Daily Archives: 02.07.2020

ƏLİ ƏHMƏDOV: DEPUTADO, CASADO… ESTAFADOR…

Стандартный

Əli_Əhmədov

Düzdür, mənim dediklərimə qulaq verən, yazdıqlarımı oxuyan çox azdır, ancaq bu azların da çoxu məni millət düşməni adlandırır. Mən incimirəm, ancaq əslində bəlkə də mən millətin düşməni deyiləm, millət mənim düşmənimdir…

Kim nə deyir, desin, ancaq mənim də öz fikrimi deməyə haqqım var.

İndi mən Ermənistan azərbaycanlılarından danışmaq istəyirəm. Bəziləri üçün azərbaycanlıların Ermənistandan köçürülməsi faciədir. Mən də belə fikirləşirəm. Ancaq nəzərdə ayrı şeyi tuturam. Yəni fikriləşirəm ki, Fəzail Ağamalı kimi bir azərbaycanlının Ermənistandan Azərbaycana gəlməyi faciədir. Xüsusən Salyan və Neftçala üçün, milli parlament üçün. Mən əminəm ki, hər hansı yad millətin nümayəndəsi, lap moltanı özü də Azərbaycan millətinə, xüsusən Salyan və Neftçala əhalisinə Fəzail Ağamalı qədər ziyan vura bilməzdi.

Və belə ermənistanlı azərbaycanlıları görəndə bu fikrə gəlirəm ki, ermənilər bizim tayfadaşlarımıza orda nəsə bir zad eləyiblər ki, sonra bizim  içərimizə salıb bizi yaman günə qoysunlar. Əlbəttə, ermənilər ordakı azərbaycanlıların hamısına zad eləməyiblər. Ancaq bir hissəsinə eləyiblər və həmin hissədən olan azərbaycanlılar indi Azərbaycanı elə hala salıblar ki, hətta Kür də quruyur.

Mən bu günə qədər Əli Əhmədovun kim , nəçi və haralı olduğunu bilmirdim. Təsadüfən bir saytda onun «açıqlaması»nı oxuyan kimi ürəyimə damdı ki, bu insan Ermənistanlıdır və buna da ermənilər nəsə bir zad eləyiblər. vikipediyaya baxdım – elə imiş. Xalis ermənistanlı. Özü də dərədən. Yəni Dərə kəndindən, hərçənd kəndin ermənicə adı Darakandır.

“Qatıqlama”nın adına baxın: «Milli şuranın nə millət, nə də xalq anlayışları ilə əlaqəsinin olmadığını uşaq da bilir»

Bunu baş nazirin müavimi deyir! Bu sayıqlamada arqument yoxdur, məna yoxdur, bu, balkondan balkona iki heyvərənin davasına bənzəyir. Əslində burda bir heyvərə var. O biri qonşu ziyalı və mədəni insan olduğundan davadan qaçır. Heyvərə isə səsinin gur yerinə salıb deyir ki, sənin arvadın belə, qızın belə…

Baş nazirin müavini! Partiya rəhbəri!

Anlayışla nə əlaqə? Hansı uşaq bilir?

Azərbaycanda hər uşaq başqa şeyi bilir. Uşaq bilir ki, hər icra başçısı oğrudur, rayona gələn kimi əlinə ticarət mərkəzi keçirir, bazar keşirir, balıq nohurları qazdırır, aylıq rüşvət yığır, illərlə əhalini minib çapır. Hamısı da YAP-ın üzvü. Hamısı da Əli Əhmədov kimi «Şöhrət» ordenli. Hərdənbir tutulanda da, türkün məsəli, girməkləri ilə çıxmaqları bir olur.

Hanı Cəmil Həsənlinin bazarı, ticarət mərkəzi, balıq nohurları?

Niyə sən Ermənistandan gəlib Azərbaycandı hampazorluq eləyirsən, muğanlı Əli Kərimli evindən qırağa çıxa bilmir? Bu ölkə sizə darakanlı atalarınızdan qalıb?

Sən niyə bu ölkənin əalisini, milləti heyvan sayırsan? Millətin əkini yanır, mal-qara susuzluqdan mələşir, uşaq-muşaq poxuna bələşir, sən də deyirsən ki. 130 ölkə əlahəzrət prezidenti dəstəkləyir. 130 ölkənin daşı sizin kimi rəhbərlərin başına! Utanmırsan?

İndi öz-özümə fikirləşirəm ki, bu ermənistanılının Azərbaycana nə xeyri var? Ət vermir, südü yoxdur, yumurtası yoxdur (toyuq yumurtasını nəzərdə tuturam). Bu adam Azərbaycan büdcəsinə ayda neçəyə başa gəlir? Hələ yəqin çoxlu biznesləri, qazanc yerləri var. Bundan sonra kim deyə bilər ki, bu insan erməni proyekti deyil? Belə ermənistanlıların millətə vurduğu ziyanı heç bir erməni topu, tankı vura bilməz…

Yaxşı deyiblər ki, hər yasın sonu kefdir. Ya da ayrı cür deyiblər. Azərbaycanlılarda adətən yasın ortasında kef başlayır… Nə isə, mən də acıqlı vaxtımda gördüm Əli Əhmədov haqqında Vikipediyada olan əqalənin ispancası da var. İspancaya tərcümə elətdirib!

A zalım oğlu, sən öz adınla Servantesin müqəddəs dilinə də ləkə gətirirsən!

Ancaq məqaləyə baxanda məni gülmək tutdu. Yəni Əli Əhmədov millət vəkili olmayıb, ispanca “deputado” olub. Əli Əhmədov azərbaycanca evlidir, ispanca “casado”…

Mən Vikipediya redaksiyasına müraciət edib Əli Əhmədov haqqında bir söz artırmalarını xahiş etdim:

“Estafador”…

Mirzə ƏLİL

02.07.2020, Samara