin meyiti üzərində işgəncə xarakterli əlamətlər müşahidə olunur.

Xatırladaq ki, Abşeron rayonundan hərbi xidmətə aparılan C. Qubadov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. 

19 yaşlı Ceyhun 3 ayın əsgəri imiş. O, ailənin tək övladı olub. Atasını uşaqlıq vaxtlarından itirən Ceyhun anasının himayəsində böyüyüb.

Müdafiə Nazirliyi (MN) və Hərbi Prokurorluq əsgər C.Qubadovun ölümü ilə bağlı dünən bəyanat yayıb. Bəyanatda bildirilir ki, yanvarın 7-də əsgərin ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülüb.

Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunublar.

Dünən həmçinin Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə hadisənin baş verdiyi «N» saylı hərbi hissənin tabe olduğu Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərova töhmət elan edilib.

Hərbi hissə komandiri polkovnik-leytenant Polad Həşimovun rütbəsi mayor rütbəsinə endirilib.

Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunub.

 

https://www.bizimyol.info/news/6364.html

ZURNAÇILAR PARTİYASI HƏMRƏYLİK BƏYANATINA QOL ÇƏKMƏYİB…

Стандартный

ЧОБАН 1

Bu gün bəlkə həyatımda ilk dəfə olaraq vətənimlə fəxr elədim, nə gizlədim dünənəcən fəxr-zad eləmirdim, hərdən-hərdən ancaq xəcalət çəkirdim. Bu gün Azərbatycanda 43 (qırx üç!) partiyanın həmrəylik bəyanatı imzaladığını biləndə heç bilmədim sevincimdən nə qayırım, istədim elə Volqanın qırağında dincələn ruslarla dava salıb bir-ikisinə kəllə vurum, sonra “lənət şeytana” deyib fikrimdən daşındım.

A kişi, necə fəxr eləməyəsən!

43 partiya!

Hələ adlarına baxın:

“Azadlıq partiyası”!

“Azərbaycan Azad Respublikaçılar Partuyası”!

“Azərbaycan Mübarizləri Partiyası”!

Bəh-bəh!

“Azərbaycan Liberal Demokrat Partiyası”!

“Azərbaycan Milli Demokrat Partiyası!”

Yox, bu adları oxuduqca adamın ürəyi qırmağa düşmüş şirbit balığı kimi sinədə özünü ora-bura çırpır. Bu adları hardan tapıblar, necə tapıblar? Milli, özü də Demokrat! Vallah, bu siyahı məni öldürəcək!

“Ədalət Partiyası”!

Başqa bir ölkədə belə partiya varmı? Ola bilməz! Mən bu partiyanın rəhbəri İlyas İsmayılovu uzaqdan da olsa, gömək istərdim, pandemiya qurtarandan sonra əlini sıxardım! Ədalət, ah, ədalət! Kor ərəbin mahnısı! Öldüm…

“Azərbaycan Qorqud Partiyası”!

Ah, nə gözə partiya! Deyilənlərə görə, bu partiyaya girənin hər birinə partiya bileti əvəzinə qopuz verirlər. Partiya rəhbəri Firudin Kərimovun xudmani bir qopuz fabriki də var.

Çox qəşəng!

“Klassik xalq cəbhəsi partiyası!”

Xalq cəbhəsi, özü də klassik! Klassik partiya heç yerdə yoxdur, partiya rəhbəri Mirmahmud Fəttayevin cəddinə and olsun!

“Azərbaycan naminə alyans partiyası!”

Düzü, «alyans» sözünü başa düşmədim, bəlkə anaşa çəkənlərin partiyasıdır, bəlkə ayrı şeydir. Ayıb sözə də oxşayır… alyans, alyans… Girib özün görəsən nədir…

“Azərbaycan ümid partiyası”!

Bəh-bəh! Yəqin bu partiyaya girənlərə ucuz kredit-zad da verərlər. Yoxsa nəyə ümid? Kimə ümid? İqbal Ağazadəyə?

Hələ siz partiya rəhbərlərinin adlarına baxın:

Tufan Kərimov!

Yunus Oğuz!

Rafiq Turabxan!

Sübut Əsədov!

Asim Mollazadə!

