Monthly Archives: Июнь 2020

КОНСТАНТИНОПОЛЬСКИЙ ДОГОВОР 1724 ГОДА

Стандартный

1

КОНСТАНТИНОПОЛЬСКИЙ ДОГОВОР 1724 ГОДА — до­го­вор ме­ж­ду Рос­сий­ской и Ос­ман­ской им­пе­рия­ми о раз­гра­ни­че­нии российских и турецких вла­де­ний на Кав­ка­зе и в При­кас­пии.

Под­пи­сан 12(23) ию­ня в Кон­стан­ти­но­по­ле российским ре­зи­ден­том И.И. Не­плюе­вым и великим ви­зи­рем Да­ма­дом Иб­ра­ги­мом-па­шой при по­сред­ни­че­ст­ве французского по­сла мар­ки­за Ж.Л. д’Юссона де Бо­нака.

Пе­ре­ход к Рос­сии при­кас­пий­ских про­вин­ций Пер­сии (по Петербургскому до­го­во­ру 1723 года, за­клю­чён­но­му по­сле Пер­сидского похода 1722-1723 годов) обо­ст­рил русско-турецкие от­но­ше­ния.

Ос­ман­ская им­пе­рия ис­поль­зо­ва­ла не­ус­той­чи­вое по­ло­же­ние персидского ша­ха Тах­мас­па II, в конце 1723 — начала 1724 годов втор­глась в Восточную Гру­зию и Восточную Ар­ме­нию и ста­ла уг­ро­жать вой­ной Рос­сии.

Константинопольский договор уре­гу­ли­ро­вал русско-турецкие от­но­ше­ния. Он со­сто­ял из всту­п­ле­ния, 6 ста­тей и за­клю­че­ния. По Константинопольский договор Тур­ция со­хра­ня­ла за­ня­тые ею восточной об­лас­ти Гру­зии и Ар­ме­нии, Теб­риз­ское, Каз­вин­ское и Ше­ма­хин­ское хан­ст­ва (без пра­ва вво­да в Ше­ма­ху сво­их войск и строи­тель­ст­ва ук­ре­п­ле­ний в ней, ис­клю­чая си­туа­цию вос­ста­ния), Рос­сия — го­ро­да и про­вин­ции, по­лу­чен­ные по Пе­тер­бург­ско­му до­го­во­ру 1723 года.

Ос­таль­ные рай­оны Пер­сии ос­та­ва­лись под вла­стью ша­ха Тах­мас­па II, при­зна­вае­мо­го Рос­си­ей и Тур­ци­ей не­за­ви­си­мым и за­кон­ным го­су­да­рем в слу­чае его со­гла­сия на тер­ри­то­ри­аль­ные ус­туп­ки, пре­ду­смот­рен­ные Константинопольским договорм При­кас­пий­ские про­вин­ции Рос­сия вер­ну­ла Пер­сии по Решт­ско­му трак­та­ту 1732 года.

SALUR QAZAN AYDIR: LAZIM GƏLƏNDƏ GEDƏRƏM…

Стандартный

1

Bu yaxınlarda Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti üçün fövqəladə hadisə baş verdi: “Kitabi-Dədə Qorqud” dastanının indiyəcən məlum olmayan üçüncü nüsxəsi Monte Karlo şəhərindən tapıldı. Maraqlıdır ki, bu nüsxədəki qollar məzmunca  Drezden və Vatikan nüsxələrindən xeyli fərqlənir.Bu fərq xüsusən “Salur Qazanın evi yağmalandığı boyu bəyan edər “qounda xüsusən aydın görünür.

Monte Karlo nüsxəsində bu boy Qazan xanın kef məclisinin təsvuriylə başlayır. Xan bir həftə dalbadal başının dəstəsiylə o qədər içir ki, axırda başını dəm ağrısı tutur. Yeri gəlmişkən, bu qolu diqqətlə oxuyanda görürsən ki, Qazan xan alkoqolik, yəni içki düşgünü olub. Bəli, Salur Qazan görür ki, başı çatlayır, dəmini dağıtmaq üçün qərara alır ki, ova çıxsın. Qazan xanın ova çıxmağını casuslar kafir Şöklü Məliyə xəbər verirlər, Şöklü Məklik də qoşunuyla gəlib Qazan xanın evini yağmalayır, adamlarını, o cümlədən qarı anasını və arvadı Boyu uzun Burla xatunu əsir aparır.

Qaraca çobanın da Şöklü Məliyin adamlarını sapandıyla qırmağı elə Drezden və Vatikan boylarındakı kimidir. Fərq Qazan xanın qayıtmağından sonra başlayır. Qaraca çoban baş verənləri Salur Qazana danışır və deyir ki, ağam Qazan, durma, gedək, sən ananı, arvad-uşağını Şöklü Məlikdən al, mən də qardaşımın qanını alım.

Salur Qazan deyir ki, yol məni yorub, qarnım da acdır, bir toğlu kəs, bişir yeyim, sonra gedərik. Salur Qazan toğlunu yeyir, yenə bir tuluuq şərab vurur, yıxılır böyrü üstə. Qaraca Çobanı ağlaya-ağlaya deyir ki, ağam Qazan, getmək vaxtıdır, yatmaq vaxtı deyil. Salur Qazan deyi ki, yixusuz mən ata minə bilmərəm, yolda yuxu tutar, atdan yıxılaram. Yuxumu alım, sonra gedərik. Bu yatmaqla üç gün, üç gecə yatır. Ayılan kimi yenə Qaraca Çobandan quzu kababı istəyir. Qaraca Çoban deyir ki, ağam Qazan, axı sən getməsən, Şöklü Məlik Boyu uzun Burla xatunu zad eləyər, şey eləyər. Salur Qazan deyir ki, axmaq-axmaq danışma, sən çobanlığınla mənə qeyrət-namus öyrədəcəksən? Zad eləyəndə eləyəcək də, ind mən nə qayırım? Mən Napoleonam? Mən Kutuzovam? Mən Zakir Həsənovam? Mən onlar kimi sərkərdə olsaydım, elə indicə durub gedərdim. Mən onlar kimi sərkərdə deyiləm, ona görə gərək lazımı gözləyəm.  Lazım gələndə durub gedərəm. Hələ lazım gəlməyib.

Qaraca Çoban soruşur ki, ağam Qazan, o lazım nədir, kimdir? Salur Qazan deyir ki, sən yemək işinə bax, lazım gələndə özün görəcəksən…

Bu əhvalatdan xəbər tutan adlı-sanlı oğuz bəyləri gəlib Salur qazana yalvar-yaxar eləyirlər ki, düşsün qabağa, getsinlər kafir Şöklü Məliklə haqq-hesab çəksinlər. Salur Qazan bəylərə də deyir ki, gedərik, ancaq lazım gələndə. Bəylərin ağzını yummaq üçün hər birinə orden verir, general rütbəsi verir, qızıl alaçıq verir. Təzədən bir neçə boynu uzun qız alır, Burla Xatun yaddan çıxır. Əvvəlcə Dədəm Qorqud orda-burda Salur Qazandan tənqidi danışır, ancaq xalq artisiti adı və xan təqaüdü veriləndən xalq arasında təbliğat aparır ki ən yaxşı, ən müdrik qərar – lazımı gözləməkdir…

Gedimlü-gəlimlü dünya,
Həmişə lazımlu dünya…

Mirzə ƏLİL

22.06. 2020, Monte-Karlo — Samara

FƏZAİL AĞAMALI İDDİA EDİR Kİ, İLHAM ƏLİYEV AZƏRBAYCANI DAĞIDIR…

Стандартный

Fəzail_Ağamalı

Dünən millət vəkili Fəzail Ağamalının bir məqaləsini oxumuşam, indiyəcən havası başımdan getmir. Nə gizlədim, məqalənin hər sətrindən bir vaxtlar Salyanın xəlvət dalanlarından və ya elə şəhərin lap ortasındakı bağda ağacların altından qalxıb nazlana-nazlana ətrafa yayılan anaşa iyu gəlirdi. Məqalənin lap başlanğıcından mənə elə gəldi ki, bu şoğəribi yazanda Fəazil Ağlamalı dərin kayfda olub və yəqin hər abzası yazanda dayanıb salyanlılar kimi ö-özünə deyirmiş: “Ala, mən uydum ki…”

Özünüz baxın. “Ölkə prezidenti Azərbaycanı yeniləməkdə və demontaj etməkdədir”.

