ŞƏHİDLƏR: TOVUZLU ZAUR AXUNDOV

Стандартный

Zaur_Axundov

Zaur Axundov 1971-ci il iyul ayının 6-da Tovuz şəhərində anadan olub. 1978-ci ildə Tovuz şəhəri Nəsirəddin Tusu adına orta məktəbdə 1-ci sinifə gedib, 1988-ci ildə orta məktəbi bitirib. Sovet ordusunda 1989-cu ildə Rusiyanın Krasnoyarsk diyarının Abakan şəhərində əsgəri xidmətdə olub. 1991-ci ildə hərbi xidmətini başa vurub.

Z.Axundov əsgəri xidmətini başa vurub Azərbaycana qayıtdıqdan sonra Tovuz istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. 1992-ci ildən 1994-cü ilin 29 mart tarixinə qədər düşmənlə üzbəüz mövqelərdə döyüşüb.

Z.Axundov 1994-cü il martın 29-da Ermənistan ordusunun atdığı tank mərmisinin zərbəsinə tuş gələrək 11 nəfər döyüşçü yoldaşı ilə birgə həlak olub. Tovuz rayonunun Koxa Nəbi ərazində Sulutəpə zirvəsində şəhid olan Z.Axundov rayonun Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

2005-ci ildə Z.Axundovun qardaşı taekvondo ustası Ümid Axundov tərəfindən şəhidin adını daşıyan taekvondo klubu yaradılıb. «Zaur Axundov adına Taekvondo Klubu» respublikanın idman həyatında mühüm rol oynayır və klubda sırf olimpiya qaydalarına uyğun məşqlər, yerli və beynəlxalq əhəmiyyətli yarışlar, turnirlər keçirilir.

Şəhidin adı həmçinin Tovuz rayonunun Aşağı Öysüzlü kənd mədəniyyət evinə verilib.

Zaur Axundov adına rayon mərkəzində də küçə var.

VİKİPEDİYA

Обсуждение закрыто.