3 iyul 1970-ci ildə Kərkicahanda anadan olub. Ali məktəb tələbəsi idi. 1991-ci il dekabrın 28-də kəndin ermənilərlə bitişik sahəsində müdafiə mövqeyində mühasirəyə düşərək əsir götürülmüşdü. Fərhad gənc döyüşçü kimi həmişə müdafiədə qorxmadan dayanardı.
Əsir olduğu müddətdə ermənilər ona ağır işgəncələr verərək, “Kərkicahan da, Qarabağ da ermənilərindir”- ifadəsini təkrarlatmağa məcbur etsələr də, onun əzmini qıra bilməmişdilər. O, son nəfəsinə qədər Kərkicahanın da, Qarabağın da azərbaycanlıların olduğunu və heç zaman ermənilərin olmadığını demişdir.
1992-ci ilin yanvar ayında meyidi erməni əsiri ilə dəyişdirilmişdi. Meyid alınan zaman məlum olmuşdur ki, Fərhada ağır cismani cəza vermişlər. Subay idi.
Июл3
Для отправки комментария необходимо войти на сайт.