Yeniləməyə etiraz yoxdur. Ancaq necə yəni «demontaj? “Demontaj” söküb-dağıtmaqtır. Yerli-dibli sökmək. İlham Əliyev atası ulu öndərdən qurulu aldığı ölkəni necə söküb-dağıdar? Sonrakı cümlə ilə Fəzail Ağamalı özü sübut edir ki, yazanda narkotik keflənmə vəziyyətində olub. “Ulu öndərimizin sarsılmaz təməllər üzərində qurduğu dövlətimiz…”

Belə çıxır ki, “sarsılmaz təməllər üzərində qurulan dövləti” İlham Əliyev təməli qarışıq dağıdır?

Sonrakı abzas bir cümlədən ibarətdir, ancaq bu cümlədə 76 (yetmiş altı!) söz var! Bu qədər sözü bir cümlədə ancaq rus yazıçısı Lev Tolstoy və amerikan yazıçı Uilyam Folkner işlədib. Ancaq Tolstoyun və Folknerin cümlələrini diqqətlə oxuyanda nə dediklərini başa düşmək mümkündürsə, Fəzail Ağamalının nə dediyini anlamaq qətiyyən mümkün deyil. Azərbaycan dilini məndən yaxşı bilən bir nəfər mənə dedi ki, millət vəkili demək istəyir ki, İlham Əliyev Azərbaycanı demontaj etsə də, yəni dağıtsa da, yaxşı oğlandır…

Sonra narkotik kefliliyi daha da güclənən Fəzail Ağlamalı yazır ki, 2005-ci ildə F. Əliyev, Ə. İnsanov və R. Quliyev İlham Əliyevdən qabaq Azərbaycanı demontaj eləmək istəyirlərmiş, ancaq xalq buna yol verməyib, deyib ki, biz demontaj olmağa hazırıq, ancaq qoy bunu İlham Əliyev eləsin, İlham Əliyev bizim başımıza nə pislik gətirsə, incimərik.

Bu yerdə Fəzail Ağlamalı otlu soqaretdən daha bir neçə qullab vurub keçir “boz kardinala”. Düzü, öz ağlımla bu boz kardinalın kim olduğunu başa düşmədim. Azərbaycana zəng elədim, dedilər yəqin bu, Ramiz Mehdiyevdir. Yenə çaş-baş qaldım. Fikirləşdim ki,  Ramiz Mehdiyev yəqin müsəlmanlıqdan çıxıb, keçib katolik dininə. Roma papası da ona kardinal rütbəsi verib. Əlbəttə, birdən-birə kardinal rütbəsi almaq çətindir. Ancaq Ramiz Mehdiyevin pulu çoxdur, yəqin pul basıb Vatikana. Nə gizlədək, Azərbaycan hökuməti Vatikanı da rüşvətə öyrətdi…

Sonra Fazil Ağlamalı 5-ci kalondan yazır. Buni heç başa düşmədim. Kolon bağırsaq sözünə oxşayır. «5-ci» də yəqin 5-ci nöqtə deməkdir… Yəni Ağlamalı demək istəyir ki, Ramiz Mehdiyev həm katolik olub, eyni zamanda da gey? Bəlkə çoxdan gey imiş?

Lənət şeytana… Arvad-uşaq bu Fəzail Ağlamalının yazdığını oxusa, biabır olarıq…

Nə başınızı ağrıdım, axıracan oxumağa hövsələm çatmadı. Mən belə başa düşdüm ki, Ramiz Mehdiyev həm həm katolikdir, həm geydir, həm korrupsionerdir, həm də separatçıdır, Bakını Azərbaycandan ayırıb ya Vatikana, ya da Las Veqasa birləşdirmək istəyir. Onun əməllərinin qarşısını Dövlət Təhlükəsizliyinin “qara masqalı, ağ niyyətli” əməkdaşları alırlar.

