MANSUR İMANVERDİYEV SALYANLILARA: «QARNIMDA SU GƏTİRMİŞƏM…»

Стандартный

3

Salyanlılar rayonun icra başçısı Sevindik Hətəmova müraciət ediblər. Müraciətdə deyilir:
“Hörmətli  cənab Hətəmov! Əziz Sevindik bəy! Son vaxtlar Kür quruduğundan bir balaca su qıtlığı yaranıb. Bilirik ki, bu qıtlığı yaradan işğalçı ermənilər və içimizdəki antimilli ünsürlərdir. Biz susuzluqdan qorxmuruq, biz salyanlılar qabaqlar özümüz heç su içməzdik, suyu ancaq səkçələrdə yoldan keçənə satardıq. Ayda bir dəfə içəndə, su bəs edirdi. Mal-heyvanı da tərbiyəli saxlayırdıq. Çox su istəyib mələşəndə inəyin buynuzlarının arasından elə bir çomaq vururduq ki, bir həftə su yadına düşmürdü. Demək istəyirik ki, suyu özümüz üçün istəmirik. Biz bağçalarımızda qızıl gül yetişdirirk ki, sizin kimi alicənab icra başçılarının başına səpək. İndi suyun qıtlığından o qızıl güllər quruya bilər. Axı qızıl gül adam deyil, mal-heyvan deyil ki, başa salasan. Elə ləçəklərini büzüşdürüb su istəyir. Sulaya bilməsək, onlar tamam quruyacaqlar, onda gərək biz sizin başınıza gül yox, kül səpək.”

Salyanlıların suya ehtiyacı olmadığını Mansur İmanverdiyev adlı gözəl bir insan da təsdiq edir və deyir ki, Salyanda su qıtlığı yoxdur. 1

Mansur bəy (bəli, bəy! Bu insana bəylik yaraşır!) deyir ki, şəxsən özü qapı-qapı gəzib salyanlılara su paylayır. Gəlir, məsələn, bir qapıya, oxuyur:
-Şəngülüm, məngülüm, maygülüm, aç qapını mən gəlim!

İçəridən deyirlər ki, qoçaq, sən kimsən və bizim qapıda nə qayırırsan. Mansur bəy deyir ki, su gətirmişəm. İçəridən deyirlər ki, bəs biz maşın səsi eşitmədik, suyu nədə gətirmisən. Mansur bəy yenə oxuyur:

Şəngülüm, şınqılım, dombalım… Qarnımda su gətirmişəm…

Qapını açıb görürlər ki, bəyin qarnə doğrudan da o qədər böyükdür ki, Cındıra məhəllə tamam içsə, doyar hələ Zavoda da qalar. Suyu qarında daşımaq həm də benzinə qənaətdir.

Deməliyəm ki, Mürşüd bəyin qarnının şöhrəti prezidentimizə də çatıb və prezidentimiz onu “Şöhrət” ordeni ilə təltif edəcək.

Belə-belə işlər…

Allah salyanlıların bıçağını həmişə iti eləsin.

Yəni çörək bıçaqlarını. Ayrı şey ürəyinizə gəlməsin.

Çörəkləri, suları da bol olsun!

Mirzə ƏLİL

03.07. 2020, Samara

Обсуждение закрыто.