M.F. AXUNDOV. SƏRGÜZƏŞTİ-VƏZİRİ-XANİ-LƏNKƏRAN (fraqment)

Стандартный

1

ÜÇÜMCÜ MƏCLIS

Üçümcü məclis Lənkəran xanının divanxanasında, dərya kənarında vaqe olur.
Xan taların sədrində, taxt üstündə oturubdur; hüzurunda durubdur Səlim bəy eşik
ağası, əlində çomaq və hər iki tərəfdən Lənkəran bəylərindən neçələri səf çəkiblər,
qapının ağzında fərraşbaşı Səməd bəy və pişxidmətbaşı Əziz ağa və bir-iki cavan pişxidmət
qaimdir və taların altında ərizəçilər, yanlarında naibi-eşik ağası Qədir bəy
müntəzirdirlər. Fərraşlar da taların aşağısında, qapının dalısında oturublar.

Xa n . Bu gün çox xoş havadır; divandan sonra istirəm dərya üzündə
bir az seyr edəm, könlüm açıla. Əziz ağa, buyur gəmiçilərə ki,
dərya kənarında lötgə hazır etsinlər!
Əz i z a ğ a . Baş üstə.
Çölə çıxır.
Xa n . Səlim bəy, denən ərizəçiləri qabağa gətirsinlər.
E ş i k a ğ a s ı (talardan). Qədir bəy, ərizəçiləri növbət ilə qabağa
gətir.
Qədir bəy iki ərizəçini qabağa gətirir, ərizəçilər ikiqat olurlar.
Ə r i z ə ç i l ə r d ə n b i r i s i . Xan, başına dönüm, ərzim var!
Xa n . Kişi, de görüm, ərzin nədir?
Ə v v ə l i m c i ə r i z ə ç i . Xan, başına dönüm, bu gün atımı çaya
suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. Bu kişi qabaqdan
gəlirdi; çağırdım, a kişi, allah xatiri üçün bu atı qaytar. Əyilib yerdən
bir daş götürüb ata sarı tulladı, daş atın sağ gözünə dəyib töküldü.
Indi at məsrəfdən çıxıbdır; diyəsini istirəm,vermir; mənim ilə cəngü
cədəl edir.
Xan (ikinci ərizəçiyə). A kişi, belədir?
I k i m c i ə r i z ə ç i . Başına dönüm, belədir, amma mən qəsdən daş
atmamışam.
Xa n . Pərpuc danışma; qəsd olmasa necə daşı götürüb atmaq olar.
Sənin də atın varmı?
I k i m c i ə r i z ə ç i . Vardır başına dönüm.
Xan (əvvəlinci ərizəçiyə). A kişi, sən də get, vur bunun atın bir
gözün çıxart! “Əssinə bissinin, vəl eynə bil-eyni, vəl-cürufə qisas”.4
Bu şübhəli iş deyil, Səməd bəy, fərraşlardan birini qoş getsin, buları
haqlaşdırsın!

Səməd bəy baş vurub aşağı enir, bir fərraş qoşub ərizəçiləri yola salır, qayıdır.

Xa n . Səlim bəy, de ki, o biri ərizəçilər irəli gəlsinlər; tez olun, bu
gün seyrə çıxacağam!
S ə l i m b ə y . Qədir bəy, o birilərini irəli gətir!

Qədir bəy genə iki nəfər ərizəçini irəli gətirir.

Xa n . Ax, xanlıq, səndən əzab dünyada nə var! Hər kəs ancaq öz
əhli-əyalının qəmin çəkir, mən gərək min-min adamın qəmin çəkəm,
dərdinə yetişəm. Əvvəl xanlığımdan bu günə qədər heç bir gün qapımdan
ərizəçiləri rədd etməmişəm!
Səlim bəy. Bu qədər xalqın duası sizin əcrinizdir. Həqiqətdə
bu qədər xalq sizə əyal hesab olunur. Bu, Lənkəran vilayətinin abadlığı
sizin ədalətinizin bərəkətindədir.

Ərizəçilər baş əyir.

Əvvəlimci ə r i z ə ç i . Xan, başına dönüm, mənim qardaşım
naxoş idi. Dedilər ki, bu kişi həkimdir. Getdim, üç tümən pul buna
verib qardaşımın üstünə gətirdim. Bu ümid ki, qardaşımı sağaldacaqdır.
Gələn kimi qardaşımdan qan aldı, Qanı kəsilən kimi qardaşım
canın tapşırdı. Indi deyirəm, kişi, barı pulumu özümə qaytar. Pulumu
vermədiyi yetməz, hələ deyir ki, qan almasaydı dəxi pis olacaqdı; hələ
genə məndən iddiası var. Dadıma yetiş, başına dönüm!
Xan (ikimci ərizəçiyə). Cənab həkim, necə qan almasaydın dəxi
pis olacaqdı?
I k i m c i ə r i z ə ç i . Xan, başına dönüm, bunun qardaşı möhlik istisqa
mərəzinə mübtəla idi. Əgər qan almasaydım, altı aydan sonra
bişək və şübhə öləcək idi; qan almaqla bu kişinin altı ay ona bica xərc
və zəhmət çəkməkdən xilas etmişəm.
Xa n . Cənab həkim, bəs sənin hesabına görə gərək bu kişi genə
sənə artıq zad bağışlasın?
I k i m c i ə r i z ə ç i . Bəli, başına dönüm, belədir, əgər insaf eləsə!
Xan (bəylərə üzün tutub). Vallah, bilmirəm ki, buların divanını
necə kəsim? Heç belə çətin davaya rast gəlməmişdim!
B ə y l ə r d ə n b i r i s i . Başına dönüm, həkim taifəsinin ehtiramı
vacibdir, xalqın vecinə gəlirlər. Buyur bu kişiyə, ona bir xələt versin,
onu razı etsin. Xüsusən, bu həkimi mən tanıyıram, çox haziq həkimdir.

Xa n . Əgər o sənin aşnandır, qoy sən deyən kimi olsun. (Üzün ərizəçiyə
çevirir). A kişi, get həkimə bir çuxa da ver, onu razı elə. Səməd
bəy, bir fərraş qoş, getsin çuxanı alsın, versin həkimə.

Обсуждение закрыто.