Yeri gəmişkən, məqalənin belə lirik yerlərinə artıq Kəmaləddin Heydərov mahnı yazır. Fəzail Ağamalının daha bir lirik cümləsinə (“Heydər Əliyev ideyalarına sədaqət nümunəsi göstərən, son dərəcə ağıllı, vətənpərvər, bütün ruhu ilə milli, həm də mərhəmətli Mehriban xanım») yazılmış mahnı artıq hazırdır və tezliklə Zeynəb Xanlarova ifa edəcək…

Fəzail Ağlamalı haqqında salyanlılar qəribə sözlər danışırlar. Guya bir dəfə onun şərəfinə verilən ziyafətdə ona siqaret uzadırlar ki, Fəzail bəy, alın, bu, Salyan siqaretidir. Fəzali soruşar ki, Salyan siqaret istehsal edir? Deyiblər ki, hə, balaca fabrik açmışıq, yüksək keyfiyyətli siqaret buraxırıq hörmətli adamlar üçün – hakimlərə, prokurorlara, nazirlərə millət vəkillərinə pay veririk. Fəzail soruşub ki, tütünü özünüz becəriursiniz? Deyibər ki, yox, istəmirik arvad-uşaq əziyyət çəksin, tütünü Kolumbiyadn gətirdirik…

O gündən, deyilənlərə görə, salynalılar aybaay Fəzail Ağlamalının siqaret payını göndərirlər. Yanına da Salyan kürüsü qoyurlar… Deyirlər ki, kürü ilə Salyan siqareti yaxşı yapışır…Şayiə yayılıb ki, millət vəkillərinin yarıdan çoxu o siqaretdən çəkir…

Bunu yazandan sonra Fəzailin məqaləsini bir də oxumaq istədim, fərasətim çatmadı. Güzgü qabağında durub başıma ikiəlli qapaz vurub ağladım…

Ah, vətən…Sən nə gündəsən… Səni kim bu günə qoydu…

Mirzə ƏLİL

19. 06. 2020, Samara

https://qafqazinfo.az/news/detail/hikkesinden-el-cekmeyen-agsaqqal-yasa-dolduqca-daha-da-aqressivlesir-290442

1

AZƏRBAYCANDA ƏSİL AZƏRBAYCANLI BİR MİLYON OLA YA OLMAYA…

Стандартный

1

Möhtərəm prezidenti möhtərəm İlham Əliyev deyib ki, Azərbaycan dünyanın 29 ölkəsinə pandemiya ilə bağlı yardım göstərib. Bunu eşidib böyük qürur hissi duydum,  çox sevindim və hətta ürəyimdən keçdi ki, kaş mən də o 29 ölkədən birində yaşayaydım, onda mənə də o yardımdan düşərdi…

Ancaq antimilli ünsürlər hay-küy salıblar ki, Azərbaycan o yardımı niyə öz vətəndaşlarına göstərmir? Niyə o yardımı aylarla Dağıstanda həbs düşərgəsi həyatı yaşayan azərbaycanlılar almırlar və niyə onlar öz vətənlərinə buraxılmırlar.

Möhtərəm przident isə ürəyinin yumşaqlığından və toleratntlığından qayıdıb demir ki, elə hər Azərbaycanda yaşayanı ya Azərbaycan pasportu olanı azərbaycanlı saymaq olmaz. Prezident demir, ancaq Mirzə Əlil prezidentə dərin sevgisindən onun fikirlərini uzaqdan-uzağa oxuyur və onunla tamamilə razıdır. Yoxlamamış hardan biləsən ki, Dağıstanda həbs düşərgəsinə qatılanlar nə yuvanın quşudurlar?

Özünüz baxın.

“Meydan” adlı antimilli bir televiziyanın Feysbuk səhifəsinə 561 min adam “layk” qoyub. Yəni ki, yarım milyondan çox azərbaycanlı “Meydan”ın antimilli fəaliyyətini bəyənir və dəstəkləyir. Bu adamları əsil azərbaycanlı saymaq olarmı?

Yox, olnaz! 561 min adamı çıxırıq azərbaycanlıların siyahısından!

Antimilli, fikri-zikri Azərbaycanda siyasi və iqtisadi sabitliyi pozmaq olan “Azalıq” radiosunun səhifəsinə 491 mim “layk” qoyulub. Bu layk qoyanları da çıxdaş edirik.

Yarım milyon da belə getdi.

BBC-nin səhifəsinə 335 min layk. Yəni 335 mini də yazırıq qara siyahıya.

“Azadlıq” qəzetini 263 min bəyənir. Rus demişkən, vot, urodı!

Əli Kərimin səhifəsini 229 min adam bəyənir. Yəni 229 min insan Əli Kərimə qoşulub sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək və Azərbaycanın sərvətlərini talamaq, Londonda, Dubayda əmlak almaq istəyir.

İstəkləri ürəklərində qalsın!

229 min də belə getdi!

Hələ mən YouTube-dakı laykları saymamışam.

Və bütün bu laykları izləsən, görərsən ki, Azərbaycanda əsil azərbaycanlıların sayı bir milyondan çox olmaz. Yəni mən götürürəm yapçıları, gənc yapçıları, yapçı trolları, millət vəkillərini, icra başçılarını, prokurorları, polisləri və s. Onların sayı bir milyonu aşmaz.

Ancaq Azərbaycanda ən saf, ən təmiz vətəndaşlar Bakıda yaşayan ermənilərdir. Çünki onlar heç vaxt gedib “Azadlıq” radiosuna ya Meydan TV-yə layk qoymazlar.

Yalan təvazö nəyə gərək, Mirzə Əlil də özünü əsil azərbaycanlı sayır. Çünki heç vaxt heç bir antimilli mətbu orqanına ya antimilli ünsürün səhifəsinə “layk” qoymaz. Düzdür, mənə şər atanlar var ki, guya qoyuram. Qoyanın da, yalançının da…

Ona görə Azərbaycan prezidentindən şəxsi yardım almağa tam haqqım var.

Bir də istərdim ki, prezident mənə əməkdar artist adı versin. Ölürəm addan ötrü. Mənə deyirlər ki, ay Mirzə, axı sən artist deyilsən, sənə prezident bu adı necə versin. Mən də deyirəm ki, Ramiz Mehdiyev də alim deyil, ancaq prezident onu qoyub akademiyanın prezidenti. Məhərrəm Əliyev hərbçi deyil, prezident onu qoyub baş hərbi müşavir. İndi mənə niyə əməkdar artist adı verməsin.

Verməsə, bəlkə mən də gedib qoşuldum antimilli ünsürlərə…

18.06. 2020, Samara

ŞƏHİDLƏR: BİLƏSUVARLI ŞAİQ KƏLBİYEV

Стандартный

KƏLBİYEV ŞAİQ

Şaiq Kəlbiyev (18 iyun 1971Aşağı CürəliPuşkin rayonu – 12 iyun 1993MərziliAğdam rayonu) — «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmiş döyüşçü, Qarabağ müharibəsi şəhidi.

Şaiq Kəlbiyev 1971-ci ilin iyunun 18-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olmuşdur. 1977-ci ildə Aşağı Cürəli kənd orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1984-cü ilə həmin orta məktəbi bitirdikdən sonra Şaiq 146 saylı peşə məktəbində təhsilini davam etdirmişdir.

2 il Belarusanın paytaxtı Minsk şəhərində tank alayında hərbi xidmətdə olan Şaiq Biləsuvara qayıdaraq burada sürücülük peşəsi ilə təhsil alıb. Sürücülük təhsilini başa vuran Şaiq 1992-ci ilin oktyabrında Azərbaycan ordusunda xidmətə başlayıb. Şaiq Kəlbiyev 1993-cü ilin yanvarından motoatıcı taborda xidmətini davam etdirir. Şaiq Kəlbiyevin rus ordusu çəkiləndə yararsız hala saldığı bəzi texnikaların bir mütəxəssis kimi döyüş vəziyyətinə gətirilməsində böyük rolu olmuşdur. Read the rest of this entry

СОБОЛЕЗНОВАНИЯ АЗИЗУ АЛИЕВУ

Стандартный

AZİZ

У нашего хорошего товарища, человека отзывчивого и доброжелательного Азиза Алиева большое горе: ушла из жизни мама, Зарханум Асан гызы. Все, кто близко знаком с Азизом, знают, как он любил свою мать, как о ней заботился и готов был в любую минуту оставить все свои дела в Самаре и отправиться в Телави, откуда он родом и где жила покойная.

Самарские азербайджанцы выражают глубокие соболезнования Азизу Алиеву в связи с тяжелой утратой.

Allah rəhmət eləsin!

PREZİDENT NİYƏ QARABAĞI ALMIR? SALYANIN NOXUDLU KƏNDİ QOYMUR!

Стандартный

1

İndi hər yerindən duran deyir ki, İlham Əliyev Qarabağı niyə almır və lazım haçan gələcək. Əlahəzrət prezident Qarabağı çoxdan alardı, bəlkə Yerevanı da alardı, ancaq camaat qoymur, əhali qoymur!

Məsələn, bu günlərdə əlahəzrət prezident səhər tezdən maskasını geyib gəlib işə. Müdafiə nazirinə zəng vurub əmr vermək istəyir ki, Zakir, lazım gəlib, qoşunu yığ, get Qarabağı al. Elə ayfonla Zakir Həsənovun nömrəsini axtaranda katibə iki qalın qovluğu qoyur, türkün məsəli, əlahəzrətin qabağına. Prezident ayfonu stolun üstünə qoyub soruşur:

— Bunlar nə qovluqdur?

— Cənab prezident, bu qovluqlarda Salyanın Noxudlu kəndindən gələn xahiş ərizələri yığılıb. Yol istəyirlər.

— Bəs niyə iki qovluq?

— Cənab prezident, Salyanda iki Noxudlu var. Aşağı Noxudlu və Yuxarı Noxudlu.

— Noxudlu… Məzəli addır… Yəqin sakinlər kəndlərinə ad seçəndə kayflı olublar… Yaxşı ki, xaşxaşlı qoymayıblar… Aç o seyfi, pulları çıxar, sayaq…

Prezident günortayacan pulları sayır, beş milyon altı yüz min ayırır Noxudluya. Katibə soruşur:

-Cənab prezident, çox deyil?

— İndi çoxdur. Oğurlananda bir şey qalmayacaq…

Beləcə Qarabağ məsələsinin həlli Noxudlu yoluna görə salınır təxirə…

Sonra da prezidenti qınayırlar…

Bu Noxudlululara deyəsən ki, niyə prezidentin fikrini yayındırırsınız? Niyə siz yollarınızı özünüz çəkmirsiniz? Hanı sizin bələdiyyəniz, hanı sizin büdcəniz? Hanı ölkə parlamentində deputatınız? Hanı Salyanın qanunvericilik orqanında nümayəndəniz? Niyə öz-özünüzü  idarə edə bilmirsiniz ki, kəndlərinizin yolunu da prezident çəkir? Evinizi idarə edirsiniz? Təsərrüfatınızı idarə edirsiniz? Bəs kəndinizi niyə idarə edə bilmirsiziz? Bəs niyə rayonunuzu idarə edə bilmirsiniz? Niyə belə aciz mə maymaqsıınız? Az qalıb ki, burnunuzun fırtığını da ölkə rəhbərinə sildirəsiniz. Ölkə rəhbəri vacib işlər görməlidir! İslahat keçirməlidir. Qaranbağ məsələsini həll eləməlidir. Qoymursunuz!

Və niyə salyanlılar illərlə sisyanlı Fəzail Ağamalını Milli məclisə deputat seçirlər? Mən bu sualıı bir dəfə bir salyanlıya üzbəüz verdim. Dedi ay Mirzə, biz onu seçmirik, seçən seçir. Dedim onda götünə bir təpik vurun getsin Sisyana. Dedi ki, bu Fəzailin üzünü görürürk ki, götünə də təpik vura bilək…

Yəni mən Fəzail Ağamalınn qəlbinə dəymək istəmirəm. Deməyim odur ki, camaat öz yolunu özü çəksə, özü özünü idarə eləsə, prezident də öz vəzifə borcunu yerinə yetirər. Yəni, heç olmasa Cəbrayılı ya Zəngilanı ermənidən alıb qaytarar oranın camaatına…

Mirzə ƏLİL

16. 06. 2020, Samara

ГРАЖДАНЕ ЗАГНАНЫ В КОНЦЛАГЕРЬ, А ГОСУДАРСТВЕННЫЕ СМИ ПРОДОЛЖАЮТ ПРОИЗВОДИТЬ АГИТАЦИОННОЕ ГОВНО…

Стандартный

Азербайджанские СМИ правильнее было бы назвать корпорацией по производству агитационно-пропагандистского говна. Этой продукции в Азербайджане ежедневно выдают на гора тоннами и все это добро щедро оплачивается из государственного казна, то есть за счет народа.

Вчера на азербайджанско-российской границе произошло чрезвычайно важное событие: доведенные до отчаяния тем, что их не пускают на родину и долгое время вынуждены жить в скотских условиях, азербайджанцы устроили стихийную акцию, вмешалась полиция, началась стрельба…

За ночь видео, выложенное дагестанским журналистом Русланов Курбановым, посмотрели более двадцати тысяч пользователей. В соцсетях проклинают азербайджанские власти. Только в государственных СМИ Азербайджана полное молчание. Сообщив об оставленном кем-то в Швейцарии трех килограммах золота и о ухудшении ситуации в Армении, государственные СМИ погрузились в глубокий сон, тем более, что они долго и бурно отмечали «день спасения»…

А стахановец по производству пропагандонского говна Эйнулла Фатуллаев сообщает, что там «ситуация нормализовалась»…

Просто слов нет! Действительно нет аналогии… азербайджанской власти. Не каждая власть сумеет загнать собственных граждан в концлагерь на глазах всего мира, у которого после всего этого не может быть капли уважения тем, кто так нагло издевается над собственными гражданами….

 Мирза АЛИЛ

16.06.2020, Самара

 

ŞƏHİDLƏR: XAÇMAZLI AYAZ MUSTAFAYEV

Стандартный

Mustafayev_Ayaz_Mustafa_oğlu

Şəhid Mustafayev Ayaz Mustafa oğlu (15.06.1972-23.09.1992) — 1972-ci il iyun ayının 15-də Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini Belorusiyada başa vurub vətənə gəldikdən sonra Dağlıq Qarabağ uğrunda gedən döyüşlərə könüllü olaraq yola düşür.

1992-ci ilin avqust ayından başlayaraq Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 820 saylı Göytəpə (Prişip) alayı tərkibində Xocavənd rayonunun Əmirallar kəndi üzərindəki “Şişqaya” yüksəkliyi istiqamətində kəşfiyyat xarakterli döyüşlərdə iştirak etmiş, 839 və 848 saylı batalyonların tərkibində döyüşlərdə iştirak etmişdir.Ayaz Mustafayev BM-21 tipli QRAD (9K51) reaktiv yaylım atəş sistemini idarə edən cəsur döyüşçü idi.

1992-ci il sentyabr ayının 23-də səhər saat təxminən 10-da Xocavənd batalyonunun bir bölüyü tərkibində Martuni səhərinin azadolunması üçün Kuropatkin istiqamətindən Muğanlı kəndinə gələrkən erməni silahlılarının qəfil hüçumu nəticəsində baş verən döyüşdə şəhid olmuşdur.

Ayaz Mustafa oğlu Mustafayev Həsənqala kəndinin ilk şəhidi olduğundan təhsil aldığı orta məktəbdə büstü ucaldılmış və məktəbə onun adı verilmişdir.

vikipediya

MİRZƏ ƏLİLƏ    DÖRD-BEŞ AZƏRBAYCAN ƏSGƏRİ VERİN!

