Daily Archives: 14.07.2020

TOVUZDA HƏLAK OLANLAR

Стандартный

Müdafiə nazirinin müavini Kərim Vəliyevin məlumatına görə, Tovuz rayonu ərazisində gedən döyüşlərdə Azərbaycanın 7 hərbçisi şəhid olublar. Onlar sıra ilə qeyd olunub:

1) Tovuz Rayonu Cəlilli kənd sakini, gizir Zeynallı İlqar Ayaz oğlu
2) Ağstafa rayonu, Həsənsu kənd sakini, 1992 təvəllüd MAXE əsgər Mustafazadə Elçin Arif oğlu
3) Ağstafa rayonu, Köçəsgər kənd sakini, gizir Babayev Yaşar Vasif oğlu
4) Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu
5) Bakı, Xətai rayon sakini, 1973 təvəllüd artilleriya rəisi, polkovnik Mirzəyev İlqar Anzor oğlu
6) Sumqayıt sakini, əslən Qəbələnin Vəndam kəndən general-mayor, 1975 təvəllüd Həşimov Polad İsrayıl oğlu
7) Masallı rayon, Ərkivan qəsəbə sakini, mayor Novruzov Anar Gülverdi oğlu

На изображении может находиться: 7 человек

 

https://www.facebook.com/search/top/?q=meydan%20tv&epa=SEARCH_BOX

GENERAL-MAYOR POLAD HƏŞİMOV HƏLAK OLUB

Стандартный

General-mayor Həşimov Polad şəhid olub

General-mayor Həşimov Polad şəhid olub

BAKU.WS-in cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

ERMƏNİLƏRİN AĞIR ZƏRBƏLƏRİNİN CAVABINDA BİZİM «DEPUTATLAR» QATIQLAYIRLAR…

Стандартный

1

Erməni ordusunun gücü haqqında ən obyektiv məlumat almaq üçün Rusiya şəhərlərində asfalt döşəyən ermənilərə baxmaq kifayətdir. İş prosesindəki yüksək mütəşəkkillik və nəzarəti gözə çarpmayan əmək intizamı, dəhşətli istidə ağır işi pihq-ponq oyunundakı yüngül və çevik hərəkətlərlə və laldinməz görən insanlara baxdıqca filirlərçirsən ki, belə qurucuların çox dağıdıcı orduları olmalıdır və bunların qabağında durmağa belə mütəşəkkillik, belə iş intizamı və əzmi lazımdır.. Sonra bir məhəllə yuxarı ya aşağı gedirsən, qarpız, banan, gilas satan, yer, müştəri üstündəbir-birlərini didən, bir-birlərinə “atan”, bir-birlərinin üstünə çeçen gətirən həmvətənlərini görürsən və öz ordunu da təsəvvür edib məyus olursan…

İkinci dünya müharibəsi illərində erməni millətindən 6 (altı) marşal olub. Müsəlman azərbaycanlılardan hərbiçilərin sayının az olmasının konkret və kompleks səbəbləri var. Ancaq o vaxtdan çox keçib, otuzildir Azərbaycan müstəqil dövlətdir. Müxtəlif ölkələrin qabaqcıl hərbi məktəblərində azərbaycanlılar təhsil alırlar. Onda bəs niyə prezidentin baş hərbi müşaviri ömründə hərbi xidmət görməmiş Məhərrəm Əliyevdir? Məhərrəm Əliyev sovet milisioneri olub, Azərbaycan sovet Milisionerinin ən yaxşı bacardığı iş bazarlardan pul qırmaq idi. Belə çıxır ki, prezidentin məqsədi Ermənistanın qabağına hazırlıqlı ordu çıxarmaq yox, Məhərrəm Əliyevlə bazarlardan pul qırmaqdır.

Ermənistan 90-cı illərin əvvəlində Azərbaycanı ağır məlubiyyətə uğradıb və sonralar da dönə dönə ağır zərbələr vurmaqla millətimizi alçaldıb. Və hərt dəfə də prezident, şarlatan deputatlar, satqın ə fahişə jurnalistlər məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışırlar. Bu təbliğat hoqqalarına inananların sayı get-gedə azalsa da, prezident biabırçı komediyanı davam etdirir, ağlı başında olan adamları özünə güldürür. Hərçənd vəziyyət heç də gülməli deyil. Prezident və onun satqın əhatəsi əsgər və zabitlərimizi labüd ölümə göndərir və cinayət məsuıiyyəti daşımalı insanlar rütbələrində  yüksəlir, sinələrinə təzə ordenlər taxırlar.

Ermənistan ağır zərbələr endirdikcə Azərbaycan məmurlarının, keç kimin seçmədiyi “millət vəkillərinn” açıqlamaları qatıqlamaya bənzəyir. Əlbəttə, onların hamısının ağlı başındadır, bir gün də qazanclarından qalmırlar, əzizləri və yaxınları da cəbhəyə getmirlər. Onlar on illərlə xalqın başına qapaz vurub çörəyini əlindən alır, kasıb-kusubun uşağını da güllə qabağıba göndərirlər. O ki qaldı qatıqlamalarına, bunda da rasionallıq var. Çünki xalqımızın içində də qatıqlayanlar, qatıqlayanları sevən çoxdur. Məsələn, bakıllılar çoxdan itki vermirlər, yəqin çəmini tapıblar, hərçənd əhalnin dörddə brini təşkil edirlər və itkilərin də dörddən biri Bakıya düşməi idi…

İndi bakılılar niyə qatıqlayana deməlidirlər ki, sən qatıqlayırsan. Qatıqlayan deyər ki, sən də uşağını ordudan gizlədirsən…

“Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib: “Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb…”

 

Ağalar Vəliyev – oğrudur. Nəhəng həcmdə və dəyərdə xalq mülkiyyətini mənimsəyib. İndi də şarlatan xoruna qoşulub növbəti məğlubiyyəti qələbə kimi qələmə verib onun şərəfinə badə qaldırır…

Qatıq badəsi…

Yeri gəlmişkən, bu şərəfsiz də “Şərəf” ordeni ilə təltif olunub…

Mirzə ƏLİL

14.07. 2020, Samara

%d такие блоггеры, как: