Daily Archives: 03.07.2020

MANSUR İMANVERDİYEV SALYANLILARA: «QARNIMDA SU GƏTİRMİŞƏM…»

Стандартный

3

Salyanlılar rayonun icra başçısı Sevindik Hətəmova müraciət ediblər. Müraciətdə deyilir:
“Hörmətli  cənab Hətəmov! Əziz Sevindik bəy! Son vaxtlar Kür quruduğundan bir balaca su qıtlığı yaranıb. Bilirik ki, bu qıtlığı yaradan işğalçı ermənilər və içimizdəki antimilli ünsürlərdir. Biz susuzluqdan qorxmuruq, biz salyanlılar qabaqlar özümüz heç su içməzdik, suyu ancaq səkçələrdə yoldan keçənə satardıq. Ayda bir dəfə içəndə, su bəs edirdi. Mal-heyvanı da tərbiyəli saxlayırdıq. Çox su istəyib mələşəndə inəyin buynuzlarının arasından elə bir çomaq vururduq ki, bir həftə su yadına düşmürdü. Demək istəyirik ki, suyu özümüz üçün istəmirik. Biz bağçalarımızda qızıl gül yetişdirirk ki, sizin kimi alicənab icra başçılarının başına səpək. İndi suyun qıtlığından o qızıl güllər quruya bilər. Axı qızıl gül adam deyil, mal-heyvan deyil ki, başa salasan. Elə ləçəklərini büzüşdürüb su istəyir. Sulaya bilməsək, onlar tamam quruyacaqlar, onda gərək biz sizin başınıza gül yox, kül səpək.”

Salyanlıların suya ehtiyacı olmadığını Mansur İmanverdiyev adlı gözəl bir insan da təsdiq edir və deyir ki, Salyanda su qıtlığı yoxdur. 1

Mansur bəy (bəli, bəy! Bu insana bəylik yaraşır!) deyir ki, şəxsən özü qapı-qapı gəzib salyanlılara su paylayır. Gəlir, məsələn, bir qapıya, oxuyur:
-Şəngülüm, məngülüm, maygülüm, aç qapını mən gəlim!

İçəridən deyirlər ki, qoçaq, sən kimsən və bizim qapıda nə qayırırsan. Mansur bəy deyir ki, su gətirmişəm. İçəridən deyirlər ki, bəs biz maşın səsi eşitmədik, suyu nədə gətirmisən. Mansur bəy yenə oxuyur:

Şəngülüm, şınqılım, dombalım… Qarnımda su gətirmişəm…

Qapını açıb görürlər ki, bəyin qarnə doğrudan da o qədər böyükdür ki, Cındıra məhəllə tamam içsə, doyar hələ Zavoda da qalar. Suyu qarında daşımaq həm də benzinə qənaətdir.

Deməliyəm ki, Mürşüd bəyin qarnının şöhrəti prezidentimizə də çatıb və prezidentimiz onu “Şöhrət” ordeni ilə təltif edəcək.

Belə-belə işlər…

Allah salyanlıların bıçağını həmişə iti eləsin.

Yəni çörək bıçaqlarını. Ayrı şey ürəyinizə gəlməsin.

Çörəkləri, suları da bol olsun!

Mirzə ƏLİL

03.07. 2020, Samara

SİYAVUŞ NOVRUZOV ANASININ QARNINDA İDMANLA MƏŞĞUL OLURMUŞ…

Стандартный

2

Sabit Rəhmanın “Toy” komediyasının qəhrəmanı Kərəmov idia edirdi ki, altı aylıq olanda atası ilə tarlada işləyirmiş.

Bu günün qəhrəmanı Siyavuş Novruzovun bioqrafiyasını yazanlar iddi edirlər ki, bu boynuyoğun deputat “10 yaşından professional idmanla məşğul olub”. Özü də bu cümlə Vikipediyanın bir məqaləsində iki dəfə təkrar olunur.

Oxuyan kimi istəyirsən deyəsən ki, yalançının lap…

Siyavuş Novruzov bir Allah qəzəbi ya da Azərbaycana üz vermiş təbii fəlakət kimi 1969-cu ildə doğulub. 1979-cu ildə 10 yaşı olub və hamı kimi SSRİdə yaşayıb. SSRİ də isə “professional idman” yox idi! Heç 1989-cu ildə də yox idi!