Стандартный

1

Eşidəndə  Azərbaycanın 75 hərbi qulluqçusu iyunun 24-də keçiriləcək hərbi paradda iştirak etmək üçün Moskvaya yola düşüb, ürəyim bir təhər oldu, bilmirəm təzyiqim qalxdı, ya düşdü. Heç ölçüb dərman da atmadım, dedim qoy bu təzyiq məni öldrsün, bu nə yaşamaq oldu…

Deyirəm nə olaydı, İlham Əliyev o hərbi qulluqçulardan beşini verəydi mənə!

Məni neçə ildir danlayırlar ki, Mirzə Əlil niyə Rusiyada piket keçirmir. Niyə Xocalı faciəsi günü durmur Samara qubernatorunun oturduğu dam-daşın qabağıNda? Mənə o qədər tənələr gəlir ki… Millət vəkillərinin kişiləri, rus demişkən, şalvarlarından çıxırlar, arvad vƏkillər isə…

Yox deməyəcəyəm arvad vəkillər nə oyun çıxarırlar. Hamısı da ona görə ki, Mirzə Əlil Rusiyada piket keçirmir.

Tamamilə düzdür, keçirmirəm. Çünki istəmirəm məni aparıb salsınlar dəlixanaya!

Deyək ki, mən getdim durdum Samarada Ağ evin qabağında, əlimdə də plakat. Qubetrnator Azarov da məni pəncərədən görüb üç-dörd nəfər çekisti göndərdi üstümə. Gəlib soruşacaqlar ki, a kişi, niyə burda durmusan. Mən də deyəcəyəm ki, mən ermənilərin Xocalıda törətdikləri vəhşiliklərə etirazımı bildirirəm. Rus çekistlər də deyəcəklər ki, mujik, bura Ermənistan deyil, bura Rusiyadır, etirazını get ermənilərə bildir. Mən yenə öz dedidiyimdə duranda çekistlər dəlixana maşını çağırıb məni göndərəcəklər dəlixanaya.

Mən dəlixanaya getmək istəmirəm…

Rusların nəyini qınayasan? Rusiyada yaşayan azərbaycanlı ermənilərə etirazını ən azı gərək Moskvada Ermənisrtan səfirliyinin qabağında bildirə. Bu da mən Mirzə Cəlil üçün çətindir. Birincisi, Moskvaya getməyə pulum yoxdur. İkincisi, mən erməni səfirliyinin qabağında plakat qaldıran kimi dörb-beş zırpı erməni gəlib mənim qol-qabırğamı sındıracaq. Rusiyadakı ermənilər hamısı əzələdən möhkəmdirlər, çünki bizimkilər kimi qışda yolka, yayda qarpız satmırlar, hamısı asfalt basır…

Ona görə mənə əsgər lazımdır. Çox yox, dörd-beş əsgər. Özü də kordebalet artisti kimi paradda təpik döyənlərdən yox. Əsil əsgər! Onda asfaltbasan ermənilər mənə yaxın gələ bilməzlər.

O ki qaldı parada… Rusiya Azərbaycanın ən yaxın və ən böyük qonşusudur. Mehriban və hörmətli dolanmaq lazımdır. Ancaq biz nə gündəyik ki, Putin paradında iştirak edək? Ermənilər Şuşada parad keçirir, biz isə Qızıl meydanda rusların götünə düşüb təpik döyürük…

Kül Mirzə Əlilin başına!

Qoy Azərbaycan əsgərləri mənim Ərəbqardaşbəyli kəndimə gəlib müharibədə həlak olanların, arxada acından qırılanların xatirəsini yad eləsinlər. Təpik döyməkə yox, sükutla, baş endirməklə! Qoy Azərbaycan əsgərləri mənim uzaq qohumlarım və yaxın qonşularım olmuş Mustafa və Əsəd Məmmədov qardaşlarının xatirəsini yad eləsinlər…

Azərbaycan əsgərinə Qızıl meydanda rusun götündə getmək ayıbdır!

Mirzə Əlilə dörd-beş əsgər verin, Mirzə Əlil piket keçirməsə, adını dəyişib qoyar Mirzə Zəili!

 

Mirzə ƏLİL

14.06. 2020, Samara