Təəccüblüdür ki, bu siyahıda Zurna partiyası yoxdur. Belə bir partiya Azərbaycanda olmalıdır. Yəqin keçib müxalifətin tərəfinə və antimilli ünsürlərə xidmətə…

Bu siyahını AZALın təyyarələri ermənilərin başına səpsələr, oğraşlar qorxularından şalvarlarını isladacaqlar…

Siyahının başında isə Yeni Azərbaycan Partiyasıdır. Qəribə bгdur ki, partya rəhbəri kimi sənədi İlham Əliyev yox, yeraz Əli Əhmədov imzalayıb. Bu məni bir az soyutdu və şübhəyə saldı. Çünki bu Əli Əhmədovdan mənim gözüm su içmir. Vurun məni öldürün, bu adama mənim etibarım yoxdur… Niyə İlham müəllim sənədi özü imzalamayıb, mən başa düşmürəm. Bəlkə bu 43 partiyanı möhtərəm oprezident heç partiya saymır? Bələ bu “partiya” rəhbərlərini möhtərəm prezident heç adam yerinə qoymur?

Vallah, qalmışam məəttəl. Ancaq Qorqud partiyasına girmək pis olmazdı. Heç olmasa bir qopuz alardım. Düzdür, çalmaq bilmirəm, ancaq şeydir də, bir də gördün gərək oldu…

Mirzə ƏLİL

15. 07. 2020, Samara

MÜHARİBƏ — XALQINDIR, YAS — XALQINDIR, PARLAMENT XALQIN DEYİL…

Стандартный

MİLLİ

Bu gecə səhərə yaxın Bakıda çox qəribə bir hadisə baş verib: bir dəstə vətəndaş gedib girib Milli Məclisə. Əlbəttə, qəhrəman Azərbaycan polisi tezliklə bu vətəndaşları salıb dəyənəyin altına, döyə-döyə aparıb basıb dama. Ancaq Azərbaycan xalqını bu hadisə elə şok vəziyyətinə salıb ki, ermənilərilə müharibə də yadından çıxıb. Və Azərbaycan xalqı qalıb girinc, gah başını qaşıyır, gah da, türkün məsəli, dalını. Çünki Azərbaycan xalqı qanun-qayda bilən xalqdır, böyük-kiçik bilən xalqdır, başıaşağı xalqdır, Azərbaycan xalqı yaxşıı bilir ki, kimin yeri Milli Məclisdədir, kimin yeri Kürdəxanıda. Azərbaycan xalqı bilir ki, Milli Məclisə girməyin şərtləri var. Milli Məclisə girənin gərək bir ətək pulu ola. Çoxlu pulun olmasa da, gərək ermənistanlı olasan, naxçıvanlı olasan, yaxşı arvad qohumların ola, yaxşı qudaların ola. Milli Məclisə girən gərək əqidəsindən əl çəkə, vicdanından əl çəkə. Milli Məclisə girən gərək bilə ki, kimin dalında durur, kim onun dalında durur və fikir verməyə ki, onun dalında kim nə qayırır.

Yoxsa ki, gecənin bir aləmində qapını aç gir ki, bura xalqın parlamentidir…

Bunu sizə hansı axmaq deyib?

Xalqın hamamı olar, çayxanası olar, toyu olar, yası olar, krediti olar, borcu olar, koronavirusu olar, xərçəngi olar.

Xalqa nə parlament? Özü də Azərbaycan xalqına…

Millət vəkillərinə baxın: onlarda azərbaycanlını xatırladan bir əlamət görürsnüz? Fəzail Ağamalı azərbaycanlıya oxşayır? Kim bilir, bəlkə də onun nənəsini ermənilər zad eləyiblər…

İndi siz Milli Məclisə girib özünüzü bu vələdəzzinaya tay eləmək istəyirsiniz?
A bala, belə yava yerlərdən uzaq durun. Cavansınız, adınıza, ləyaqətnizə ləkə gətirməyin. Qoyun Fəzail Ağamalı orda Aqil Abbasla Zeynəb Xanlarovaya qoşulub dombalaq aşsınlar.

Gedin işinizin dalınca. Cəfər Cabbarlı demişkən, parlament sivil xalqlar üçündür, sənə-mənə nə parlament?

Mirzə ƏLİL

15.07. 2020, Samara

ƏRKİVANLI MAYOR ANAR NOVRUZOV

Стандартный

anar novruzov

Şəhid mayor 12 may 1974 Masallı rayonunun Ərkivan kəndində anadan olub. O, 25 il hərb sahəsində xidmət edib.

GENERAL POLAD HƏŞİMOV

Стандартный

1

General-mayor Polad Həşimov kimdir?

«Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, o da çox nadir komandirlərdən idi».

Bu sözləri jurnalist Seymur Kazımov Tovuz istiqamətində gedən döyüşlərində həlak olmuş general-mayor Polad Həşimov haqqında deyir.

Polad Həşimov illər əvvəl N saylı hərbi hissədə jurnalist Seymur Kazımovun qərargah rəisi olub.

Jurnalist general-mayoru «çox dəyərli vətəndaş və zabit» olaraq yad edir.

Onun vəfatını «cəmiyyət üçün böyük itki» adlandırır.

Qohumları Polad Həşimovu çox yaxşı insan kimi xatırlayır, onun barəsində «sonuncu loxmasını bölən, sadə insan» deyirlər.

Polad Həşimov kim idi?
1975-ci ildə Sumqayıtda doğulmuş Polad Həşimov əslən Qəbələnin Vəndam kəndindəndir.

Elə aldığımız məlumata görə onun nəşi də bu saatlarda o kəndə aparılır.

Polad Həşimov Sumqayıtda məktəbi bitirib. Sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alınb və təhsilini Türkiyədə davam etdirib.

Onun 3 övladı var, iki oğlu, bir qızı. Qızı onun böyük övladıdır və hələ də orta məktəbi bitirməyib.

O, Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib.

Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib, bunu qohumları deyir.

Bu saatlarda Sumqayıtda onun evinin önünə yüzlərlə vətəndaş toplaşıb və onun nəşini gözləyir.

Yerli media yazır ki Polad Həşimov ikinci fəxri xiyabanda dəfn ediləcək.

Əsgərin yanında olan general-mayor
«Cəsur, mərd zabit idi, həm əsgərlər, həm də zabitlər arasında kifayət qədər hörməti var idi. Hər zaman əsgərin yanında idi», Seymur Kazımov Polad Həşimov haqqında danışır.

«O, hər dəfə deyirdi ki, əsgər zabitərinə görə hər zaman ölümə gedir, çünki əsgərlər öndə olurlar və əmr verilən kimi irəli atılırlar. Biz bu gün gördük ki, onun özü ön sırada getdi və şəhid oldu,»- Seymur Kazımov deyir.

Jurnalist deyir ki, general-mayorun ölümü onun üçün çox ağırdır.

«Əsgərləri tənbeh də edərdi, cəzalandırardı da, amma onları təhqir edəcək, alçaldacaq ifadə işlətməzdi, onlara yuxarıdan aşağı baxmazdı. Hərbi nizamnamə nə tələb edirdisə, o cür də davranırdı,» jurnalist deyir.

Seymur Kazımov 2 dəfə general-mayorun cəzasına da məruz qaldığını xatırlayır.

«…bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı mənə, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim», o deyir.

«2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdə futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.

Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyimi tapşırdı. 10 dəqiqədən sonra əlində xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik».

Amma Seymur Kazımov 2018-ci ilin mart ayıda komandirinin adına olan təpəyə baş çəkə bilib.

«Talış yükəkliklərində 7 döyüş postu var. Biri «Polad postu» adlanır. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər», o deyir.

Sosial medianın gündəmində Azərbaycan — Ermənistan sərhədinin Tovuz istiqamətində üç gündür ki, gedən döyüşlərində həlak olanlardır.

Bir çoxları general-mayor Polad Həşimov haqqında öz xatirələrini bölüşüblər.

Onun vətənə sonsuz sevgi bəslədiyini, döyüşlərdə qəhrəmanlıq etdiyini, öz evini bir şəhid ailəsinə verdiyini yazanlar var.

Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində gedən döyüşlərdə 11 şəhid verdiyini bildirir.

Onlar general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev oğlu, mayor Namiq Əhmədov oğlu, mayor Anar Novruzov oğlu, gizir İlqar Zeynallı oğlu, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə, baş leytenant Rəşad Mahmudov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirovdur.

https://www.bbc.com/azeri/azerbaijan-53409502

 

2013-C İLDƏ POLKOVNİK-LEYTENANT POLAD HƏŞİMOV MAYOR RÜTBƏSİNƏ ENDİRİLİB

Öldürülən əsgərə görə iki nəfər həbs edildi

Yayım tarixi :
11/1/2013
Baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs ediliblər
Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N”� saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı daha iki nəfər barəsində tədbir görülüb.
Read the rest of this entry