SSRİdə peofessional idman olsaydı da, 10 yaşlı Siyavuş Novruzov bu idmanla məşğul ola bilməzdi, çünki 10 yaşlı uşaqlar heç bir ölkədə professional idmanla məşğul olmurlar.

Və 10 yaşında professional idmana keçən uşaq gərək idman məşğələlərini anasının qarnında başlaya…

Yəni Siyavuş Novruzovun bu iddiası ağ yalandır. Həmçinin onun güləş üzrə  (hansı güləş?) SSRİ idman ustası olmağı da yalandır. Çünki bunun heç bir sübutu yoxdur. Axtarın İnternetdə Siyavuş Novruzov adlı güləş üzrə idman ustasının izi-tozu yoxdur.

Vikipediyada yazılan məqalədə iddia olunur ki, Siyavuş Novruzov Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Bu qayda ilə iddia etmək olar ki, Siyavuş Novruziv Teymurlənglə, Sultan Səlimlə, Napoleonla vuruşub və Kərəmovla birlikdə Nikolayı Culfa dəmir yolunacan qovub.

Harda vuruşub? Qarabağın harasında? Hansı kəndlərdə? Hansı ildən hansı iləcən?

Mən yüz faiz arxayınam ki, Siyavuş Novruzov Qarabağda bir gün də vuruşmayıb, hardasa altını qızdırıb, boynunu yoğunladıb. Bu adamın bioqrafiyası başdan ayağa yalandır və buna görə onun heç bir iddiası etibar doğura bilməz.

Vikipediyadakı məqalədə onun ingilis dilini bildiyi iddia olunur.

İngilisin daşı bu məqaləni qondaranların başına!

Əgər Siyavuş Novruzov ingiliscə öz yalançı bioqrafiyasının yarısını danışa bilsə, mən adımı dəyişib qoyaram Mirzə Təbil.

İddia edilir ki, 1990-95-ci illərdə Bakı universitetində oxuyub.

Bəs Qarabağda nə vaxt vuruşub? Akademik məzuniyyət götürüb? İmtahanlarını ermənilərə verirmiş?

Fəlsəfə doktorudur!

Gorunuz çatlasın, Sokrat, Platon, Kant, Şopenhauer!

Kant kimi filosofu olan alman xalqı Mersedes kimi avtomobil də yaradır.

Siyavuş Novruziv kimi filosofu olan xalqa Allahın verdiyi çay da quruyur!

 “Vətənə xidmətə görə” 1-ci dərəcəli orden alıb.

Kül millətin başına!

Təltiflərinin sayı 35-ə qədərdir.

Hətta veteranlar birliyi də ona medal verib. Bu medalın verilməyi məni ordendən də çox darıxdırdı.

Ay bu medalı Siyavuş Novruzova verən veteranlar, icazənizlə Mirzə Əlil sizin də başınıza kül qoyur!

Layiqsiniz…

Mirzə ƏLİL

03-07. 2020, Samara

ŞƏHİDLƏR: FƏRHAD ATAKİŞİYEV

Стандартный

Fərhad_Atakişiyev

3 iyul 1970-ci ildə  Kərkicahanda anadan olub. Ali məktəb tələbəsi idi. 1991-ci il dekabrın 28-də kəndin ermənilərlə bitişik sahəsində müdafiə mövqeyində mühasirəyə düşərək əsir götürülmüşdü. Fərhad gənc döyüşçü kimi həmişə müdafiədə qorxmadan dayanardı.
Əsir olduğu müddətdə ermənilər ona ağır işgəncələr verərək, “Kərkicahan da, Qarabağ da ermənilərindir”- ifadəsini təkrarlatmağa məcbur etsələr də, onun əzmini qıra bilməmişdilər. O, son nəfəsinə qədər Kərkicahanın da, Qarabağın da azərbaycanlıların olduğunu və heç zaman ermənilərin olmadığını demişdir.
1992-ci ilin yanvar ayında meyidi erməni əsiri ilə dəyişdirilmişdi. Meyid alınan zaman məlum olmuşdur ki, Fərhada ağır cismani cəza vermişlər. Subay idi.

http://www.xankendi.az/shehidlarimiz,457/lang,az/